Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan müzakirələri davam etdirmək barədə razılığa gəliblər. Boyukmillet com xəbər verir ki, bu barədə mayın 19-da Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvada baş tutan görüşdə razılıq əldə olunub. Bildirilib ki, Ceyhun Bayramov və Ararat Mirzoyan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarının icrası ilə bağlı mövqelərini …
Read More »Zərərçəkən dəymiş zərərin sığorta ödənişindən artıq hissəsini zərərvurandan tələb edə bilər – QƏRAR
Zərərçəkən dəymiş zərərin sığorta ödənişindən artıq hissəsini zərərvurandan tələb edə bilər. Boyukmillet.com xəbər verir ki, bu, Bakı Apellyasiya Məhkəməsinin icbari sığorta ilə bağlı müraciəti əsasında Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarda öz əksini tapıb. Qərarda deyilir ki, “İcbari sığortalar haqqında” qanunun 58.3-cü maddəsinin mənasına görə, bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir. …
Read More »Kreml Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Moskvada görüşəcəyini təsdiqləyib
Kreml Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Moskvada görüş olacağını təsdiqləyib. “Report”un Moskva müxbirinin xəbərinə görə, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, görüş gələn həftə keçirilə bilər. “Gələn həftə biz Avrasiya inteqrasiyası məsələləri ilə məşğul olacağıq. Moskvada Avrasiya İqtisadi Forumu və Ali Avrasiya İqtisadi Şurasının iclası olacaq. Biz gözləyirik ki, həm Prezident İlham Əliyev, həm …
Read More »Cənubi Amerikadan Avropaya, oradan isə Azərbaycana tranzit yolla kokain gətirən dəstə üzvləri saxlanılıb
Cənubi Amerikadan Avropaya, oradan isə Azərbaycana tranzit yolla kokain gətirən dəstə üzvləri saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyininn (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə narkotik vasitələr gətirən mütəşəkkil dəstə üzvlərinə qarşı əməliyyatlar davam etdirilir. Sonuncu tədbir zamanı Xalid İsgəndərov, Xəyyam Əsədov və Elman Yusifov saxlanılıblar. Onlardan 1 …
Read More »Yeni komendatdan Naxçıvanın bu kəndinə qəribə qadağa: iki çobanınız olmasa…
Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Axaməd kəndinin sakinləri özlərinə aid örüş sahəsində mal-qaralarını otarmaqla bağlı ciddi problemlə üzləşiblər. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Azinforum.az-a bir qrup kənd sakini verib. Qeyd edək ki, bu kənd İranla sərhəddə, Araz çayının düz qırağında yerləşir. Örüş sahəsi də dövlət sərhəddinə yaxın ərazini əhatə etdiyi üçün, bu qadağanı həmin əraziyə yeni təyin olunan …
Read More »Azad edilən ərazilərdə təmizlənən sahələr və aşkarlanan minaların sayı açıqlanıb
“İşğaldan azad edilmiş ərazilərdə 810 236 026 kvadrat hektar sahə mina və partlamamış hərbi sursatlardan tamamilə təmizlənib”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Qarabağ bürosuna Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) 3 saylı təmizləmə qrupunun supervayzeri Azər Hüseynov deyib. O bildirib ki, təmizlənmiş ərazidən 28 235 ədəd piyada əleyhinə mina, 15 258 ədəd tank əleyhinə mina, 44 228 ədəd isə partlamamış hərbi sursat …
Read More »Azərbaycan Ordusunda silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi başa çatıb
2023-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun bütün qoşun növləri, hərbi hissə və bölmələrində silah, döyüş, eləcə də xüsusi texnika yay mövsümündə istismar rejiminə keçirilib. Boyukmillet.com xəbər verir ki, plana uyğun olaraq, yay mövsümündə silah və texnikanın fasiləsiz, eləcə də dayanıqlı istismarını təmin etmək məqsədilə hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində iqlim şəraitinin xüsusiyyətləri də nəzərə alınmaqla texnikaya …
Read More »İvan Brkiç “Neftçi” ilə yeni müqavilə imzalayıb
“Neftçi”nin futbolçusu İvan Brkiç klubla yeni müqavilə imzalayıb. Boyukmillet.com xəbər verir ki, Rumıniyalı mütəxəssis bildirib ki, xorvatiyalı qapıçı mövsümün sonuna qədər olan sözləşməsini uzadıb. Adı bir neçə xarici klubla birgə hallanan 28 yaşlı qolkiper növbəti mövsümü də Bakıda keçirəcək. Qeyd edək ki, İvan Brkiç “Neftçi”yə 2022-ci ilin yanvarında Latviya klubu “Riqa”dan keçib. Laurentsiu Regekampfın müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.
Read More »Şabranda narkotik satışı ilə məşğul olanlara qarşı əməliyyatlar zamanı 3 nəfər saxlanılıb
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi, saxlanılması və satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat axtarış tədbirləri zamanı rayon sakinləri Orxan Məmmədov, Elxan Məmmədov və Zaur Ağamalıyev saxlanılıblar. Həmin şəxslərin üzərinə və yaşadıqları evə baxış keçirilən zaman bükülülərdə külli miqdarda …
Read More »Bu gün Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd edilir
Bu gün Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı günü qeyd olunur. Boyukmillet.com xəbər verir ki, mayın 19-u İstiqlaliyyət müharibəsinin başlanğıcından 104 il ötür. Qeyd edək ki, Türkiyə İstiqlaliyyət müharibəsi Birinci Dünya müharibəsindən məğlub olaraq çıxan Osmanlı dövlətinin Antanta qüvvələri tərəfindən işğalı sonucunda Misak-i Milli, yəni Mustafa Kamal (1934-cü ildən Atatürk) və silahdaşları tərəfindən qəbul edilən Türkiyə sərhədləri daxilində ölkənin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar