Çərşənbə , 8 Aprel 2026

autor

NATO Baş katibinin nümayəndəsi Azərbaycana gəlib

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycana səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, bunu o, tviterdə yazıb. X.Kolomina Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb. Görüşdə ikitərəfli əməkdaşlıq, Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması üzrə danışıqların gedişatı müzakirə olunub. X.Kolomina həmçinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Read More »

Ermənistanla Azərbaycan arasında sülh… – Peskov

Yaxın gələcəkdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaq mümkündür. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov mayın 26-da jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, buna baxmayaraq kimsə tələsmir: “Necə deyərlər, qaçan yerimiz yoxdur”. Qeyd edək ki, mayın 25-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan …

Read More »

İlham Əliyev sərəncam imzaladı

Zəngilan rayonunda Horadiz – Zəngilan avtomobil yolunun əsaslı təmirinə vəsait ayrılıb. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun ərazisində 61 km uzunluğunda mövcud Horadiz – Zəngilan avtomobil yolunun əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan …

Read More »

Agentlik Müşahidə Şurasının üzvünə 20 min manat qrant ayırdı

QHT Agentliyi bu güün 2023-cü ildə elan etdiyi müsabiqəsnin nəticələrini elan edib. Boyukmillet.com xəbər verir ki, müsabiqə nəticələrində görə QHT-lərə adətən 6-7 min manat vəsait ayrılıb! QHT Agentliyi “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyinin ““Qərbi Azərbaycanın tarixi və mədəni irsi” mövzusundarespublika elmi konfransının keçirilməsi” layihəsinə 20 min manat qrant ayırıb.Qeyd edək ki, həmin təşkilatın sədri Mehdiyev Nurəddin eyni …

Read More »

AQC ictimaiyyətə illik hesabat verdi – İqtisadçı ekspert Vüqar Orucun sədr seçilməsindən bir il ötür

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) yeddinci hesabat-seçki yığıncağından bir il ötür. Ötən ilin may ayının 20-də keçirilən konfransda AQC-nin rəhbərliyi yenilənib, İdarə Heyəti və rəhbər strukturları formalaşıb. Yığıncaqda “Vecon Consulting” şirkətinin təsisçisi və direktoru Vüqar Oruc Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri seçilib. Qeyd edəd ki, ötən dövr ərzində AQC-nin fəaliyyətində ciddi dönüş yaranıb. Ölkəmizin ilk assosiativ birliklərindən olan Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti …

Read More »

Banqladeş Prezidenti İlham Əliyevə məktub ünvanlayıb

Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un xəbərinə görə, məktubda deyilir: “Zati-aliləri! Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Əminəm ki, ölkələrimiz arasında mövcud dostluq əlaqələri gələcəkdə daha da möhkəmlənəcəkdir. Bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik, …

Read More »

Ceyhun Bayramov ABŞ-ın kilsə təmsilçisini Ermənistanın sülhə törətdiyi maneələr barədə məlumatlandırıb

Azərbaycan xarici işlər nazirinin müavini Ceyhun Bayramov ölkədə səfərdə olan ABŞ-ın Yuta ştatında yerləşən “İsa Məsih Sonuncu Günlərin Müqəddəsləri” Kilsəsinin 12 Həvarilər Kvorumunun üzvü Devid Bednarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Görüş zamanı nazir çoxmillətli və multikonfessional ölkə olaraq Azərbaycanın bütün dinlərə etiqad edənlərin sülh və əmin-amanlıq içərisində yaşadığı ölkə olduğunu və …

Read More »

KİV: “Rusiya İrandan aldığı PUA, silah-sursat və texnikaları Xəzər dənizi ilə daşıyır”

“Rusiya Ukraynadakı müharibə səylərini gücləndirmək üçün İran rejimindən aldığı pilotsuz uçuş aparatları, silah-sursat, minaatanları və digər hərbi texnikaları böyük ehtimalla Xəzər dənizi ilə daşıyır”. Boyukmillet.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Qeyd olunub ki, müşahidələrə əsasən, Rusiya və İran arasında əməkdaşlıq dərinləşdikcə Xəzər dənizindəki gəmilərin getdikcə daha çox “qaranlıq işlər gördüyü” müəyyən etmək olur. “EOS Risk Group” təhlükəsizlik şirkətinin …

Read More »

Narkoloji Dispanserdə testdən keçmədən pulla arayış verilir – VİDEO

Azərbaycan Respublikası Narkoloji Dispanserində vətəndaşların heç bir testdən keçmədən arayış alması ilə bağlı məlumatlar yayılıb. Boyukmillet.com xəbər verir ki, iddialarla bağlı Baku TV-nin çəkiliş qrupu dispanserdə olub və süjet hazırlayıb. Süjetdən görünür ki, müxbir gizli çəkiliş edərək saxta arayış ala bilir və buna görə xəstəxana personalına 10 AZN ödəniş edir. Həmçinin Mərkəzin direktoru Qalib Məmmədov arayış almaq üçün hər hansı məbləğ …

Read More »

Sorğu: “Ərdoğan 53,7 faiz səs toplayaraq prezident seçkisinin ikinci turunda qalib gələcək”

“Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçiriləcək prezident seçkisinin ikinci turunda səslərin 53,7 faizini toplayacaq. Boyukmillet.com “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə Araşdırmalar Fondunun keçirdiyi sorğu göstərir. Sorğuda ölkənin 26 vilayətindən olan ümumilikdə 3 mindən çox insan iştirak edib. Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilmiş prezident …

Read More »