Çərşənbə , 8 Aprel 2026

autor

Bakının İsa bulağı küçəsinin bir hissəsi təmir edilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonundakı İsa bulağı küçəsinin Akademik Həsən Əliyev küçəsindən Fətəli xan Xoyski prospektinə qədər olan 240 metrlik hissəsini təmir edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb. Bildirilir ki, təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, 690 p/metr səki və bordür daşları yenilənib, 890 kvadratmetr piyada səkiləri bərpa …

Read More »

Akademik Zərifə Əliyevanın 100 illiyi Ədliyyə Nazirliyində geniş qeyd olunub

Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi ilə bağlı ədliyyə orqanlarında silsilə tədbirlər keçirilir. Boyukmillet.com xəbər verir ki, bu münasibətlə nazirlik tərəfindən görkəmli oftalmoloq-alimin işıqlı xatirəsinə həsr olunan geniş konfrans keçirilib, yeni xatirə guşələri, saytda ayrıca bölmə yaradılıb, filmlər, foto-video slaydlar nümayiş etdirilib, mediada və sosial şəbəkə hesablarında məlumatlar paylaşılıb, Ədliyyə Akademiyasında nazirliyin tibb xidmətinin …

Read More »

Zəngilanda 30 min ağacdan ibarət meşə massivi salınıb

Zəngilanda 30 min ağacdan ibarət meşə massivinin bərpası, eyni zamanda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ərazidə ağacəkmə aksiyasının keçirilməsi münasibəti ilə Zəngilan rayonuna səfər təşkil olunub. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə baş tutan səfərdə meşənin salınmasını dəstəkləyən Fondun 20-dən artıq donor və …

Read More »

Berlində Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu müzakirə edilib

Azərbaycanın Almaniyadakı səfirliyində bu ölkənin 1500-ə yaxın şirkətini özündə birləşdirən “Liberaler Mittelstand” təşkilatı ilə birgə Avropanın və Almaniyanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın roluna dair tədbir keçirilib. Tədbirin əvvəlində “Liberaler Mittelstand” təşkilatının Berlin nümayəndəliyinin rəhbəri Xristian Qrosse Azərbaycanın indiyədək qlobal, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələrdən danışıb, enerji böhranının yaşandığı bir dövrdə Azərbaycanın əsas və etibarlı təchizatçılardan biri …

Read More »

Bakıda “Formula-1″ə görə bağlanmış yollar açılıb

Bu gün səhər saat 8:00-dan etibarən Bakı Şəhər Halqası istiqamətində bağlanmış yollar artıq açılıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib. “Neftçilər prospekti, İstiqlaliyyət və Zərifə Əliyeva küçələri ilə kəsişən bütün yol ayrıclarında maneələr çəkilib, onlar 3 gün ərzində ərazidən götürüləcək. Digər söküntü işləri mərhələli şəkildə aparılacaq”, – …

Read More »

İrandan Azərbaycana 112 kq narkotik gətirən şəxslər saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusi əməliyyatı zamanı İrandan 112 kiloqram narkotik vasitə gətirən şəxslər saxlanılıb. Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, İrandan birbaşa olaraq milli genefondumuzun məhv edilməsi məqsədi ilə göndərilən külli miqdarda narkotik vasitələrin ölkə ərazisində qanunsuz dövriyyəyə buraxılmasının qarşısı növbəti dəfə DİN tərəfindən qətiyyətlə alınıb. Belə ki, nazirliyin Baş Narkotiklərlə Mübarizə …

Read More »

Bakıda qəzaya düşən sürücü xəstəxanada ölüb

Bakıda qəzaya düşən sürücü xəstəxanada ölüb. Boyukmillet.com xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Z.Bünyadov prospektində qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü Rzazadə Qasım Əlimusa oğlu idarə etdiyi “Mercedes” markalı avtomobili ilə 1999-cu il təvəllüdlü Qasımov Nuhid İltifas oğlunun idarə etdiyi “Toyota” markalı avtomobil ilə toqquşub. Nəticədə “Mercedes” markalı avtomobilin sürücüsü Q.Rzazadə aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Lakin o, mayın …

Read More »

“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Azərbaycan millisi İtaliya ilə qarşılaşacaq

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində bu gün növbəti oyunlar keçiriləcək. Boyukmillet.com xəbər verir ki, Bakı Tennis Akademiyasında 6 qarşılaşma baş tutacaq. A və B qruplarında əvvəlcə II turun matçları oynanılacaq. Eyni zamanda, hər qrupda III turun da bir görüşü təşkil ediləcək. A qrupunda İtaliya, B qrupunda isə Türkiyə yığması iki oyun keçirəcək. A …

Read More »

Zərdabda avtomat satmaq istəyən Bakı şəhər sakini saxlanılıb – FOTO

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində odlu silah satmaq istəyən şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, keçirilən tədbir zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Cəfərov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Onun əlində olan idman çantasına keçirilən baxış zamanı atəşə yararlı 1 ədəd “AK-74” markalı avtomat, həmin silaha məxsus 1 ədəd sandıqça …

Read More »

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb. Boyukmillet.com xəbər verir ki , hadisə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində qeydə alınıb. Belə ki, Mirzəzadə Aydın Azər oğlu etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1950-ci il təvəllüdlü Məmmədzadə Eldar İsmayıl oğlunu vurub. Daha sonra piyada Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirilib. Lakin o, göstəril bütün …

Read More »