“Sinan Oğana qarşı aqressiv münasibət göstərənlər Ərdoğanın düşmənlərinin təsiri altına düşənlərdir”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Birinci Qarabağ müharibəsi qazisi Rey Kərimoğlu deyib. O, 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycanın yanında olduğunu xatırladıb. Qarabağ qazisi qeyd edib ki, bunun isə başlıca memarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır: “90-cı illərdəki münasibətlə bugünkü münasibət arasında yerlə-göy qədər fərq var. Bunu hər …
Read More »Şoyqu Qərbi Cənubi Qafqazda vəziyyəti gərginləşdirməkdə ittiham edib, Rusiyanın siyasətini tərifləyib
“Biz Cənubi Qafqazda vəziyyətin sabitləşməsi üçün mümkün olan hər şeyi edirik”. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Belarusun paytaxtı Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısında çıxışı zamanı deyib. O bildirib ki, KTMT bölgədə sülhün təmin olunmasında maraqlıdır. Nazirin sözlərinə görə, Qərb Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün aparılan danışıqlar …
Read More »Gürcüstanın Baş naziri Azərbaycan Prezidentini təbrik edib
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, mətndə deyilir: “Zati-aliləri! Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına səmimi salamlarımı və təbriklərimi çatdırıram. Fürsətdən istifadə edərək, Azərbaycan ilə Gürcüstan arasında tərəfdaşlığın möhkəmlənməsinə şəxsi dəstəyinizə və töhfənizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu il xüsusi əhəmiyyət kəsb edir, çünki Azərbaycan …
Read More »Nyu-Yorkda “Türk Evi”nə hücum edən şəxsin kimliyi məlum olub
Nyu-Yorkda “Türk Evi”nə hücum edən şəxsin kimliyi məlum olub. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib. O bildirib ki, hücum edən şəxsin axtarışları davam edir: “Hücumu Türkiyədən ABŞ-a köçmüş türkiyəli həyata keçirib”. Qeyd edək ki, Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğunun və BMT-dəki daimi nümayəndəliyinin yerləşdiyi “Türk Evi” adlanan inzibati bina mayın 23-də hücuma məruz qalıb və …
Read More »ANAMA rəhbəri: “Minalar sülh, inkişaf və tərəqqi üçün ən ciddi təhdidlərdən biri olaraq qalır”
“Minalar və müharibənin digər partlayıcı qalıqları dünyanın bir çox ölkələrində sülh, inkişaf və tərəqqi üçün ən ciddi təhdidlərdən biri olaraq qalır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Ağdamda “Mina Təhlükəsi ilə Mübarizə – Dayanıqlı İnkişafa Gedən Yol” mövzusunda keçirilən beynəlxalq humanitar konfransda bildirib. “Biz bu gün Ağdamdayıq. Bir vaxtlar gözəl olan …
Read More »Nazir: “Türkiyəni Qərbin oyuncağı etmək istəyənlərə mayın 28-də layiqli cavab verəcəyik”
“Türkiyəni Qərbin oyuncağı etmək istəyənlərə mayın 28-də layiqli cavab verəcəyik və deyəcəyik ki, bunu bacarmazsınız. Çünki biz Türkiyəyik”. Boyukmillet.com xəbər verir ki, bunu ölkənin nəqliyyat və infrastukur naziri Adil Karaismailoğlu Trabzonda çıxışı zamanı deyib. O vurğulayıb ki, Türkiyə xalqı mayın 14-də bəzilərinin hazırladığı oyunu pozub, onların arzularını ürəklərində qoyub: “Prezident Rəcəb Tayyib Ərdoğana verilən dəstək daha da artacaq. Kimsə Ərdoğanın …
Read More »Azərbaycanlı deputatlar Türkiyədə prezident seçkilərini müşahidə edəcəklər
Milli Məclisin bir qrup deputatı Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turunu müşahidə etmək üçün mayın 26-da bu ölkənin paytaxtı Ankara şəhərinə səfər edəcəklər. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Səfər çərçivəsində Milli Məclisin komitə sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və qrupun üzvü, deputat Anar Məmmədov TÜRK PA, deputat, ATƏT PA-da …
Read More »Mahmud Abbas Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Boyukmillet.com-un xəbərinə görə, məktubda deyilir: “Hörmətli cənab Prezident! Milli bayramınız – Müstəqillik Günü münasibətilə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan Sizə, Sizin şəxsinizdə hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi və arzularımı çatdırmaqdan məmnunluq duyuram. Allahdan Sizə möhkəm cansağlığı, …
Read More »Ermənistanın müdafiə nazirinin KTMT-nin iclasına qatılmamasının səbəbi açıqlanıb
“Ermənistanın müdafiə naziri Suren Papikyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasında iştirak etməməsi texniki səbəblərlə bağlıdır”. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu hakim Mülki Müqavilə Partiyasının katibi Artur Hovhannisyan deyib. Onun sözlərinə görə, məsələni siyasiləşdirməyə ehtiyac yoxdur: “Son günlər KTMT-Ermənistan münasibətləri barədə kifayət qədər təfərrüatlı danışırıq. Amma nazirin iclasda iştirak etməməsi siyasi yox, texniki xarakter daşıyır”. Qeyd edək ki, …
Read More »Elmira Axundova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Elmira Hüseyn qızı Axundova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub. Qeyd edək ki, sabah E.Axundovanın 70 yaşı tamam olur. O, Milli Məclisin üçüncü, dördüncü və beşinci çağırış deputatı olub, 2020-2023-cü illərdə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar