Çərşənbə , 8 Aprel 2026

autor

Anar Ələkbərov Çin XİN başçısının müavini ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Çin Xalq Respublikasının (ÇXR) xarici işlər nazirinin müavini Ma Caosyü ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, Caosyü təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Çin əlaqələrinin hazırda hər iki dövlət başçıları sayəsində bütün sahələrdə inkişaf etdiyini, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. O, Azərbayan və Çin dövlət başçılarının Şanxay Əməkdaşlıq Təşkilatına …

Read More »

Ukrayna SQ: “Rusiya ordusu Baxmutda təmas döyüşləri aparmağa başlayıb”

“Rus ordusu Baxmutda təmas döyüşləri aparmağa başlayıb”. “Boyukmillet.com “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin komandirlərindən biri polkovnik Dmitri Zavorotnyuk deyib. Onun sözlərinə görə, qarşı tərəf taktikanı dəyişib: “İndi düşmən 5-6 nəfərlik kiçik qruplar şəklində hücum əməliyyatlarını davam etdirir. Əlbəttə, Baxmut qorunmalıdır. Biz rusları ciddi itkilərə məruz qoyuruq. Əgər Ukrayna Silahlı Qüvvələri geri çəkilsə, ruslar başqa istiqamətdə hücuma …

Read More »

Rusiya səfiri Moldova XİN-ə çağırılıb

Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov arzuolunmaz şəxs elan edilən və Moldovaya buraxılmayan Tatarıstan rəhbəri Rüstəm Minnixanovun təyyarəsinin eniş etdiyi Kişinyov hava limanında baş verən insidentdən sonra ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, R.Minnixanov Kişinyova gələndə Rusiya səfiri hava limanında olub və “nalayiq davranış nümayiş etdirib”. …

Read More »

Minatəmizləmə sahəsində aparılan işlərlə tanışlıq məqsədilə mediatur təşkil olunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayı işğaldan azad olunmuş əraziləri minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını sürətli şəkildə davam etdirir. Boyukmillet.com xəbər verir ki, minatəmizləmə sahəsində aparılan işlərlə tanışlıq məqsədilə əraziyə mediatur təşkil edilib. Alayın bölük komandiri Səbuhi Sarıyev media nümayəndələrinə görülən işlər barədə məlumat verib. O bildirib ki, Vətən müharibəsindən sonra …

Read More »

Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-dək uzadılıb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-dək uzadılıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 iyul saat 06:00-dək uzadılıb. Qeyd edək ki, bundan əvvəlki qərara əsasən, xüsusi karantin rejiminin müddəti mayın …

Read More »

SOCAR-ın müəssisələri ilə SDU arasında anlaşma memorandumları imzalanıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müəssisələri ilə Sumqayıt Dövlət Universiteti (SDU) arasında anlaşma memorandumları imzalanıb. Memorandumlar SDU və Bakı Ali Neft Məktəbi, həmçinin SDU və “SOCAR Downstream Management” MMC arasında imzalanıb. SOCAR və SDU-nun rəhbər heyətinin iştirakı ilə universitetdə keçirilən tədbirdə anlaşma memorandumlarının “Heydər Əliyev İli” çərçivəsində imzalanmasının əhəmiyyəti xüsusi olaraq vurğulanıb və ölkəmizdə rəqabətli insan kapitalının, habelə yüksəkixtisaslı kadr …

Read More »

Ukraynalı nazir Türkiyənin “Togg” elektromobilindən razılığını ifadə edib

Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilindən danışıb. Boyukmillet.com Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, o, minik avtomobilindən razılığını ifadə edib. Bildirilib ki, Kubrakov dünən Türkiyədə səfərdə olarkən Milli Müdafiə Nazirliyinə verilmiş “Togg”a əyləşib. O, yerli istehsal olan avtomobillə bağlı müsbət təəssüratlarını milli müdafiə naziri Hulusi Akarla bölüşüb. Qeyd edək ki, ukraynalı nazir dünən Türkiyənin …

Read More »

Nazirliyin Mərkəzində 114 nəfərə peşə və sosial reabilitasiya xidməti göstərilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzində 114 nəfərə peşə və sosial reabilitasiya xidməti göstərilir. Boyukmillet.com xəbər verir ki, bu gün Mərkəzə mediatur təşkil edilib. Mərkəzdə 15-29 yaşlı əlilliyi olan şəxslərin müxtəlif peşələr üzrə peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Onlar 3-6 aylıq kurslarda kompüter istifadəçisi, montaj operatoru, bədii oyma, xalçaçılıq, …

Read More »

Zabrat qəbiristanlığında qəbir daşları dağıdılıb, cinayət işi başlanılıb

Paytaxtın Sabunçu rayonunda Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqların birində naməlum şəxslər tərəfindən bir neçə qəbir daşının dağıdılması ilə bağlı araşdırma aparılır. Boyukmillet.com xəbər verir ki, faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) cinayət işi açılıb. Əməli törədən şəxsin, yaxud şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində tədbirlər görülür. Tədbirlərin nəticəsi ilə bağlı məlumat veriləcək.

Read More »