Bakıda qadın sərnişinlərlə qeyri-etik formada davranan, əxlaqsız təkliflər edən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul “Uber” və “Bolt” şirkətlərinin 69 sürücüsü barəsində qanunauyğun ciddi tədbirlər görülüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.Bildirilib ki, paytaxt ərazisində “Uber” və “Bolt” taksi şirkətlərinin bəzi sürücülərinin xanım sərnişinlərlə qeyri-etik formada davranmaları, əxlaqsız təklif etmələri, eləcə də taksi fəaliyyəti ilə …
Read More »Bu ilin sonundan etibarən Şuşaya ilkin olaraq 1 500 sakinin köçürülməsi nəzərdə tutulub
Bu ilin sonundan etibarən Şuşa şəhərinə ilkin olaraq 1 500 sakinin köçürülməsi nəzərdə tutulub. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşa şəhərində xüsusi nümayəndəliyinin baş məsləhətçisi Kənan Quliyev bunu bu gün Şuşa şəhərində keçirilən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun 66-cı iclasında bildirib. “Böyük qayıdış” Dövlət Proqramına əsasən, Şuşanın keçmiş sakinlərinin bu şəhərə qayıtması və onların layiqli həyat şəraitinin yaradılmasını …
Read More »Dmitri Peskov: “İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək”
Rusiya Prezidenti Vladimir Putin bu gün Moskvada əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, daha sonra Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli görüşün keçirilməsi gözlənilir. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya …
Read More »Gələn ay üçün iki iş və qeyri-iş günlərinin yerləri dəyişdirilib, ardıcıl 7 gün tətil olacaq
Gələn ay üçün iki iş və qeyri-iş günlərinin yerləri dəyişdirilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib. Beləliklə, iyunun 24-ü (şənbə) və iyunun 25-i (bazar) iş günləri, …
Read More »Türkiyədə əməliyyat keçirilib, İŞİD-in 18 üzvü saxlanılıb
Türkiyə təhlükəsizlik qüvvələri paytaxt Ankarada yeni əməliyyat keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilib ki, əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının 18 üzvü şübhəli qismində saxlanılıb.
Read More »İlham Əliyev İordaniya Kralını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir:“Əlahəzrət, İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İordaniya …
Read More »İrandan Azərbaycana 13 kq narkotik keçirilməsinin qarşısı alınıb
May ayının 24-də saat 11:55-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Zevin kənd sakinləri – Şirbəyov Şamo Faiq oğlu və Şirbəyli İlyas Rahib oğlu tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində hadisə yerində ümumi çəkisi …
Read More »Bakıda tarixi binaya müdaxilə faktı aşkarlanıb
Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi 16 ünvanında yerləşən tarixi tikili (abidə) binaya müdaxilə faktı aşkarlanıb. Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, Xidmətin əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman tarixi tikilinin (abidənin) sütunlarının boya ilə rəngləndiyi müəyyən edilib. Qeyd edilib ki, faktla bağlı qanuna müvafiq tədbirlər görülməkdədir: …
Read More »Kərim Vəliyev Pakistanın müdafiə naziri ilə birgə təlimlərin keçirilməsi məsələsini müzakirə edib
Pakistan İslam Respublikasında rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Parlamentin Müdafiə Palatasını ziyarət edərək bu ölkənin Federal müdafiə naziri cənab Asif Muhammed Xavaca ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qonaqları salamlayan Pakistanın müdafiə naziri Azərbaycan ilə Pakistan arasında hərbi əlaqələrin yüksək səviyyədə olduğunu, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını …
Read More »Prezident İlham Əliyev Rusiyada işgüzar səfərdədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə mayın 25-də Moskvada işgüzar səfərdədir. Boyukmillet.com xəbər verir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlət başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşılayıblar.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar