Çərşənbə , 8 Aprel 2026

autor

Rusiya BMT nümayəndələrini Kaxovka SES-in ərazisinə buraxmayıb

Rusiya BMT nümayəndələrini Kaxovskaya su elektrik stansiyasının partlaması nəticəsində zərər çəkmiş Xerson vilayətinin sol sahilindəki ərazilərə buraxmayıb. Boyukmillet.com “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu BMT-nin Ukraynadakı humanitar koordinatoru Denis Braun bildirib. Braun Rusiya hakimiyyətini beynəlxalq humanitar hüquq çərçivəsində götürdükləri öhdəliklərə uyğun hərəkət etməyə çağırıb. “Rusiya hökuməti indiyədək müvəqqəti hərbi nəzarəti altında olan ərazilərə girişlə bağlı müraciətimizi rədd edib. BMT lazımi girişin …

Read More »

Bakı-Sumqayıt yolunun 27-ci kilometrliyində neft kəmərində sızma baş verib

Bakı-Sumqayıt yolunun 27-ci kilometrliyində neft kəmərində sızma baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Belə ki, “112” qaynar telefon xəttinə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində neft kəmərində sızma baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyin mütəxəssisləri əraziyə cəlb olunub, aidiyyəti …

Read More »

Qərbi Azərbaycan İcması UNHCR-nın ölkəmizdəki nümayəndələri ilə görüşüb

Ermənistandan çıxarılan azərbaycanlı qaçqınları özündə birləşdirən və onların geri qayıdış hüququnun müdafiəsi ilə məşğul olan Qərbi Azərbaycan İcması, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) ölkəmizdəki nümayəndələri ilə görüşüb. Boyukmkllet.com Qərbi Azərbaycan İcmasının feysbuk səhifəsinə istinadla bildirir ki, qayıdış prosesinin həyata keçirilməsində beynəlxalq dəstəyin əhəmiyyətinə önəm verən İcma daha əvvəl BMT və onun ixtisaslaşmış qurumlarının bu prosesə yardım etməsi çağırışı …

Read More »

İlham Əliyevin İsrail Prezidentinə hədiyyə etdiyi xalça onun iş otağını bəzəyir – FOTO

İsrailin ingilis dilində nəşr olunan və bütün dünyada geniş oxucu kütləsinə malik “The Jerusalem Post” qəzeti İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun mayın 30-da Azərbaycan Respublikasına rəsmi səfəri zamanı Prezident İlham Əliyev tərəfindən hədiyyə edilən xalçaya xüsusi yer ayırıb. Boyukmillet.com xəbər verir ki, məqalədə qeyd olunub ki, mənəvi əhəmiyyəti böyük olan iri toxunmuş ipək xalça Hersoqun öz şəxsi otağını bəzəyir. Məqalədə deyilir: …

Read More »

Prezident Rəcəb Tayyib Ərdoğan SOCAR-a mükafat təqdim edib

Haliç Konqress Mərkəzində Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Erdoğanın da iştirakıyla TİM-in Ümumi Yığıncağı və İxracat Çempionlarının mükafatlandırılması mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, bu il ixracat rəqəmləri üzrə Türkiyənin ən qabaqcıl 1000 şirkəti arasından ilk 10 sıraya daxil olan şirkətlər təltif edilib. SOCAR Türkiyənin qrup şirkətlərindən olan “SOCAR” Petrol Ticareti şirkəti də bu il ilk 10-luğa daxil olaraq …

Read More »

DYP hava ilə bağlı sürücülərə xəbərdarlıq edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) hava ilə bağlı sürücülərə xəbərdarlıq edib.​ İdarədən verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 18-dən 21-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, bəzi yerlərdə yağış yağacağı, yağıntıların ayrı-ayrı yerlərdə intensiv olacağı bildirilir. “Baş Dövlət Yol Polisi İdarəsi verilən proqnozla əlaqədar sürücülərə …

Read More »

VI Beynəlxalq Muğam Festivalı başlayır

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə iyunun 18-25-də “Muğam aləmi” VI Beynəlxalq Muğam Festivalı keçiriləcək. Boyukmillet.com-un məlumatına görə, festival çərçivəsində Bakı, Ağcabədi və Şuşada yerli və xarici musiqiçilərin iştirakı ilə müxtəlif konsertlərin, beynəlxalq simpoziumun, muğam və poeziya ifalarının təşkili nəzərdə tutulur. İyunun 18-də Heydər Əliyev Sarayında Alim Qasımov və xüsusi …

Read More »

XİN: “Azərbaycan dünyada tolerantlığın, dini, etnik qrupların birgəyaşayışının nümunəsidir”

Azərbaycan dünyada tolerantlığın, müxtəlif dini və etnik qrupların nümayəndələrinin dinc birgəyaşayışının nümunəsi sayılır. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) 18 İyun – Milli İnsan Hüquqları Günü münasibətilə bəyanatında yer alıb. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, hər il 18 iyun tarixi ölkəmizdə Milli İnsan Hüquqları Günü kimi qeyd olunur. “Demokratiya və …

Read More »

Xocavənddə 1,5 ton narkotik tərkibli bitki məhv edilib

Xocavənd rayonunda 1,5 ton çətənə bitkisi aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Tağaverd kəndi ərazisindəki meṣə massivində yabanı halda bitən, çəkisi 1, 5 ton olan 5000 ədəd çətənə bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Read More »