Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Nikol Paşinyan Türkiyədə səfərdədir

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyənin paytaxtı Ankara şəhərində səfərdədir. Boyukmillet.com xəbər verir ki, onu Ankaranın Esenboğa hava limanında Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Serdar Kılıç qarşılayıb. N.Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasiminə qatılacaq. Hökumət başçısını Ermənistan parlamentin vitse-spikeri, Ankara ilə münasibətlərin normallaşdırılması prosesində İrəvanın xüsusi nümayəndəsi Ruben Rubinyan müşayiət edir. Bu, …

Read More »

Prezident İlham Əliyev Azərbaycan və İsrail arasında imzalanan sazişi təsdiqləyib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”i təsdiqləyib. Boyukmillet.com  xəbər verir ki, dövlət başçısı bununla bağlı fərman imzalayıb. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi sazişin müddəalarının həyata keçirilməsini təmin edəcək. Azərbaycan Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İsrail Dövləti Hökumətinə bildiriş …

Read More »

Nazirlik qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə növbəti müraciət edib. Boyukmillet.com-un məlumatına görə, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 4-dən başlayaraq yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, yağıntıların bir sıra ərazilərdə intensiv olacağı, çaylarda sululuğun artacağı və bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı və güclü külək əsəcəyi proqnozlaşdırılır. …

Read More »

Ərdoğan and içib – YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan and içib. Boyukmillet.com xəbər verir ki, tədbir Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilib. Bununla da R.T.Ərdoğan yeni prezidentlik dövrü üçün səlahiyyətlərinin icrasına başlayıb. 15:56 Yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi başlayıb. Boyukmillet.com xəbər verir ki, mərasim Türkiyə Böyük Millət Məclisində keçirilir. R.T.Ərdoğanı parlamentin müvəqqəti sədri, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı …

Read More »

Şuşada aşkarlanan meyit qalıqlarının I Qarabağ müharibəsi dövründə əsir saxlanılan azərbaycanlılara aid olduğu ehtimal edilir 

“Şuşa türməsinin ərazisində aşkar olunan meyit qalıqlarının Birinci Qarabağ müharibəsi dövründə burada saxlanılan azərbaycanlılara aid olduğu ehtimal edilir”. “Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Hərbi Prokurorluğun Xüsusi İstintaq şöbəsinin rəisi Emil Tağıyev jurnalistlərə açıqlamasında deyib. O xatırladıb ki, torpaqlarımız işğaldan azad olunandan sonra Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin meyit qalıqlarının axtarışı prosesinə başlanılıb: “Ötən dövr …

Read More »

Azərbaycan liderinə Olimpiya Evi Mükafatı təqdim olunub

Azərbaycan Prezidenti İlham Əliyevə Olimpiya Evi Mükafatı təqdim olunub. Boyukmillet.com xəbər verir ki, mükafatı iyunun 3-də Bakıda Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Bax təqdim edib. Mükafat dünyanın ən dayanıqlı binalarından biri olan Beynəlxalq Olimpiya Komitəsinin Lozannadakı yeni baş qərargahını əks etdirir. Göyərçin formasında, dam örtüyündə günəş panelləri olan bina Beynəlxalq Olimpiya Komitəsinin dayanıqlılıq və sülhə sadiqliyini tərənnüm edir. Qeyd edək …

Read More »

Azərbaycan sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb

Azərbaycan sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib. İyun ayının 2-də saat 22 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozan Əfqanıstan İslam Respublikası vətəndaşları Hevad Əsədziya Həbibulrəhman oğlu, Feyzi Əbdülbasid Əbdülzahir oğlu və …

Read More »

XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməməyə çağırıb

Cari ilin yanvar ayında Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı və bunun nəticəsində İrandakı məhdud diplomatik təmsilçiliyimiz nəzərə alınmaqla, Azərbaycan vətəndaşlarına zəruri olmadığı təqdirdə İrana səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə olunur”. Boyukmillet.com  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, hazırda İranda olan Azərbaycan vətəndaşlarına mühafizə və …

Read More »

Ermənilər Azərbaycan Ordusunun Xocalı, Şuşa, Xocavənd və Kəlbəcərdəki mövqelərini atəşə tutub

İyunun 3-ü saat 00:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Bundan başqa, iyunun 2-si axşam saat 20:40-dan iyunun 3-ü saat 00:30-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun …

Read More »