Çərşənbə , 8 Aprel 2026

autor

Baş bankirlə görüş və nəyi necə etməli – İnflyasiyadan qurtuluş yolları

Vüqar Oruc: “Mərkəzi Bankın 2023-cü il üçün pul siyasəti monetar amillər vasitəsilə inflyasiya təzyiqinin yumşaldılmasına yönəldilib” Natiq Cəfərli: “Ərzaq və dərman üzrə tətbiq olunan ƏDV 18 faizdən 2 faizə salınsa, qiymətlər dərhal enəcək” Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov müstəqil iqtisadçılarla görüş keçirib. Görüşdə ölkə iqtisadiyyatı, Mərkəzi Bankın bilavasitə fəaliyyətinə dair məqamlar müzakirə olunub. Görüşlə bağlı təəssüratlarını bölüşən iqtisadçı …

Read More »

İran vətəndaşlarına sadə vizanın çətinləşdirilməsi – Tehranın qazandığı etimadsızlıq – ŞƏRH

Həm o tayda, həm də bu tayda hər kəs İran hakimiyyətinin Azərbaycana qarşı fəaliyyətinin şahididir. Tehran rejiminin anti-Azərbaycan addımları elə uzaq keçmişdə baş verməyib. Çox uzağa getməyək, İranın elə 2023-cü ildə Azərbaycana qarşı davranışı bütün əlaqələri kəsməyə kifayət edərdi. Bəzilərini yada salaq. Yanvarın 27-də Azərbaycanın İrandakı Səfirliyinə qarşı həyata keçirilmiş terror hücumu nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid …

Read More »

Dövlət Komitəsinin sədri məscidləri QMİ-nin Qurban bayramı ilə bağlı verəcəyi fətvaya əməl etməyə çağırıb

“Qurban bayramı ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının verdiyi fətvayla bayram namazı və digər məsələlər elan ediləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib. “İnanıram ki, QMİ-nin verdiyi bu fətvaya bütün məscidlərdə əməl olunacaq. Dövlət Komitəsi bununla bağlı üzərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirəcək”,- o söyləyib.

Read More »

Mübariz Qurbanlı: “Qarabağdakı məscidlərə din xadimləri təyin olunacaq”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı azad edilən ərazilərdəki məscidlərə din xadimlərinin təyin olunması məsələsinə münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, Dövlət Komitəsinin sədri jurnalistlərə açıqlamasında bildirib ki, işğaldan azad edilmiş ərazilərdə məscidlərin restavrasiyası və yeni məscidlərin tikintisi tam sürətlə davam etdirilir: “Əminəm ki, bütün bu proses başa çatdıqdan sonra, həmçinin həmin ərazilərə vətəndaşlarımız qayıtdıqca həmin …

Read More »

Bakıda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yenilənən daha bir həyət sakinlərin istifadəsinə verilib. Boyukmillet.com xəbər verir ki, yenilənmiş həyət Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 146 a, 148 a, 150 a və Nəcəf Nərimanov 3 ünvanda 750-dən çox sakinin yaşadığı beşmərtəbəli binaları əhatə edir. “Bizim həyət” layihəsinin …

Read More »

Dövlət Komitəsinin yaradılmasının 22 illiyinə həsr olunan konfrans keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaradılmasının 22 illiyinə həsr olunan “Azərbaycanın dövlət-din modeli” mövzusunda konfrans keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Dövlət Komitəsi və digər müvafiq orqanların rəhbər şəxslərinin, habelə dini qurumların və ictimaiyyət nümayəndələrinin iştirak edib. Konfransı DQİDK-nin sədri Mübariz Qurbanlı giriş sözü ilə açaraq ötən müddət ərzində din sahəsində dövlət siyasətinin həyata …

Read More »

ABŞ Ukraynaya yeni hərbi yardım ayırıb

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan edib. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Antoni Blinken bildirib. O deyib ki, yardım paketinin həcmi 1,3 milyard dollardır. Qeyd edək ki, A.Blinken daha əvvəl Vaşinqtonun Ukraynanı nə qədər lazımdırsa, dəstəkləməyə hazır olduğunu söyləmişdi. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Read More »

DİN-dən Gədəbəylə bağlı yeni açıqlama: “Yayılan görüntülər qanunsuz hərəkətlərin digər tərəflərini əks etdirmir”

Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxiləsilə bağlı iki aydır ki, həmin şəxslərlə rayon icra hakimiyyəti və polis əməkdaşları tərəfindən profilaktik izahat işləri aparılır. Boyukmillet.com-un xəbərinə görə, bu barədə DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, bütün tədbirlərə baxmayaraq, dünən həmin şəxslər müəssisə əməkdaşlarına hücum etməsi ilə …

Read More »

Azərbaycanda 181 din xadiminin fəaliyyətinə xitam verilib – RƏSMİ

“Azərbaycanda son bir ildə 181 din xadiminin fəaliyyətinə xitam verilib”. Boyukmillet.com-un xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov “Azərbaycanın dövlət-din modeli” mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, birinci vakansiya zamanı ümumilikdə 270 sənəd qəbulu olub və onlardan 133-ü müsahibədən keçib: “Müsahibədən keçənlərin 112-si isə təyinat ala bilib. İkinci vakansiya zamanı isə 254 müraciətdən …

Read More »