Çərşənbə , 8 Aprel 2026

autor

Azərbaycan XİN Ararat Mirzoyana cavab verib

Mayın 22-də Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti ilə mətbuat konfransı zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən növbəti dəfə səsləndirilmiş qərəzli fikirləri qətiyyətlə pisləyirik”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti ilə mətbuat konfransı zamanı səsləndirdiyi əsassız fikirlərə …

Read More »

ETSN əməkdaşına atəş açmaqda şübhəli bilinən şəxsə cinayət işi açılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşına odlu silahdan atəş açmaqda şübhəli bilinən şəxsə cinayət işi açılıb. Bu barədə Qazax Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, mayın 18-də Ağstafa su anbarının Qazax rayonu ərazisinə düşən hissəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşlarına odlu silahdan atəş …

Read More »

Ötən ilin dövlət büdcəsinin icrası haqqında layihənin MM-də müzakirəyə çıxarılacağı tarix müəyyənləşib

“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılacağı tarix müəyyənləşib. Boyukmillet.com-un xəbərinə görə, layihə mayın 24-də parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında I oxunuşda müzakirəyə çıxarılacaq. Qeyd edək ki, “Büdcə sistemi haqqında” qanuna əsasən, dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi təsdiq olunmaq üçün növbəti ilin may ayının 15-dən …

Read More »

Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaranmasının 22-ci ildönümüdür. Boyukmillet.com xəbər verir ki, mayın 23-də ekoloqlar peşə bayramını qeyd edir. Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Prezident İlham Əliyevin …

Read More »

Füzulinin Aşağı Seyidəhmədli kəndi ərazisindən 2 şəxsə aid qalıqlar tapılıb

“Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi ərazisindən təxminən iki şəxsə aid olduğu ehtimal edilən qalıqlar tapılıb”. Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib. O bildirib ki, sonuncu dəfə 2-3 gün bundan öncə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə meyit qalıqları təqdim edilib: “Minaaxtaranlar, prokurorluq işçiləri, təmir-tikinti işləri ilə məşğul olanlar qalıqlar tapanda, …

Read More »

Azərbaycanda 4 ayda dövlət xəttilə 165 milyon manat ipoteka krediti verilib

Bu ilin yanvar-aprel aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 164,9 milyon manat kredit verilib. Boyukmillet.com xəbər verir ki, bu, ötən illin eyni dövrü ilə müqayisədə 5 % çoxdur. Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 8 % artaraq 108,3 milyon manat olub. İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 11,1 % artaraq 100 milyon …

Read More »

Azərbaycan performans auditi üzrə mövzuları DİM-in hədəflərinə uzlaşdıracaq

Azərbaycanda qarşıdakı illərdə performans auditi üzrə mövzuların Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) hədəfləri ilə uzlaşdırılması mühüm tələblərdən biri kimi müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bunu Asiya Ali Audit Qurumları Təşkilatının (ASOSAI) Bakıda keçirilən DİM üzrə İşçi Qrupunun ilk fiziki toplantısında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib. O, qeyd edib ki, Palatanın 2021-2025-ci illəri əhatə edən Strateji Planında 9 strateji hədəf müəyyən …

Read More »

Azərbaycan apreldə sabit genişzolaqlı internetin sürətinə görə 2 pillə irəliləyib

Bu ilin aprel ayında Azərbaycan sabit genişzolaqlı internetin median sürətinə görə 180 ölkə arasında 28,83 MB/S sürətlə 116-cı yerdə qərarlaşıb. Boyukmillet.com xəbər verir ki, bu, əvvəlki ayla müqayisədə 2 pillə irəliləmək deməkdir. Sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Sinqapur (242,01 MB/S), sonuncu yeri isə Kuba (1,97 MB/S) tutub. Məlumata görə, ölkəmiz apreldə mobil internetin sürətinə görə 138 ölkə arasında 39,12 MB/S sürətlə 58-ci yerdə qərarlaşıb. Bu isə mart ayına nisbətən 4 pillə geriləmə deməkdir. Mobil …

Read More »

AQTA sədri Fransada ÜHST-nin Baş direktoru ilə görüşüb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) Nümayəndələrinin Ümumdünya Assambleyasının 90-cı Baş Sessiyasında iştirak etmək üçün Fransaya işgüzar səfəri davam edir. Boyukmillet.com xəbər verir ki, səfər çərçivəsində AQTA-nın nümayəndə heyəti Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Nümayəndələrinin Ümumdünya Assambleyasının 90-cı Baş Sessiyasının açılış mərasimində iştirak edib. 90-cı Baş Sessiyanın açılış mərasimində ÜHST-nin …

Read More »

Türkiyə “Tayfun” raketinin ikinci sınağını keçirib

Türkiyə “Tayfun” qısamənzilli raketinin ikinci sınağını keçirib. Boyukmillet.com xəbər verir ki, proses Rizə-Artvin hava limanı ərazisində baş tutub. Məlumata görə, sınaq uğurla həyata keçib. Bildirilib ki, belə test uçuşları adətən Sinopda həyata keçirilir. Hazırkı sınağın Rizədə baş tutması isə təsadüfi deyil. Çünki uçuşun Sinopda həyata keçirilməsi Türkiyənin Ukrayna və Rusiyanın hava sərhədlərini pozması deməkdir. Qeyd edək ki, “Tayfun”un ilk sınaq …

Read More »