“Böyük Yeddilik” (G7) ölkələrinin mayın ikinci yarısında Xirosimada keçiriləcək sammiti zamanı Yaponiyanın Baş naziri Fumio Kişida, ABŞ Prezidenti Cozef Bayden və Cənubi Koreya lideri Yun Seok Yeol arasında üçtərəfli görüşün keçirilməsi planlaşdırılır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Jiji” agentliyi məlumat yayıb. Görüş zamanı üçtərəfli əməkdaşlığın, həmçinin regional problemlərin, o cümlədən Koreya Xalq Demokratik Respublikasının nüvə-raket proqramının və Tayvan ətrafında vəziyyətin …
Read More »İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda referendumun uğurla keçirilməsi münasibətilə Prezident Şavkat Mirziyoyevi təbrik edib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bu barədə mayın 1-də Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Uluqbek Rozukulovu qəbul edərkən bildirib. Dövlət başçısı ilk növbədə, Özbəkistanda referendumun uğurla keçirilməsi münasibətilə Prezident Şavkat Mirziyoyevə təbriklərini çatdırmağı xahiş edib. Referendumu qardaş Özbəkistanın hərtərəfli inkişafı və demokratiyanın …
Read More »Azərbaycanın müdafiə naziri Türkiyəyə başsağlığı verib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Başsağlığında deyilir: “Şırnak-Uludərə yolunda qardaş Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində şanlı türk ordusunun hərbi qulluqçularının şəhid olması və yaralanması xəbəri məni çox kədərləndirdi.Sizin …
Read More »DSX: “87 kq-dan artıq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb”
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində ümumilikdə 87 kiloqram 340 qram narkotik vasitələrin və 19758 ədəd (13778 ədəd Metadon M-40, 3480 ədəd pregabalin-150 mg, 2400 ədəd namadol və 100 ədəd gabapentin) narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həblərin qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin …
Read More »Rusiyadan Ermənistana təbii qazın verilməsi dayandırılıb
Rusiyadan Ermənistana təbii qazın verilməsi dayandırılıb. Boyukmillet.com “Aysor”a istinadən xəbər verir ki, buna səbəb Rusiyanın Stavropol vilayətində yerləşən “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərində aparılan təmir işləridir. Qeyd olunub ki, bu gündən etibarən mayın 4-ü saat saat 20:00-dək Ermənistanda istehlakçıların qaz təchizatı daxili imkanlar hesabına həyata keçiriləcək.
Read More »Qeyri-sabit hava şəraiti mayın 4-nə kimi davam edəcək
“Mövcud sel və daşqınlarla müşahidə edilən hava şəraiti mayın 4-nə kimi davam edəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev deyib. A.Verdiyev bildirib ki, Kiçik Qafqazın bir sıra ərazisində yerləşən çaylarında sel hadisəsi gözlənilir: “Hazırda Şamaxı rayonunda yerləşdirdiyimiz radar vasitəsilə apardığımız müşahidələrə görə, Yevlax, Mingəçevir, Balakən, Şəki bölgəsi ərazisində, eyni zamanda, Biləsuvarın bəzi ərazilərində …
Read More »Abşeronda üç avtomobil yanıb, ölən var
Abşeron rayonunda üç avtomobil yanıb, ölən var. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, rayonun Mehdiabad qəsəbəsində yol-nəqliyyat hadisəsi nəticəsində üç minik avtomobilinin yanar hissələri yanıb. Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Yaxınlıqdakı elektrik dirəkləri yanğından mühafizə olunub. Yanğın yerinin kəşfiyyatı zamanı yanan avtomobillərdən birində aşkarlanan …
Read More »Mövlud Çavuşoğlu: “Daha böyük və güclü Türkiyəni formalaşdırmaq məqsədimizə çatacağıq”
“Antalya Diplomatiya Forumu” nəticəsində Antalya diplomatiyanın mərkəzinə çevrilib”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada media nümayəndələri ilə görüşündə deyib. O bildirib ki, artıq dünyadakı məsələlər Antalyada müzakirə olunur: “Həmçinin Antalyada yüzlərlə müxtəlif səviyyəli diplomatik görüşlər, müzakirələr keçirilib”. Nazir xatırladıb ki, hər şeyin kökündə dayanan təhsildir: “Hazırda Antalyada 5 universitet fəaliyyət göstərir və onların sayını …
Read More »“Heydər Əliyev İli” çərçivəsində SOCAR-ın təşkilatçılığı ilə mini-futbol turnirinin final oyunu keçirilib
“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA), Neftçi Peşəkar Futbol Klubunun və “Neftçi İdman Klubu” İctimai Birliyinin dəstəyi ilə neft-qaz və neft-kimya müəssisələri arasında mini-futbol turnirinin final oyunu keçirilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Dövlət himni ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla …
Read More »Hacettepe Universitetinin rektoru: “Atatürk və Heydər Əliyev prinsipləri əsasında yaradılan Azərbaycan-Türkiyə müttəfiqliyi dünyaya nümunədir”
“Həm Türkiyənin qurucu lideri Qazi Mustafa Kamal Atatürkün, həm də Azərbaycan dövlətinin inkişafında müstəsna xidmətləri olan Heydər Əliyevin prinsipləri əsasında qurulan Azərbaycan və Türkiyənin sarsılmaz müttəfiqliyi bütün dünyaya nümunədir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Report”un Ankara bürosuna Hacettepe Universitetinin rektoru, professor Mehmet Cahit Güran bildirib. Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Heydər Əliyevin “Bir millət, iki dövlət” fikirlərini xatırladan rektor …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar