Gürcüstanın Milli Təhlükəsizlik Şurasının Aparat rəhbəri Qivi Tumanişvili ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlu təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinin nəzərdə tutulduğu Anlaşma Memorandumu imzalayıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstan Təhlükəsizlik Şurasının Aparatının Mətbuat xidməti məlumat yayıb. “Memorandumun məqsədi iki ölkə arasında dostluq münasibətlərinin və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsidir. Bu sənədlə milli və beynəlxalq təhlükəsizlik məsələlərində əməkdaşlığın inkişaf …
Read More »Çin Rusiyanı bu nəhəng layihədən kənarlaşdırdı
Çin Rusiyanı “Boinq” və “Airbus”la rəqabət aparacaq “CR929” geniş gövdəli sərnişin təyyarəsi layihəsindən tamamilə kənarlaşdırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Air Current” nəşri məlumat yayıb. Məlumata görə, Çin Rusiyanın bütün materiallarını Qərb şirkətlərinin materialları ilə əvəz edib: “İndi “CR929”un yeganə yaradıcısı Çinin COMAC şirkətidir, baxmayaraq ki, addakı “C” hərfi Çin, “R” isə Rusiyanı ifadə edir. Mühərrik üçün Çin şirkəti “Rolls-Royce” …
Read More »“Alpan-2023”: Hərbçilərimiz çətin pilotaj və döyüş manevrləri icra ediblər
Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bölmələrin qarşılıqlı əlaqədə fəaliyyətinin təmin edilməsi və döyüş qabiliyyətinin artırılması məqsədilə ölkəmizdə keçirilən “Alpan-2023” birgə təlimi davam edir. Təlimin növbəti günündə hərbi pilotlar qalxma və enmə, müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri, eləcə də digər fəaliyyətlər üzrə tapşırıqları yüksək peşəkarlıqla icra ediblər.
Read More »Ceyhun Bayramov Londonda Ermənistanın sülh prosesinə xələl gətirən təxribatlarından danışıb
İyunun 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyaya işgüzar səfəri çərçivəsində qabaqcıl beyin mərkəzlərindən biri olan Kral Beynəlxalq Münasibətlər İnstitutunda (Chatham House) təşkil edilən “dəyirmi masa” müzakirələrində çıxış edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Tədbirdə, Azərbaycan-Böyük Britaniya münasibətləri, qlobal və regional təhlükəsizlik məsələləri, o cümlədən enerji təhlükəsizliyi, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, sülh gündəliyi, Ermənistanın …
Read More »Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasları iki gün ard-arda keçiriləcək
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasları iki gün ard-arda keçiriləcək. Boyukmillet.com xəbər verir ki, növbəti iclas sabah, iyunun 23-də, sonrakı iclas isə səhəri gün, yəni iyunun 24-də baş tutacaq. İyunun 24-də keçiriləcək iclasın gündəliyinə 20 məsələ daxil edilib. Həmin məsələlər bunlardır: 1. N.A.Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında Milli Məclisin qərarının layihəsi. 2. “Kosmik fəaliyyət haqqında” Azərbaycan Respublikası …
Read More »XİN Paşinyana cavab verib: “Azərbaycanı “etnik təmizləmə”də ittiham etmək riyakarlıqdır”
“Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin 22 iyun tarixli iclasında səsləndirdiyi, Azərbaycanın Laçın yolunda guya Beynəlxalq Ədalət Məhkəməsinin qərarına zidd olaraq “qeyri-qanuni blokada” tətbiq etməsinə dair cəfəng fikirləri qətiyyətlə rədd edirik”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan baş naziri Nikol Paşinyanın hökumətin bugünkü iclasında çıxışı zamanı səsləndirdiyi fikirlərə dair şərhində əksini tapıb. XİN Ermənistan tərəfinə bir …
Read More »Ombudsman Ermənistanın əsir götürdüyü hərbi qulluqçularımızın dərhal azad olunması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən əsir götürülmüş və qanunsuz olaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçularımızın dərhal azad olunması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib. Bu barədə Ombudsman Aparatından məlumat verilib. Müraciətdə qeyd edilib ki, cari ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun əsgərləri Bəbirov …
Read More »Prezident Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin icrası haqqında Sərəncam imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin icrası haqqında Sərəncam imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, sərəncamla Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin icrası, gəlirlər 16 866 540,3 min manat, xərclər 7 988 335,2 min manat və ya Fondun 2022-ci il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 106,8 faiz, xərclər üzrə 68,9 faiz səviyyəsində olmaqla təsdiq edilib. …
Read More »Azərbaycanla Qazaxıstan arasında bir sıra sənədlər imzalanıb – SİYAHI
Azərbaycanla Qazaxıstan arasında bir sıra sənədlər imzalanıb. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, iyunun 22-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Bakıda rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Baş naziri Alixan Smailov ilə görüşüb. Hökumət başçıları əvvəlcə təkbətək görüş keçirərək ikitərəfli gündəliyin aktual məsələlərinə toxunublar. Sonra Baş nazirlər Ə.Əsədov və A.Smailov iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə görüşü davam …
Read More »İrandan Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb, silah tətbiq edilib
İyunun 21-də saat 22:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib. Sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucularına qarşı “Dövlət sərhədi haqqında” Azərbaycan qanununun tələblərinə uyğun olaraq xəbərdarlıq məqsədilə silah tətbiq edilib. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar