Xızıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, qəza rayonun Giləzi qəsəbəsində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 65 yaşlı Atlan Məmmədovu “Renault” markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Read More »ABŞ nüvə silahlarını Koreya yarımadasında yerləşdirməyəcək
“ABŞ nüvə silahlarını Koreya yarımadasında yerləşdirməyəcək”. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden Cənubi Koreya Prezidenti Yun Sok Yol ilə Ağ Evdə danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib. “Biz yarımadada nüvə silahı yerləşdirmək fikrində deyilik, lakin limanlara səfərlər, nüvə sualtı qayıqlarının səfərləri olacaq”, – Bayden deyib.
Read More »“Haber Global” və İctimai Televiziya Azərbaycan-Türkiyə münasibətləri mövzusunda ortaq yayım təşkil edib
“Haber Global” və İctimai Televiziya Azərbaycan-Türkiyə münasibətləri mövzusunda ortaq yayım təşkil edib. Boyukmillet.com xəbər verir ki, ortaq yayım Bakı vaxtı ilə 21:30-da başlayıb və eyni vaxtda canlı yayımlanıb. Yayıma hər iki tərəfdən qatılan siyasi ekspertlər iki ölkə arasında mövcud olan münasibətlərin geniş spektri barədə söz açıblar. Qeyd edilib ki, Heydər Əliyevin “bir millət iki dövlət” kəlamı ilə sağlam təməllər üzərində …
Read More »Bayden Şimali Koreyanın hakim rejimini hədələyib
“Koreya Xalq Demokratik Respublikasının (KXDR) ABŞ-a nüvə silahı ilə mümkün hücumu Pxenyandakı hakim rejimin məhvinə səbəb olacaq”. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden Cənubi Koreya Prezidenti Yun Sok Yol ilə Ağ Evdə danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib. “Şimali Koreyanın ABŞ-a, onun müttəfiqlərinə və ya tərəfdaşlarına nüvə hücumu qəbuledilməzdir və bu cür addımlar atan istənilən rejimin …
Read More »Niderland iqlim dəyişikliyi ilə mübarizəyə 28 milyard avro ayırıb
Niderland hökuməti iqlim dəyişikliyi ilə mübarizə üçün 28 milyard avro ayırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Niderland Yayım Korporasiyası məlumat yayıb. Planı ölkənin iqlim və energetika naziri Rob Yetten təqdim edib. Ümumilikdə plan, ölkəyə 1990-cı illə müqayisədə 2030-cu ilə qədər atmosferə karbon qazı emissiyalarını ən azı 55% azaltmağa imkan verəcək 120 konkret tədbiri ehtiva edir. Koalisiya hökumətindəki partiyalar planı …
Read More »UNEC ilə Milli QHT Forumu arasında əməkdaşlıq memorandumu imzalanıb
Milli QHT Forumunun prezidenti Rauf Zeyni UNEC rektoru professor Ədalət Muradovla görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə hər iki tərəf arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Sonra rektor Ədalət Muradov və Milli QHT Forumunun prezidenti Rauf Zeyni qarşılıqlı əməkdaşlığa dair memorandumu imzalayıblar. Memorandumda UNEC tərəfindən təsis edilmiş QHT-lərə dəstəyin göstərilməsi, o cümlədən tələbələrin qrant layihələrinin hazırlanması bacarıqlarının formalaşdırılması məqsədilə …
Read More »Azərbaycan və Özbəkistan mediası arasında əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ – FOTO
Azərbaycanın “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı və Azərbaycan Respublikası Mətbuat Şurasının üzvü Hacıbəy Heydərli Özbəkistanın ən böyük və tanınmış media qruplarından olan Daryo.uz-u ziyarət ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə F. Şahbazlı özünün “Facebook” hesabında məlumat verib. Məlumata görə, görüş zamanı Azərbaycan və Özbəkistan mediası arasında əməkdaşlığın perspektivləri müzakirə edilib: “Daşkənddəyik. Özbəkistanın ən böyük və tanınmış media …
Read More »Azərbaycan gömrükçülərinin aşkar etdiyi 1 tona yaxın narkotik vasitə məhv edilib
Bu gün 1 964 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 4 ton 646 kq 593 qram və 80 944 ədəd həb, müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr, eləcə də 39 031 ədəd çətənə bitkisi, həmçinin güclü təsiredici maddələr yandırılaraq məhv edilib. Boyukmillet.com bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, proses aidiyyəti təşkilatların və kütləvi informasiya …
Read More »Prezidentin sərəncamı İkinci Dünya müharibəsi iştirakçıları və digərlərindən ibarət 3729 nəfərə şamil olunacaq
Prezident İlham Əliyevin yeni Sərəncamı İkinci Dünya müharibəsi iştirakçıları və sənəddə nəzərdə tutulan digər şəxslərdən ibarət 3729 şəxsə şamil olunacaq. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Prezident İlham Əliyevin imzaladığı yeni “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və …
Read More »“Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar” qanunu təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bununla da “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilib. Eyni zamanda, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiqlənib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar