Çərşənbə , 8 Aprel 2026

autor

Əlahiddə Ümumqoşun Orduda məşğələ keçirilib

Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrində bütün növ silah və texnikalara mövsümə uyğun düzgün texniki qulluğun göstərilməsi ilə bağlı məşğələ keçirilib. Boyukmillet.com xəbər verir ki, məşğələ zamanı bölmələrin döyüş gücünü artırmaq məqsədilə hər bir silah və hərbi texnikadan düzgün istismar qaydalarına əməl olunmasının və onların texniki sazlığının qorunmasının vacibliyi diqqətə çatdırlıb. Məşğələdə silah və texnikanın fasiləsiz və dayanıqlı istismarını …

Read More »

Beynəlxalq axtarışda olan şəxs ölkəmizə gətirildi

Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya edilib. Boyukmillet.com xəbər verir ki, Baş Prokurorluğun vəsatəti əsasında Gürcüstanın Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Mehman Qasımovun ölkəmizə ekstradisiyası haqqında qərar qəbul olunub. Belə ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqı aparılan cinayət işi üzrə …

Read More »

Türkiyədə 4 mərtəbəli bina çökdü

Türkiyənin Bursa şəhərində 4 mərtəbəli bina söküntü zamanı bir anda çöküb. Boyukmillet.com xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb. Bölgəyə çoxlu sayda təcili tibbi yardım briqadası, polis əməkdaşları, axtarış-xilasetmə və AFAD qrupları cəlb edilib. Dağıntılar altında insanların qalma ehtimalı nəzərə alınaraq axtarış işlərinə başlanıldı.

Read More »

Ulu Öndər Heydər Əliyev könüllü olaraq özünü azərbaycançılığa həsr etmişdi

Bu il xalqımız Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü ölkəmiz üçün Zəfər tarixi kimi yaddaşlara yazılan əlamətdar dövrdə – doğma Qarabağımızın bərpası və yenidən çiçəklənməsi ilə paralel böyük coşqu və təntənə ilə qeyd edir. Sarsılmaz əqidəyə, möhkəm iradəyə malik bir insan olan Ulu Öndər Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti hər bir azərbaycanlı üçün əsl nümunədir. O, müstəqil …

Read More »

“Bizim olan nə varsa Azərbaycanındır” – Çavuşoğlu

“Bizim olan nə varsa Azərbaycanındır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib. Nazir bildirib ki, Türkiyə müdafiə sənayesi sahəsindəki uğurlarını artırmalıdır: “Artıq müdafiə sənayesi ilə bağlı ehtiyaclarımızın 80 faizi yerli istehsaldır. Amma, bu, kifayət deyil. Müdafiə sənayesindəki işlərimizi davam etdirməliyik”. O xatırladıb ki, Azərbaycan Ermənistanın torpaqlarını işğal etməyib: “Əksinə, 30 ildən sonra öz …

Read More »

ANAMA rəhbəri azad edilmiş ərazilərdə zərərsizləşdirilən minaların sayını açıqlayıb

“Vətən müharibəsindən sonra 87 mindən çox mina və partlamamış hərbi sursat zərərsizləşdirilib”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib. “2020-ci ildə müharibədən sonra işğaldan azad edilən ərazilərdə minatəmizləmə işləri davam etdirilir. İndiyədək 80 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Onu da qeyd edim ki, azad edilən ərazilərdə mina və …

Read More »

“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayıb

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayıb. Boyukmillet.com xəbər verir ki, səhər saatlarında festival proqramı üzrə tamaşaların, iştirakçı ölkələrin sənətkarlıq nümunələrinin və milli mətbəxinin təqdimatı olub. Qeyd edək ki, festival günlərində şəhərin müxtəlif məkanlarında “Bayraq”, “Qəhrəmanlıq”, “Qarabağ məclisi”, “Poeziya”, “Dədə Qorqud”, “Dərvişlər”, “Molla Nəsrəddin” mövzularında guşələr də yaradılıb. Bu …

Read More »

Prezident İlham Əliyev Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin məzarını ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin Heydər Əliyev Fondu tərəfindən bərpa olunan məzarını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib. Bildirilib ki, XIX əsrin Azərbaycana bəxş etdiyi görkəmli simalardan, şəxsiyyətlərdən biri, şair, rəssam, xəttat, musiqi nəzəriyyəçisi, Qarabağ ədəbi mühitinin inkişafında özünəməxsus rolu olmuş …

Read More »

Bakıda 35 min 900 saxta ABŞ dollarını dövriyyəyə buraxmaq istəyən şəxs saxlanılıb

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Bakı şəhərində saxta pul dövriyyəsini təşkil etməkdə şübhəli bilinən paytaxt sakini Nizami Quliyev saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, onun üzərinə baxış zamanı saxta 35 min 900 ABŞ dollar aşkar olunaraq götürülüb. Nizami Quliyev saxta əsginasları paytaxt ərazisində müxtəlif vasitələrdə dövriyyəyə …

Read More »

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksinin açılışında iştirak ediblər

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma kompleksdə görülən işlər barədə məlumat verilib. Bildirilib ki, Mehmandarovların malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunub. Yaşayış kompleksinə böyük yaşayış binası, kiçik …

Read More »