Ötən gün elm və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçirilən brifinqdə maraqlı anlar yaşanıb. Boyukmillet.com xəbər verir ki, bu, jurnalist Zülfiyyə Mustafayevanın mikrofon arxasına keçməsindən sonra baş verib. Belə ki, jurnalist nazirə suallara verdiyi cavabların onun üçün qanedici olmadığını bildirib. O, Emin Əmrullayevə üz tutaraq qeyd edib ki, verilən açıqlamalar problemlərin həllinə işarə deyil. Nazir isə öz növbəsində bu …
Read More »Naxçıvan Səhiyyə Nazirliyinin Kollegiyasının yeni tərkibi müəyyənləşib
Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının yeni tərkibi təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, müvafiq qərarla nazirliyin kollegiya üzvlərinin sayı 5 nəfərdən ibarət müəyyənləşdirilib. Yeni tərkibdə muxtar respublikanın səhiyyə naziri kollegiyanın sədri, onun birinci müavini və digər müavini, eləcə də nazirliyin Tibbi yardımın təşkili şöbəsinin müdiri və Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi kollegiyanın üzvləri kimi təsdiq olunub.
Read More »Rusiya Ukraynanın bir neçə şəhərinə raket zərbələri endirib, ölən və yaralanan var
Rusiya ordusunun Ukraynanın Odessa şəhərinə raket hücumu nəticəsində bir mülki şəxs ölüb, ikisi yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Odessa vilayəti Hərbi Administrasiyasının sözçüsü Sergey Bratçuk bildirib. Onun sözlərinə görə, Qara dəniz istiqamətindən atılan raketlərin çoxu Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilib. Ukrayna “Cənub” Hərbi Dairəsinin sözçüsü Natalya Qumenyuk bildirib ki, Rusiya qüvvələri arxa cəbhədəki bölgələrdə terror aktları törətməyə …
Read More »Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,35 ABŞ dolları, yaxud 1,73 % artaraq 79,22 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçersləri 76,96 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda …
Read More »Göyçayda narkotik və oğurluğa görə 7 nəfər saxlanılıb
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda və oğurluq cinayətləri törətməkdə şübhəli bilinən 7 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 nəfər rayon sakini- əvvəllər məhkum olunmuş Elçin Məmmədov, İlham Abdullayev və Malik İsgəndərov tutulub. Sonuncunun idarə etdiyi avtomobilə …
Read More »Bakıda iki uşaq quyuya düşərək ölüb – YENİLƏNİB
Mayın 17-si saat 19 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yerləşən quyuda iki nəfər azyaşlının meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Rayon prokurorluğundan “Report”a bildirilib ki, ilkin araşdırma zamanı azyaşlıların meyiti üzərində hər hansı xəsarət müəyyən edilməyib. Zərərçəkmişlərin ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılıb. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma davam …
Read More »Ermənistan Azərbaycana qarşı döyüş PUA-ları tətbiq edib
Mayın 18-i saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. Əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib. Azərbaycan Ordusunun bölmələri itki verməyib, cavab tədbirləri görülür. “Bildiririk ki, bölgədə yaranan …
Read More »Özbəkistan Prezidenti Çin lideri ilə görüşəcək
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Çinə səfərə gedib. Boyukmillet.com xəbər verir ki, məlumatı Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, o, Çin Xalq Respublikasının sədri Si Cinpinlə danışıqlar aparacaq. Məlumatda həmçinin Ş.Mirziyoyevin mayın 19-da keçiriləcək Mərkəzi Asiya-Çin sammitində iştirak edəcəyi bildirilib. Vurğulanıb ki, Sian şəhərində Si Cinpinin sədrliyi ilə keçiriləcək sammitdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan liderlərinin də iştirakı …
Read More »İkinci turda Ərdoğan ən azı 10 faiz səs fərqi ilə Kılıçdaroğlunu geridə qoyacaq-MUHAMMET KUTLU
“Prezident Rəcəb Tayyib Ərdoğan seçkilərin birinci turunda “Millət İttiqı’nın, yaxud terror təşkilatı PKK-nın siyasi qanadı olan HDP-nin kənardan dəstəyi ilə yeddili ittifaqın namizədi olan Kemal Kılıçdaroğluna iki milyon yarım səs çoxluğu ilə önə keçdi. Lakin Cumhurbaşkanlığı Hökümət Sisteminin zəruri bildiyi 50+1 səs çoxluğu toplanmadığı üçün Türkiyə Yüksek Seçim Kurulu (YSK) ikinci tur seçki keçirilməsi qararı verdi. Əslində iki liderin arasında …
Read More »Dünya çempionu olan Azərbaycan karateçiləri mükafatlandırılıblar
Karatenin kudo növü üzrə Yaponiyanın paytaxtı Tokioda keçirilmiş dünya çempionatında qızıl medal qazanan Azərbaycan idmançıları Sevinc Mövsümzadə və Vüsal Əliyev mükafatlandırılıblar. Boyukmillet.com-un məlumatına görə, tədbirdə SOCAR-ın Sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini, Azərbaycan Koşiki-do Karate Federasiyasının fəxri prezidenti Adnan Əhmədzadə, federasiyasının prezidenti Rafael Bünyatov, birinci vitse-prezident Yuri Mustafayev, həmçinin, vitse-prezidentlər Ənvər Həzərxanov və Vəli Bünyatov, baş məşqçi Nazim Mövsümzadə, federasiya …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar