Çərşənbə , 8 Aprel 2026

autor

Şolts: “İsveçrə Ukraynaya silahların təkrar ixracına qoyulan qadağanı aradan qaldıra bilər”

“İsveçrə Ukraynaya silahların təkrar ixracına qoyulan qadağanı aradan qaldıra bilər”. Boyukmillet.com xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib. “Biz bu məsələ ilə bağlı qəbul edilən qərarlarla razıyıq və İsveçrədə gedən müzakirələri yaxından izləyirik. Ümid edirik ki, bu məsələdə bəzi dəyişikliklər olacaq”, – kansler deyib. Şoltsun sözlərinə görə, Ukraynanın silah-sursat sahəsində dəstəyə ehtiyacı olduğu üçün Berlin Bernə onların mümkün …

Read More »

Ukrayna ordusunda 7 minə yaxın hərbçi itkin düşmüş hesab edilir

Ukraynada 2023-cü ilin aprelinə olan məlumata görə, 7 minə yaxın hərbçi itkin düşmüş hesab olunur. Boyukmillet.com xəbər verir ki, bu barədə xüsusi şəraitdə itkin düşmüş şəxslər üzrə komissar Oleq Kotenko bildirib. “Həqiqətən belə bir rəqəm var, yeddi mindən bir qədər çoxdur. Biz itkin düşmüş kimi axtardığımız insanların hələ də əsir qalmasına inanırıq”, – Kotenko deyib. O, dəqiqləşdirib ki, itkin düşənlərin …

Read More »

İsmayıllıda zəlzələ olub

İsmayıllı rayonunda zəlzələ olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a AMEA-nın nəzdində Respublika Seysmoloji Mərkəzindən bildirilib. Zəlzələ yerli vaxtla saat 15:21-də qeydə alınıb. Maqnitudası 3,5 bal, dərinliyi 12 km olub.

Read More »

Türkiyə ordusu İraqın şimalında terrorçuların əsas sığınacağını dağıdıb

“Aprelin 17-də hərbçilərimiz İraqın şimalındakı Zap adlı ərazidə terrorçuların “Qala” adlandırdığı, girilməsi mümkünsüz kimi səciyyələndirdiyi “Çemçö” adlı mağaraya daxil olublar”. Boyukmillet.com “Hürriyət”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. O bildirib ki, əməliyyat nəticəsində 12 terrorçu məhv edilib: “Həmçinin xeyli sayda silah-sursat ələ keçirilib. Türkiyə başda İraq və Suriya olmaqla bütün qonşularının ərazi bütövlüyünü, suverenliyini …

Read More »

Ramazan bayramı ilə bağlı məktəblərdə tətil günləri açıqlanıb

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri açıqlanıb. Boyukmillet.com xəbər verir ki, Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən aprelin 21 və 22-si Ramazan bayramı günləri müəyyən edilib. “Bu səbəbdən Əmək Məcəlləsinə uyğun olaraq, aprelin 21-24-ü iş günləri hesab edilmir. Həmin qərara əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bu həftə son iş günü …

Read More »

Zakir Həsənov Qazaxıstana rəsmi səfərə gedib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun dəvəti ilə aprelin 18-də bu ölkəyə rəsmi səfərə gedib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində keçiriləcək görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi planlaşdırılır.

Read More »

Mehriban Əliyeva Neftçaladan paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Neftçala rayonundan paylaşım edib. Boyukmillet.com paylaşımı təqdim edir: Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçala rayonuna səfər ediblər. Dövlətimizin başçısı və birinci xanım Neftçala şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin …

Read More »

Azərbaycan XİN: “Regionda davamlı sülhün bərqərar olması üçün cəzasızlığa son qoyulmalıdır”

“Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və nifrət siyasətinin növbəti təzahürü olan Başlıbel qətliamının 30-cu ildönümündə 21 qurbanın xatirəsini yad edirik”. “Report”xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviterində edilən paylaşımda bildirilib. “Regionda davamlı sülhün bərqərar olması üçün cəzasızlığa son qoyulmasının vacibliyini bir daha bildiririk”, – XİN-dən qeyd olunub. Qeyd edək ki, 1993-cü ilin aprelin əvvəllərində Kəlbəcər ermənilər tərəfindən …

Read More »

DİN və DSX birgə əməliyyat keçirib, İrandan narkotik gətirən şəxslər saxlanılıb

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdiyi növbəti xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirməyə cəhd edən daha bir dəstənin üzvləri ifşa edilərək saxlanılıblar. Boyukmillet.com xəbər verir ki, tədbir zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək dəfələrlə məhkum olunmuş Ağcabədi rayon sakini Aydın Şirinov və həmyerlisi …

Read More »