Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Polşa Seymi müdafiə nazirinə etimadsızlıq səsverməsinə baxacaq

Polşa Seymi müdafiə naziri Mariuş Blaşaka etimadsızlıq səsverməsinə baxmaq niyyətindədir. Boyukmillet.com xəbər verir ki, məsələni müxalifətdə olan “Vətəndaş koalisiyası” və “Solçular” partiyaları gündəmə gətirib. Onlar təkliflərini belə əsaslandırırlar ki, “Mariuş Blaşakın atdığı son addımlar onun Polşa sərhədindən birbaşa kənarda davam edən müharibə şəraitində milli müdafiə naziri postunu tutmaq üçün kifayət qədər məsuliyyətli şəxs olmadığını açıq şəkildə göstərir”. Çətin vaxtlarda nazir …

Read More »

Qərbi Azərbaycan Xronikası: Ermənistanın barışıq çağırışlarına cavab verməməsinin sirri

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun təqdimatında növbəti analitik süjet hazırlanıb. Boyukmillet.com xəbər verir ki, “Ermənistanı və erməniləri həqiqətə boyun əydirəcək plan” adlı süjetdə Qərbi azərbaycanlıların vətəndaşlıqla bağlı hüquqlarının rəsmi İrəvan tərəfindən pozulduğu, Ermənistan hakimiyyətinin bununla da beynəlxalq hüquq normalarını tapdaladığı vurğulanır. Qeyd olunur ki, Qərbi Azərbaycan türkləri öz ölkələrinin, yəni indiki Ermənistanın və ermənilərin milli və dini ayrı-seçkiliyinin …

Read More »

Kipr klubunun əsas müdafiəçisi “Qəbələ”yə qarşı ilk oyunu buraxa bilər

Kipr “Omoniya”sının aparıcı futbolçusu Paris Psaltis Azərbaycanda “Qəbələ”yə qarşı keçiriləcək UEFA Konfrans Liqasının ilk oyununu buraxa bilər. Boyukmillet.com xəbər verir ki, zədəsini sağaltdıqdan sonra bərpa presesi keçən 27 yaşlı müdafiəçinin “qırmızı-qaralar”la səfər matçında meydana çıxması sual altındadır. Zədədən qayıdan digər arxa xətt oyunçusu Nikolas Panayotunun isə hər iki matçda çıxış etmək şansı kifayət qədər yüksək qiymətləndirilir. Qeyd edək ki, “Qəbələ” …

Read More »

60 yaşlı kişi özünü qatarın altına atıb

Bakının Sabunçu rayonunda 60 yaşlı piyada özünü qatarın altına ataraq ağır xəsarət alıb. Boyukmillet.com xəbər verir ki, 1963-cü il təvəllüdlü Məlikov Malik Qüdrət oğlu özünü hərəkətdə olan qatarın altına atıb. Ağır xəsarət alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ qolun natamam amputasiyası diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

Read More »

Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü işini davam etdirəcək

Bu gün Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü işini davam etdirəcək. Boyukmillet.com xəbər verir ki, toplantıda iştirak edən nazirlər müzakirələrə qatılacaqlar. Bundan əlavə, görüşdə Hərəkatın gündəliyi ilə bağlı çoxsaylı əlavə tədbirlərlə yanaşı, Yekun Sənədlərin, o cümlədən, Bakı Bəyannaməsinin qəbulu məsələsinə baxılacaq. Azərbaycan 120 üzv dövlət, 18 müşahidəçi dövlət və 10 Beynəlxalq Təşkilatın daxil olduğu Qoşulmama Hərəkatının tarixində …

Read More »

Prezident: “Azərbaycanın Vətən müharibəsində Qələbəsi beynəlxalq hüququn və ədalətin zəfəridir”

Qoşulmama Hərəkatına sədrliyimiz dövründə Azərbaycan xalqı üçün ən önəmli və yaddaqalan məqam Vətən müharibəsində tarixi qələbəmiz oldu. 2020-ci ildə Azərbaycan Ermənistanı döyüş meydanında məğlub edərək 30 illik işğala son qoydu. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda Nazirlər görüşündə çıxışı zamanı söyləyib. …

Read More »

Dövlət başçısı: “İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatıq”

“Mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi bizim gündəliyimizdə öndə duran məsələlər olmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı deyib. Geniş vüsət alan islamofobiya və ksenofobiya hallarından, həmçinin İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatlığını ifadə edən Prezident bildirib: “Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılması və təhqir olunması və buna ifadə …

Read More »

Prezident: “Fransa özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır”

“Fransa hətta Korsika dilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir, lakin, eyni zamanda, özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır. Bu, ikiüzlülük və ikili standartlardan başqa bir şey deyil”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən Nazirlər görüşündə deyib. Dövlətimizin başçısı diqqətə çatdırıb ki, Fransa hakimiyyəti başqalarına mühazirə …

Read More »

İlham Əliyev: “Azərbaycan indi bir sıra nəhəng çağırışlarla üz-üzədir”

Otuz il əvvəl Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizini işğal etdi, həm Ermənistanda, həm də Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə həyata keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda Nazirlər görüşündə çıxışı zamanı bildirib. Ərazilərimiz işğaldan azad …

Read More »

Azərbaycan Prezidenti Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmizin prioritetlərindən danışıb

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə Hərəkata sədrliyi dövründə Azərbaycanın prioritetlərindən danışıb. Boyukmillet.com xəbər verir ki, ehtiyacı olan ölkələrə yardım göstərilməsinin Azərbaycanın sədrliyinin prioritetlərindən biri olduğunu deyən dövlətimizin başçısı bildirib: “Azərbaycan əksəriyyəti QH-yə üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib. Azərbaycan Ümumdünya …

Read More »