“ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün keçirilməsi faktının özü çox müsbət əlamətdir”. Boyukmillet.com xəbər verir ki, bunu Report’a beynəlxalq ekspert, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib. Onun sözlərinə görə, ABŞ Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması və mümkün sülh müqaviləsinin imzalanmasında obyektiv vasitəçidir. Vasitəçiliyi bu gün müharibə aparan Rusiyaya və ya …
Read More »Nazirliyin sabiq vəzifəli şəxsi 122 min manatdan artıq mənimsəmədə ittiham olunur
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsi 122 min manatdan artıq mənimsəmədə ittiham olunur. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Şirvan Təcrübə Stansiyasının sabiq direktoru Arzu Hacıyevin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı tamamlanıb. İbtidai istintaqla Arzu Hacıyevin …
Read More »İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə daxil olub
İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə daxil olub. Boyukmillet.com-un xəbərinə görə, sənəd parlamentin İnsan hüquqları komitəsinin mayın 8-də keçiriləcək iclasında müzakirə ediləcək. Qeyd edək ki, Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimovdur.
Read More »Azərbaycan Türkmənistanla konteyner daşımalarında əməkdaşlığı genişləndirirtation
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC ilə “Türkmənistan Nəqliyyat və Logistika Mərkəzi” SC arasında beynəlxalq konteyner daşımaları üzrə Anlaşma Memorandumu imzalanıb. Bu barədə ADY-dən bildirilib. Məlumata görə, ötən gün Türkmənistanın paytaxtı Aşqabadda “Beynəlxalq nəqliyyat- tranzit dəhlizləri: qarşılıqlı əlaqə və inkişaf – 2023” 2-ci Beynəlxalq sərgi və konfransı işini başa çatdırıb. “ADY Konteyner”in təmsil olunduğu tədbirdə beynəlxalq …
Read More »ANAMA minaların daha çox hansı ərazilərə basdırıldığını açıqlayıb
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) minaların daha çox hansı ərazilərə basdırıldığını açıqlayıb. Agentlikdən bildirilib ki, minalar əsasən, keçmişdə döyüşlər gedən və onlara yaxın sahələrə, yollar, ana yollar və yol kəsişmələrinə basdırılıb. Qeyd edilib ki, bununla yanaşı keçid və cığırlar, içməli və texniki su mənbələri, həmçinin elektrik dirəklərinin ətrafı minalarla daha çox çirkləndirilən yerlər sırasındadır. Həmçinin minaların əsasən, bağ və meşəlik ərazilərdə, …
Read More »İlham Əliyev və Mehriban Əliyeva Xocavənd rayonuna səfər ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 5-də Xocavənd rayonuna səfər ediblər. Boyukmillet.com-un xəbərinə görə, dövlətimizin başçısına və birinci xanıma Tuğ kəndində həyata keçiriləcək turizm layihələri barədə məlumat verilib. Prezident İlham Əliyev burada İnzibati Mərkəzin və ilk yaşayış məhəlləsinin təməlini qoyub. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hadrut qəsəbəsində tam orta məktəbin bərpa …
Read More »Taleh Kazımov: “Son 20 ildə Azərbaycan iqtisadiyyatının real həcmi 4 dəfə artıb”
Son 20 ildə Azərbaycanda həyata keçirilən təqdiredici artım strategiyası sayəsində milli iqtisadiyyatın real həcmi 4 dəfə, ixrac isə 15,6 dəfə artıb. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə deyib. “İqtisadiyyatın orta artım tempi dünya üzrə orta səviyyədən 4 faiz bəndi yüksək olub və Azərbaycan yuxarı orta gəlirli ölkəyə çevrilib. Ölkənin strateji valyuta ehtiyatları 41,9 dəfə …
Read More »Ərdoğan Qarabağdan yazıb: “Bütün imkanlarımızla qardaşlarımızın yanındayıq”
“Liviyada, Suriyada, 30 ildən sonra işğaldan azad edilən Qarabağda olduğu kimi lazım olanda bütün imkanlarımızla qardaşlarımızın yanında dayanacağıq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb. O bildirib ki, Türkiyə siyasi, diplomatik və hərbi gücü ilə terror təşkilatlarına qətiyyətli zərbələr endirir, dünyanı onların başına dar edir: “Ölkəmiz 3 qitənin geosiyasi mərkəzi olmasına baxmayaraq, uzun illər təkvektorlu …
Read More »MİT İraqın şimalında yeni əməliyyat keçirib, PKK/KCK-nin rəhbər şəxsi məhv edilib
Türkiyənin Milli İstihbarat Təşkilatı(MİT) İraqın şimalında, Qara ərazisində yeni əməliyyat keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb. Əməliyyat nəticəsində PKK/KCK terror təşkilatının rəhbər şəxsi Neçirvan Seven məhv edilib. Onun qruplaşma logistika məsələlərindən məsul olduğu bildirilib.
Read More »Türkiyədə terrorçulara qarşı əməliyyat keçirilib, İŞİD-in 96 üzvü saxlanılıb
Türkiyənin təhlükəsizlik qüvvələri Diyarbəkir şəhərinin 23 rayonunda əməliyyat keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sabah” məlumat yayıb. Əməliyyat nəticəsində İŞİD terror təşkilatının 74 üzvü şübhəli qismində saxlanılıb. Türkiyənin daxili işlər Süleyman Soylu isə bildirib ki, eyni vaxtda Ankarada keçirilən əməliyyat nəticəsində İŞİD-in daha 22 üzvü saxlanılıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar