Çərşənbə , 8 Aprel 2026

autor

Vilyam Hacıyevin ailəsinin müsadirə olunmuş əmlakları ilə bağlı qərar çıxarılıb

 Ali Məhkəmə İmişli Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta İbrahimova və oğlu Məhəmməd Hacıyevin müsadirə olunmuş əmlaklarının geri qaytarılması üzrə qərardan verilmiş kassasiya şikayətinə baxılıb. Boyukmillet.com xəbər verir ki, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, maraqlı şəxs və eyni zamanda “Xəzər-222’’ MMC-nin təsisçisi C.İbrahimova və vəkili Yusif İsmayılov tərəfindən birgə …

Read More »

Keçən il Prezidentin ehtiyat fondundan xüsusi müdafiə təyinatlı layihələrə 457,1 milyon manat xərclənib

Keçən il Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan xüsusi müdafiə təyinatlı layihələrin maliyyələşdirilməsinə 457,1 milyon manat vəsait sərf olunub. Boyukmillet.com-un xəbərinə görə, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb. Layihədə qeyd edilib ki, 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 517,9 milyon manat məbləğində vəsait istifadə olunub. Bu vəsaitin 486,7 milyon manatı və ya 94 …

Read More »

Vətən müharibəsində zərər çəkmiş binaların təmirinə 14 milyon manat xərclənib

“Vətən müharibəsində zərər çəkmiş binaların təmirinə 14 milyon manat vəsait xərclənib”. Boyukmillet.com-un xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili rəhbərlik etdiyi komitənin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini təqdim edərkən deyib. Komitə sədri bildirib ki, Vətən müharibəsi zamanında zərərçəkən 42 publik şəxsə 320 mln. manat …

Read More »

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

May ayının 22-də saat 22:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10 kiloqram 470 qram narkotik vasitə (9 kq 955 qram marixuana, 515 qram heroin) aşkar olunaraq götürülüb. …

Read More »

Dini konfessiyaların rəhbərləri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Möhtərəm cənab Prezident! Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin arzu və iradəsini ifadə edərək Sizə – Azərbaycan xalqının ləyaqətli oğluna, dünyanın tanınmış siyasi xadiminə və Müzəffər Ali Baş Komandana salamlarımızı çatdırır, tariximizin əlamətdar bayramlarından olan28 May – Müstəqillik Günü münasibətilə təbriklərimizi ünvanlayırıq. …

Read More »

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 12 terrorçu saxlanılıb

Türkiyənin təhlükəsizlik qüvvələrinin ölkənin İstanbul, Konya və Antakya şəhərlərində həyata keçirdiyi əməliyyatlar nəticəsində terrorçuluqda şübhəli bilinən 12 nəfər saxlanılıb. Boyukmillet.com “Milliyet”ə istinadən xəbər verir ki, İstanbul Şəhər Polis İdarəsinin terrorla mübarizə şöbəsi İŞİD terror təşkilatı ilə əlaqəsi olan şəxslərin ələ keçirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirməyə başlayıb. Saxlanılan şəxslərdən Bülent Özbuğdayın terror qruplaşması üçün fəaliyyət göstərən “Təqva” qrupu yaratdığı, üzvlərinin …

Read More »

Türkiyədən Azərbaycana idxal olunan malların bahalaşmasının səbəbi açıqlanıb

Türkiyədən Azərbaycana idxal olunan mallarının dəyərinin yuxarı olması həmin malların burda da bahalaşmasına səbəb olub. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib. “Ötən il Türkiyə ilə 5,8 milyard ABŞ dollarlıq ticarət dövriyyəmizin 2,3 milyard ABŞ dollarlıq hissəsi Türkiyədən Azərbaycana idxal edilmiş məhsullar üzrə olub. Bu məhsulların çoxu əczaçılıq, …

Read More »

Sabah Azərbaycanda havanın temperaturu 35 dərəcəyədək yüksələcək

Mayın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-30°, bəzi yerlərdə 33°-dək isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi …

Read More »

Azərbaycan ötən il müdafiəyə nə qədər xərcləyib?

2022-ci ildə Azərbaycanın müdafiə potensialının gücləndirilməsinə, silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılmasına 5 622,5 milyon manat vəsait yönəldilib. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qurumun bugünkü iclasında müzakirə edilən “2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini təqdim edərkən bildirib. Onun sözlərinə görə, ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin …

Read More »

Ukrayna tankçıları “Abrams”larla təlimə başlayır

Ukrayna hərbçiləri “M1A1 Abrams” tankları ilə təxminən bir həftə sonra təlimlərə başlayacaq. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder deyib. Qeyd edək ki, bu təlim on həftə ərzində amerikalı mütəxəssislər tərəfindən Ukrayna Silahlı Qüvvələrinin 250 tankçısına Almaniyadakı poliqonlardan birində keçiriləcək.

Read More »