Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun iştirakı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalanıb. Boyukmillet.com xəbər verir ki, sənədi Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev və İsrail Dövlətinin daxili işlər və səhiyyə naziri Moşe Arbel imzalayıblar.
Read More »Fuat Oktay: “Yeni iqtidar dövründə vitse-prezidentlərin sayı artırıla bilər”
“Yeni iqtidar dövründə vitse-prezidentlərin sayı artırıla bilər”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay “A Haber”ə müsahibəsində deyib. Onun sözlərinə görə, yeni hökumətin formalaşması istiqamətində işlər davam edir: “Hazırda vitse-prezident mənəm. Yeni dövrdə 2-3 vitse-prezident də ola bilər. Qanun buna imkan verir. Bu, prezidentin qərarından asılıdır”. F.Oktay bildirib ki, bundan sonra hakimiyyətin prioritetlərindən biri daxildəki iqtisadi durum olacaq. Qeyd …
Read More »İlham Əliyev: “İsrailin dövlət başçısının Azərbaycana səfəri tarixi səfərdir”
“Biz səfərdən (İsrail Prezidentinin səfəri – red.) sonra müsbət dinamikanın şahidi olacağıq”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxaq Hersoqla geniş tərkibdə görüşdə bildirib. Dövlət başçısı deyib: “Çünki baxmayaraq biz ayrı-ayrı istiqamətlər – ticarət, enerji, təhlükəsizlik sahələri üzrə artıq çoxlu işlər görmüşük, mən tamamilə əminəm ki, böyük potensial mövcuddur. Lakin çoxlu işlər görülməlidir. …
Read More »Prezident İlham Əliyev: “İsrail Prezidentinin səfəri ölkələrimiz arasında dost münasibətlərin inkişafına stimul verəcək”
Əminəm ki, bu səfər (İsrail Prezidentinin səfəri – red.) ölkələrimiz arasında dost münasibətlərin inkişafına stimul verəcək. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxaq Hersoqla geniş tərkibdə görüşdə söyləyib. İsrail Prezidenti ilə ikitərəfli münasibətlərin gündəliyi və regional məsələlər barədə çox yaxşı müzakirələrin aparıldığını söyləyən dövlətimizin başçısı deyib: “Əminəm ki, heyət nümayəndələri ilə görüşlər, …
Read More »Azərbaycan Ordusu real döyüş şəraitində təlimlər keçirib, reaktiv yaylım atəşi sistemlərindən atışlar icra olunub
Cari ilin hazırlıq planına əsasən, ümumqoşun poliqonunda Raket və Artilleriya Qoşunlarının bölmələrində keçirilən döyüş atışlı taktiki təlimlər davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərini tutaraq qurğuların döyüş tətbiqinə hazırlanması və icrası üzrə nəzərdə tutulan tapşırıqları normativǝ uyğun yerinə yetiriblər. Vətən müharibəsi və son əməliyyatlarda qazanılan təcrübə nəzərə …
Read More »İran-Azərbaycan sərhədində əməliyyat keçirilib, saxlanılanlar var
İran-Azərbaycan sərhədində əməliyyat keçirilib, saxlanılanlar var. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, may ayının 28-də saat 04 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən Beyləqan rayonunun 1-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirmək məqsədilə Azərbaycandan İran istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən Beyləqan …
Read More »Qərbi Azərbaycan İcmasında İrəvan şəhəri ilə bağlı tarixi həqiqətlərdən danışılıb
Qərbi Azərbaycan İcmasında (QAİ) “İrəvan şəhəri və onun ətrafında olan 9 min kvadratkilometr Azərbaycan ərazisinin ermənilərə verilməsi – tarixi həqiqətlər və müasir çağırışlar” mövzusunda dəyirmi masa keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, QAİ-nin İH-nin sədr müavini, Milli Məclisin deputatı Ramil Həsən, QAİ-nin İdarə Heyətinin üzvü, AMEA Tarix İnstitutunda Qərbi …
Read More »Ermənistan Türkiyə ilə sərhəddə yeni körpü tikəcək
Ermənistan Türkiyə ilə sərhəddə yeni körpü tikəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın Yol İdarəsi Fondu məlumat yayıb. Körpü M3 dövlətlərarası avtomobil yolunun üzərində qurulacaq. Tikintini dövlət maliyyələşdirəcək.
Read More »Həbsdə olan qohumuna narkotik keçirmək istəyən qadın saxlanılıb
Ədliyyə Nazirliyinin Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rasim Arif oğlu Əsgərova sovqat gətirmiş qohumu – Gəncə şəhər sakini Jalə Məhərrəm qızı …
Read More »İsrail Prezidenti İsxaq Hersoq Azərbaycana rəsmi səfərə gəlib
İsrail Dövlətinin Prezidenti İsxaq Hersoq mayın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İsrail Prezidenti İsxaq Hersoqu və xanımı Mixal Hersoqu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar