Paytaxt yollarında gücləndirilmiş qaydada xidmət davam etdirilir. Bu barədə “Report”a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli açıqlama verib. “Şəhərin mərkəzi hissəsində nəqliyyatın fasiləsizliyini, eləcə də piyadaların hərəkəti üçün mümkün imkanların tam təmin olunması məqsədilə şəxsi avtomobillərlə hərəkəti azaltmağı, məhdudiyyət tətbiq olunan yollara təklif olunan alternativ yolların parklama imkanlarının az olmasını nəzərə alıb dayanma durma …
Read More »Sumqayıtda azyaşlının ölümü ilə bağlı cinayət işi başlanıb
Sumqayıtda azyaşlının ölümü ilə bağlı cinayət işi başlanıb. Aprelin 29-u 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində cüdo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. …
Read More »Ötən il Naxçıvanda 2 524 nəfərin sağlamlıq imkanlarının məhdudluğu təyin edilib
Ötən il Naxçıvanda 2 524, bu ilin 4 ayı ərzində isə 1 320 nəfərin sağlamlıq imkanlarının məhdudluğu təyin edilib. Boyukmillet.com xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Fərid Bağırzadə deyib. O bildirib ki, əlilliyin qiymətləndirilməsi üçün əsas sənəd dövlət tibb müəssisəsinin göndərişidir. Göndərişin tərtib edilməsi üçün vətəndaş ilk növbədə qeydiyyatda olduğu yaşayış …
Read More »Voleybol Federasiyasının prezidenti komandaların məşqçiləri və legionerlə görüşüb
Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov bu gün ölkə çempionatlarında çıxış etmiş komandaların məşqçiləri və legioner oyunçularla görüşüb. Federasiyadan “Report”a verilən məlumata görə, Voleybol Mərkəzində baş tutan görüşdə federasiya rəhbəri ilk olaraq həm çempionatda, həm də dünən başa çatan “Heydər Əliyev kuboku”nda qalib gələn komandaları təbrik edib. Şahin Bağırov bildirib ki, voleybolun ölkəmizdə daha da populyarlaşmasında hər bir məşqçinin böyük …
Read More »Sabirabadda şəhid polkovnik-leytenantın büstünün və xatirəsinə tikilmiş bulağın açılışı olub
Sabirabadda Azərbaycanın Milli Qəhrəmanı, Aprel döyüşlərinin şəhid polkovnik-leytenantının büstünün və xatirəsinə tikilmiş bulağın açılışı olub. Boyukmillet.com xəbər verir ki, mərasim Xüsusi Təyinatlı Qüvvələrinin şəhid zabiti Murad Mirzəyevin doğulduğu evin yaxınlığında baş tutub. Büstün və xatirə bulağının açılışında şəhidin doğmaları, Rayon İcra Hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatı Fəzail Ağamalı, Şəmistan Əlizamanlı, Müdafiə Nazirliyinin, Azərbaycan-Türk Birliyinin əməkdaşları, şəhid ailələri, qazilər, məktəblilər və …
Read More »Prezident İlham Əliyevin “TEKNOFEST”də çıxışı Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın aprelin 29-da İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirakı Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdə çıxışı mətbuat vasitəsilə türkdilli ictimaiyyətə çatdırılıb. “Anadolu” agentliyi, “yenisafak.com” və “euronews.com” saytı Azərbaycan Prezidenti İlham Əliyevin “Ümid edirəm ki, yaxın gələcəkdə “Kızılelma” Azərbaycanın səmasında da olacaqdır” və Ulu Öndər Heydər Əliyevin …
Read More »Azərbaycan səhiyyəsinə ağır itki üz verib
Azərbaycan səhiyyəsinə ağır itki üz verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universiteti məlumat yayıb. Məlumatda deyilir ki, universitetin II uşaq xəstəlikləri kafedrasının professoru, Tədris Terapevtik Klinikasının keçmiş direktoru Surxay Musayev uzun sürən xəstəlikdən sonra vəfat edib. Allah rəhmət eləsin!
Read More »Prokurorluq əməkdaşları Babəkdə tədbir keçirib
Babəkdə prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Liderin Babək şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərimizin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Babək rayon prokuroru, baş ədliyyə müşaviri Tural Məmmədov ölkəmizdə hüquqi dövlət quruculuğunda Heydər Əliyevin …
Read More »“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilib. Tədbirdə Müdafiə Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Yasamal, Xəzər, Suraxanı, Sabunçu, Qaradağ, Nizami, …
Read More »Qaxda evdən geyim oğurlayan şəxslər saxlanılıb
Qax rayonunun Cəlayir kəndi ərazisində yerləşən evlərin birindən oğurluq edilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, gecə saatlarında sahiblərinin evdə olmadığını fürsət bilən naməlum şəxslər oradan geyimlər və digər əşyalar oğurlayıblar. Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndliləri – Rəvan Əşrəlizadə və …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar