Azərbaycan Ordusunun əsgərinin yaralanması ilə bağlı cinayət işi başlanılıb. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib. Bildirilib ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bəkirov Əli Şükür oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Ağdam Hərbi Prokurorluğuna məlumat daxil …
Read More »Azərbaycan BMT Baş Assambleyası prezidentinin təşəbbüsünə qoşulub
Azərbaycan BMT Baş Assambleyasının gender bərabərliyi ilə bağlı kampaniyasına qoşulub. Bu barədə “Report”un ABŞ bürosuna BMT Baş Assambleyasının sözçüsü Paulina Kubiak məlumat verib. Sözçü bildirib ki, kampaniya BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi və BMT-nin Qadınlar Bölməsinin icraçı direktoru Sima Bahousun birgə təşəbbüsü ilə həyata keçirilir. P.Kubiak əlavə edib ki, sosial layihə BMT-nin gender bərabərliyi və cinsi istismarın …
Read More »Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Allah bütün qurbanları qəbul etsin!”. https://www.instagram.com/p/CuBYMO0qHYC/?utm_source=ig_embed&ig_rid=900a7218-7959-4bad-853e-6c8690d102f4&ig_mid=07BC8D4F-BC10-406E-8161-22B190A0A956
Read More »Prezident İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. Boyukmillet.com paylaşımı təqdim edir: pic.twitter.com/f3ghFRlNid— İlham Əliyev (@azpresident) June 27, 2023
Read More »XİN Qurban bayramı münasibətilə xalqımızı və bütün müsəlmanları təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qurban bayramı münasibətilə xalqımızı və bütün müsəlmanları təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin tviter hesabında paylaşım edilib. “Müqəddəs Qurban bayramı münasibətilə xalqımızı və bütün müsəlmanları təbrik edir, əmin-amanlıq, ruzi-bərəkət və can sağlığı arzu edirik! Qurban bayramımız mübarək!”, – paylaşımda deyilir. Müqəddəs Qurban bayramı münasibətilə xalqımızı və bütün müsəlmanları təbrik edir, əmin-amanlıq, ruzi-bərəkət …
Read More »Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilir
ABŞ-ın dövlət katibi Antoni Blinken, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb. Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan arasında danışıqların növbəti raundu Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Xarici Əlaqələr üzrə Milli Tədris Mərkəzində keçirilir. Qeyd edək …
Read More »“Rheinmetall” Niderlandın adından Ukraynaya 14 ədəd “Leopard 2” tankı verəcək
Almaniyanın silah konserni olan “Rheinmetall” Niderland hökuməti adından Ukraynaya 14 ədəd “Leopard 2” tankı verəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Tagesschau” məlumat yayıb. “Rheinmetall” şirkəti sifarişin yüzmilyonlarla avroluq olduğunu açıqlayıb. Həmçinin Almaniyanın federal hökuməti ilə də müvafiq razılaşma əldə olunub. Qeyd olunur ki, döyüş tanklarından birincisi 2024-cü ilin yanvarında, qalanları isə həmin il ərzində Ukraynaya təhvil verilməlidir.
Read More »İranda yaşayan narkotacirlərin Azərbaycanda narkokuryerliyə cəlb etdiyi dəstənin daha 2 üzvü həbs edilib
İranda yaşayan narkotacirlərin Azərbaycanda narkokuryerliyə cəlb etdiyi dəstənin daha 2 üzvü həbs edilib, onlardan 4 kiloqram heroin aşkar edilib. Boyukmillet.com xəbər verir ki, Nəsimi rayonunda narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti əməliyyatlar keçirilib. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Oqtay Nağızadə saxlanılaraq istintaqa təqdim edilib. Onun …
Read More »Rusiya Ukrayna ərazisində kütləvi raket hücumuna başlayıb, ölkədə hava xəbərdarlığı elan edilib
Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisində kütləvi raket hücumuna başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb. Bildirilib ki, Kremençuqda, Poltava və Sumı vilayətlərində partlayış səsləri eşidilib. Əraziyə təcili yardım maşınları gedib. Sözügedən ərazilərdə hava xəbərdarlığı elan edilib. Hücumların nəticələri barədə hələ ki, məlumat yoxdur.
Read More »Lukaşenko Rusiyadakı vəziyyətə görə ordunun tam döyüş vəziyyətinə gətirilməsi barədə əmr verib
Belarus Prezidenti Aleksandr Lukaşenko ordunun tam döyüş vəziyyətinə gətirilməsi barədə əmr verib. Boyukmillet.com Belarus KİV-nə istinadən xəbər verir ki, o, bu barədə hərbçilərlə görüşündə deyib. A.Lukaşenko qeyd edib ki, Rusiyada baş verənləri kənardan izləmək çətindir: “Vətəndaşlarımızın çoxu baş verənləri ürək yanğısı ilə qəbul etdi”. Dövlət başçısının sözlərinə görə, Belarusun Qərb təhlükəsinə qarşı müqavimət göstərmək imkanı var. Xatırladaq ki, bir neçə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar