Bu gün 1 964 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 4 ton 646 kq 593 qram və 80 944 ədəd həb, müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr, eləcə də 39 031 ədəd çətənə bitkisi, həmçinin güclü təsiredici maddələr yandırılaraq məhv edilib. Boyukmillet.com bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, proses aidiyyəti təşkilatların və kütləvi informasiya …
Read More »Prezidentin sərəncamı İkinci Dünya müharibəsi iştirakçıları və digərlərindən ibarət 3729 nəfərə şamil olunacaq
Prezident İlham Əliyevin yeni Sərəncamı İkinci Dünya müharibəsi iştirakçıları və sənəddə nəzərdə tutulan digər şəxslərdən ibarət 3729 şəxsə şamil olunacaq. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Prezident İlham Əliyevin imzaladığı yeni “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və …
Read More »“Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar” qanunu təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bununla da “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilib. Eyni zamanda, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiqlənib.
Read More »Ermənistanı daha ağır cəza gözləyir… – Sabir Rüstəmxanlı – VİDEO
Uşaqlarımızı qorumaq istəyirik, amma…” “Dünya nə deyir-desin, Azərbaycan hüquqlarını bərpa edir” “Biz torpaqlarımızda quldurların at oynatmasına imkan verə bilmərik. Sərhədlər qorunmalıdır. Qarabağ erməniləri Azərbaycan vətəndaşı kimi yaşamaq istəyirlərsə, yaşasınlar, bizim qanunlarımıza tabe olsunlar. Kim də istəmir, çıxıb getsin. Dünyanı hər yerində belədir”. https://youtu.be/xYMqpluSqv4 Boyukmillet.com xəbər verir ki, bu sözləri VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə bağlı …
Read More »Azərbaycan XİN Kanada XİN başçısına cavab verib
Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğıcında, Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi təsis etməsi ilə əlaqədar Kanadanın xarici işlər naziri Melani Jolinin aprelin 25-də verdiyi bəyanat ciddi anlaşılmazlıq yaradır. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. “Kanada tərəfinə məlum olmalıdır ki, Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etməsi ölkəmizin legitim hüququdur və bütün beynəlxalq qaydalar çərçivəsindədir. Bu …
Read More »Ərdoğan Azərbaycan könüllüsünü təltif edib
Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək vermiş Azərbaycan könüllüsü, Vətən Müharibəsi iştirakçısı, Azərbaycan Könüllü Təşkilatları İttifaqının nümayəndəsi Ayxan Allahverdiyev Türkiyə Respublikasının yüksək mükafatına layiq görülüb. Boyukmillet.com xəbər verir ki, Ankarada keçirilən mərasimdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ayxan Allahverdiyevə “Türkiyə Respublikası Dövlət Üstün Fədakarlıq Medalı”nı təqdim edib. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına dərhal qoşulan Azərbaycan könüllüləri Türkiyədə …
Read More »AzMİU-nun Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzi 6 ölkə ilə əməkdaşlıq edəcək
Azərbaycan Memarlıq İnşaat Universitetinin (AzMİU) Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzi ilə dünyanın 7 mərkəzi arasında beynəlxalq əməkdaşlıq sazişləri imzalanıb. Boyukmillet.com xəbər verir ki, saziş Yaponiya, ABŞ, Kanada, Türkiyə, Xorvatiya və Portuqaliyanın Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzləri ilə bağlanıb. Əməkdaşlıq sazişləri “Seysmik Dayanıqlı Müasir Qurğular” (AERS 2023) Beynəlxalq Konqresi çərçivəsində imzalanıb. Sənədlərdə birgə əməkdaşlıq, elmi-texnoloji təcrübə mübadiləsi, qarşılıqlı tədqiqat imkanlarının yaradılması, aparılan tədqiqatlar haqqında …
Read More »Gəncədə xəstəxanada baş vermiş yanğın zamanı 148 nəfər təxliyə olunub
“Gəncədə xəstəxanada baş vermiş yanğın zamanı 148 nəfər təxliyə olunub”. Bunu “Report”un Qərb bürosuna Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Dövlət Yanğın Mühafizə İdarəsinin rəis müavini, daxili xidmət polkovniki Fuad Hüseynov deyib. O bildirib ki, Gəncə Şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxanada qeydə alınmış yanğın yerinə, 5 yanğınsöndürən avtomobil, 50 nəfər şəxsi heyət və regional idarənin xüsusi riskli xilasediciləri cəlb edilib: …
Read More »Türkiyədə PKK-ya qarşı əməliyyat keçirilib, deputatlığa namizəd saxlanılıb
Türkiyənin təhlükəsizlik qüvvələri İstanbul şəhərində PKK/KCK terror qruplaşmasına qarşı əməliyyat keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bir müddətdir terror qruplaşmasının tərkibində fəaliyyət göstərən Ayten Dönmez saxlanılıb. O, Yaşıl Sol Partiyasının Kocelidən deputatlığa namizədidir.
Read More »Emin Əmrullayev: “1970-80-ci illəri təhsil sahəsinin qızıl dövrü adlandırmaq olar”
“1970-80-ci illəri təhsil sahəsinin qızıl dövrü adlandırmaq olar”. Boyukmillet.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Müstəqil Azərbaycanın memarı” adlı beynəlxalq elmi konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, həmin müddətdə xeyli sayda məktəb tikilib: “Bu tendensiya növbəti illərdə də davam etdirilib. Ali təhsillilərin sayının artırılması vacib amillərdən olub. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar