Lənkəranda Xəzər dənizinin sahilində mina tapılıb. Boyukmillet.com xəbər verir ki, mina sahil zolağında, çimərlik ərazisində aşkar olunub. Əraziyə mütəxəssislər cəlb edilib. İnsanlar təxliyə edilməklə təhlükəsizlik tədbirləri görülüb və mina zərərsizləşdirilib. Qeyd edək ki, ərazidə vaxtilə sovet ordusuna aid hərbi hissə yerləşib. Dənizdə su səviyyəsi artdıqdan sonra ərazi su altında qalıb. Artıq bir neçə ildir ki, bu ərazilər quruduqca minalar aşkar …
Read More »Xankəndidə güclü partlayış: ölən var
Mayın 27-də Rusiyanın süllhməramlı kontingentinin müvəqqəti nəzarətində olan Azərbaycanın Xankəndi şəhərində güclü partlayış baş verib. Boyukmillet.com xəbər verir ki, separatçılara məxsus sosial media seqmentlərində yayılan məlumata görə, şəhərdə bir qarajda partlayış baş verməsi nəticəsində bir nəfər həlak olub. Xilasedicilər G-nin meyitini çökmüş binanın dağıntıları altından tapıb çıxarıblar. Partlayış nəticəsində qarajın içərisində və yaxınlıqda olan VAZ 2106 və “Opel Astra G” …
Read More »Naxçıvanda rus helikopterinin vurulması… – Tonoyandan şok
Ermənistanın həbsdə olan müdafiə naziri David Tonoyan 10 noyabr bəyanatının imzalanması ilə bağlı məxfi detalları açıb. Boyukmillet.com xəbər verir ki, Tonoyan 9 noyabr gecəsi baş nazirlə konsultasiyalar apardığını, bundan sonra Nikol Paşinyanın bəyanatı imzalamamaq qərarı verdiyini bildirib. O, baş nazirin bundan sonra müdafiə naziri, XİN rəhbəri və digər nümayəndələrə Rusiyaya öz mövqelərini çatdırmasını istədiyini söyləyib: “Yuxarıda qeyd edilən tapşırığı aldıqdan …
Read More »Ərdoğana qarşı bütün müxalifət birləşmişdi – Hakan
İqtisadiyyatdakı vəziyyət, zəlzələ, pandemiya, müharibə və s. heç birinin təsiri olmadı. Rəcəb Tayyib Ərdoğan yenə qalib gəldi. Boyukmillet.com xəbər verir ki, bu sözləri tanınmış jurnalist Əhməd Hakan “Hürriyyət” nəşrində yayımlanan analizində qeyd edib. O bildirib ki, bu şərtlər altında qalib gəlmək Ərdoğan üçün böyük uğurdur: “Bu keçmiş qələbələrdən daha vacibdir. “Altılı masa” qurğusu, kənardan HDP dəstəyi, bol-bol paylanan prezident yardımları …
Read More »Həştərxanda beynəlxalq forumda Xəzər regionunun inkişaf prioritetləri müzakirə olunur
Mayın 29-da Həştərxanda öz işinə başlayan “Xəzər 2023: Dayanıqlı inkişaf yolları” III Beynəlxalq Elmi Forumunda yeni çağırışlar və imkanlar şəraitində elm və təhsilin inkişafı müzakirə olunur. Boyukmillet.com xəbər verir ki, forumda Xəzər regionunun inkişafı imkanları və prioritetləri, regionun ekoloji problemləri və onların həlli yolları, ali təhsilin beynəlmiləlləşdirilməsi, Xəzər regionu ölkələrində mətbuat sahəsində təhsilin problemləri müzakirə olunur. Həştərxan Dövlət Universitetinin təşkilatçılığı …
Read More »TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevi təbrik edib
TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, mətndə deyilir: “Hörmətli cənab Prezident! Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş Katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Zati-alinizi və qardaş Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Müstəqilliyinin 105-ci ildönümünü qeyd edən …
Read More »ABŞ-da borc tavanının artırılması “Bitcoin”in qiymətinə necə təsir edəcək?
Xeyli vaxt idi ki, Ağ evlə ABŞ müxalifətinin (Respublikaçılar partiyası) dövlət borcunun yuxarı həddinin artırılmasına dair razılığa gələ bilməməsi dünya maliyyə bazarında təşviş yaradırdı. Dünyanın ən böyük iqtisadiyyatının dövlət borcu astronomik həddə 31,4 trilyon ABŞ dollarına çatıb. Sonuncu dəfə dövlət borcunun yuxarı həddi hələ yanvarda müəyyən olunub və o vaxtdan bu yana ABŞ Maliyyə Nazirliyi faktiki olaraq cari xərcləri maliyyələşdirmək üçün borclanmanı …
Read More »İrandan Azərbaycana dəmir yolu ilə yükdaşımalar 81 % artıb
Son 2 ayda İrandan Azərbaycana dəmir yolu nəqliyyatı ilə 120,125 min ton yük daşınıb. Boyukmillet.com xəbər verir ki, bunu “İran Dəmir Yolları” şirkətinin nümayəndəsi Qulamhüseyn Vəldi deyib. Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 81 % çoxdur. “İran və Azərbaycan arasında Astara-Astara dəmir yolu xəttində yükdaşımalar həndəsi silsilə ilə artır”, – o bildirib. Qeyd edək ki, Astara-Astara dəmir yolu xətti İran …
Read More »İlham Əliyev Dünya Taekvondo Federasiyasının prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çunu qəbul edib. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısı Çunqvon Çu ilə görüşlərini məmnunluqla xatırlayaraq, Dünya Taekvondo Federasiyasının 50 illiyi münasibətilə təbriklərini çatdırıb. Görüşdə taekvondo üzrə 26-cı dünya çempionatının Bakıda keçirilməsinin önəmi vurğulanıb. Çunqvon Çu bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu məmnunluqla bildirərək qeyd edib ki, 144 ölkənin nümayəndəsinin …
Read More »Heydər Əliyevin 100 illiyi və Müstəqillik Günü Kolumbiya paytaxtında böyükölçülü lövhədə nümayiş olunub – FOTO
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü və Azərbaycanın müstəqilliyinin 105-ci ildönümü qeyd etməsi Kolumbiyanın paytaxtı Boqota şəhərinin mərkəzi küçəsində elektron lövhədə nümayiş etdirilib. Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib. Gün ərzində böyükölçülü lövhədə Azərbaycan Respublikasının dövlət bayrağı, Ümummilli Liderin fotoşəkli və Azərbaycan xalqının hər iki mötəbər hadisəni qeyd etməsi ilə bağlı şüarlar əks olunub.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar