İyunun 20-si saat 00:20-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə yayılan məlumat bu ölkənin müdafiə nazirliyinin növbəti yalanıdır, həqiqətə uyğun deyil. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. “Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – nazirlikdən əlavə edilib.
Read More »Ölkə ərazisində qeyri-sabit hava şəraiti iyunun 24-dək davam edəcək
Bakıda və Abşeron yarımadasında iyunun 20-si gündüzdən 21-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın rayonlarına gəlincə, ölkə ərazisində qeyri-sabit hava şəraiti iyunun 24-dək davam edəcək. Bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran rayonlarında yağıntıların intensiv və …
Read More »Həkimlərin fəaliyyəti ilə bağlı monitorinqlər keçiriləcək, uğur qazanmayanların əlavələri dayandırılacaq
“Həkim və tibb mütəxəssislərinin əmək fəaliyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinq komissiyasının yaradılması nəzərdə tutulub”. Boyukmillet.com xəbər verir ki, bunu TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov Bakıda Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumun açılış mərasimində deyib. Qurum rəsmisi qeyd edib ki, komissiya tərəfindən həkim mütəxəssislərə 6 ay ərzində monitorinq keçiriləcək: “Monitorinqdən müvəffəqiyyətlə keçən həkimlərə həvəsləndirici əlavələrin ödənilməsi 2024-cü ilədək uzadılacaq. Monitorinqdən keçə bilməyən həkimlərə əlavələrin …
Read More »Qərbi Azərbaycan İcması Ümumdünya Qaçqınlar Günü ilə bağlı bəyanat yayıb
Qərbi Azərbaycan İcması Ümumdünya Qaçqınlar Günü ilə bağlı bəyanat yayıb. Boyukmillet.com bəyanatı təqdim edir. “Bu Ümumdünya Qaçqınlar Günündə biz Qərbi Azərbaycan İcması olaraq bütün dünyada olan köçkünlərlə həmrəyliyimizi bildiririk. Biz dünya miqyasında qaçqınların sayında təəssüf doğuran artımı ürək ağrısı ilə müşahidə edirik. Qaçqın və məcburi köçkünlərin əhəmiyyətli bir hissəsi öz yurdlarından silahlı münaqişələrin yan təsiri kimi didərgin düşmüşdür. Lakin bəzi …
Read More »Qərbi Azərbaycan İcması: “Ermənistan barışıq çağırışlarımıza cavab vermir”
“Ermənistan hələ də barışıq çağırışlarımıza cavab verməyib”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının Ümumdünya Qaçqınlar Günü ilə bağlı yaydığı bəyanatda əksini tapıb. İcma qarşılıqlı maraq doğuran məsələlər üzrə Ermənistan hökuməti ilə hər zaman birbaşa dialoqa hazır olduğunu açıqlayıb: “Bununla bərabər, qayıdış prosesi və qayıtdıqdan sonra kollektiv və fərdi hüquqlarımızın təmin olunmasına müvafiq beynəlxalq mexanizm çərçivəsində təmin edilməli …
Read More »Nikol Paşinyan üçtərəfli bəyanatı hansı şəraitdə imzaladığını ilk dəfə açıqlayıb
“Şuşanın süqutu 2020-ci il 10 noyabr bəyanatının imzalanmasının əsas səbəblərindən biri oldu”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında bildirib. O, üçtərəfli bəyanatı imzalamasından da danışıb: “Mən üçtərəfli bəyanatı niyə məhz noyabrın 9-da imzaladım? Əlbəttə, burada dönüş nöqtəsi Şuşanın azərbaycanlıların nəzarətinə keçməsi idi. Çünki şəhərin təkcə simvolik deyil, həm də …
Read More »Samir Adıgözəlli: İndi ki, Talıbov yoxdur, niyə vəziyyət daha da pisləşib?
“Ölkə rəhbərliyi bu mövzuya sərt təpki göstərməsə, vəziyyət düzələn deyil” Azərbaycan Hava Yolları şirkəti (AZAL) açıqlayıb ki, bundan sonra Bakı-Naxçıvan reysinə biletlərin satışı onlayn həyata keçiriləcək. AZAL-ın Bakıdakı satış ofisinin qarşısında növbəyə duran şəxslərdən bəziləri isə deyir ki, istər onlayn olsun, istərsə də kassada satsın, bilet yoxdursa nə alacaqlar? Şirkətin Bakıdakı satış ofisinin qarşısına toplaşanlar deyirlər ki, yeganə açıq olan …
Read More »15 iyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
Tədbirdə ziyalılar, həkim, yazıçı, QHT nümayəndələri, Türkiyədən gələn qonaqlar iştirak ediblər. Çıxışlarda xalqın tələbi və xahişi ilə ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən, Ümummilli Liderin dövlətçiliyimizin məhv olması təhlükəsinin qarşısının alınması istiqamətindəki addımlarından ətraflı danışılıb. İyul ayında olan çoxsaylı beynəlxalq tədbirlərə hazırlıqlara start verilib. Boyukmillet.com xəbər verir ki, bu barədə QHT.az – a tədbirdə iştirak edən “Zirvə” …
Read More »Ceyhun Bayramov Britaniyaya gedib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyaya işgüzar səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində nazir C.Bayramovun Azərbaycan ilə Böyük Britaniya arasında strateji dialoqda, eləcə də Ukrayna Bərpa Konfransında iştirakı nəzərdə tutulub. Səfər çərçivəsində nazirin bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşləri, beyin mərkəzlərində çıxışları planlaşdırılır.
Read More »Ermənistan bölmələri Azərbaycan Ordusunun Naxçıvandakı mövqelərini atəşə tutub
İyunun 19-u saat 13:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar