Çərşənbə , 8 Aprel 2026

autor

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni rəis təyin edilib

Mürsəl Qorxmaz oğlu İbrahimov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Xatırladaq ki, Prezidentin əvvəlki sərəncamı ilə Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Read More »

Bakıda Pakistan vətəndaşları öz həmyerlilərini oğurlayaraq 20 min dollar tələb edib

Bakıda Pakistan vətəndaşları öz həmyerlilərini oğurlayaraq 20 min ABŞ dolları tələb edib. Boyukmillet.com  xəbər verir ki, bu barədə Pakistan vətəndaşları 2003-cü il təvəllüdlü Khushnam Ali və 1985-ci il təvəllüdlü Shahzad Alı polisə müraciət ediblər. Bildiriblər ki, aprelin 13-də Azərbaycana turist qismində gəldikləri zaman həmyerliləri 1996-cı il təvəllüdlü Mukhtar Mohsin,1988-ci il təvəllüdlü Abbas Muhammad və 1996-cı il təvəllüdlü Muzammil Muhammad onları …

Read More »

İlon Mask “Starship”in ilk buraxılış tarixini təsdiqləyib

“Starship” kosmik gəmisinin ilk sınaq buraxılışı aprelin 17-də bazar ertəsi baş tutacaq. Boyukmillet.com xəbər verir ki, buraxılış tarixini amerikalı sahibkar, “Tesla” şirkətinin rəhbəri və “SpaceX”in qurucusu İlon Mask öz tviter hesabında təsdiqləyib. “Buraxılış cəhdi sabahdır”, – o qeyd edib. Qeyd edək ki, “Starship” Yerə yaxın uçuşlar, günəş sinxron və geotransfer orbitlərinə, həmçinin Marsa planetlərarası uçuşlar üçün nəzərdə tutulub.

Read More »

Finlandiyanın “Olkiluoto-3” AES-in Avropadakı ən böyük reaktoru işə salınıb

Finlandiyanın “Olkiluoto” atom elektrik stansiyasının üçüncü enerji bloku 18 ildən sonra aprelin 16-na keçən gecə elektrik enerjisi istehsal etməyə başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə elektrik stansiyasının operatoru “Teollisuuden Voima” (TVO) məlumat yayıb. Qeyd edilib ki, reaktorun işə salınması ilə qurğu Finlandiyada elektrik enerjisinin təxminən 30 faizini istehsal edəcək. “Bu, tarixi bir gündür, fin cəmiyyətinə vəd etdiyimiz OL3-ün faydaları …

Read More »

Quterreş BMT nümayəndələrinin ölümündə günahkar şəxsləri cəzalandırmağa çağırıb

BMT-nin Baş katibi Antoniu Quterreş Sudanda toqquşmalar zamanı tabeliyində olanların ölümünə görə məsuliyyət daşıyanların ordu və çevik reaksiya qüvvələri tərəfindən cəzalandırılmasını istəyib. “Report” xəbər verir ki, bu barədə təşkilatın rəhbəri tviterdə yazıb. “Dəhşət. Sudanda davam edən qarşıdurmalar mülki şəxslərin, o cümlədən işini yerinə yetirərkən həlak olan üç həmkarımızın ölümü və yaralanması ilə nəticələnib. Günahkar şəxslər dərhal məsuliyyətə cəlb olunmalıdırlar”, – …

Read More »

Üç amerikalı dənizçi Meksika sahillərində itkin düşüb

ABŞ Sahil Mühafizəsi “Ocean Bound” yelkənli qayıqda olan 3 nəfərin itkin düşdüyünü açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə idarənin press-relizində bildirilib. Qeyd olunub ki, dənizçilər Meksikanın Mazatlan şəhərini tərk edərək San Dieqoya gedirdilər və yolüstü onlar Meksikanın Kabo San Lukasında ərzaq almaq üçün dayanmalı olublar. Qurum üç nəfərin təyinat yerinə çatması ilə bağlı heç bir qeydin olmadığını bildirib. ABŞ …

Read More »

Gəncədə məşhur bəstəkarın adına park salınıb

Gəncədə məşhur bəstəkar Qəmbər Hüseynlinin məzarüstü abidəsinin ətrafında salınan parkın açılışı olub. Boyukmillet.com xəbər verir ki, mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, idarə, müəssisə və təşkilat rəhbərləri, kollec direktorları, həmçinin bəstəkarın ailə üzvləri iştirak ediblər. Əvvəlcə bəstəkar Qəmbər Hüseynlinin məzarüstü abidəsi ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb. Tədbir zamanı iştirakçılara görkəmli bəstəkarın …

Read More »

Pakistanda silahlılarla atışmada 2 əsgər həlak olub, 8 yaraqlı zərərsizləşdirilib

Pakistanın Cənubi Vəziristan əyalətində təhlükəsizlik qüvvələri ilə silahlılar arasında atışma olub. Boyukmillet.com-un xəbərinə görə, atışmada 8 silahlı zərərsizləşdirilib, 2 əsgər həlak olub. Ordunun yaydığı açıqlamada atışma zamanı çoxlu sayda silah-sursatın ələ keçirildiyi bildirilir. Yaraqlıların hansı qruplaşmanın üzvü olduğu barədə məlumat verilmir. Son aylar Pakistanda terror hücumları artıb. İslamabad bildirir ki, bu hücumlar Əfqanıstanda yerləşən “Pakistan Talibanı” qruplaşması tərəfindən planlaşdırılıb və …

Read More »

Azərbaycana gələn turistlərin sayına görə Türkiyə ilk beş ölkə arasındadır

Azərbaycana gələn turistlərin sayına görə Türkiyə ilk beş ölkə arasındadır. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu 26-cı Şərqi Aralıq dənizi Beynəlxalq Turizm Sərgisi çərçivəsində Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov bildirib. O qeyd edib ki, 2022-ci ildə Azərbaycana Türkiyədən 311 min turist gəlib. “Bu, Türkiyənin Azərbaycanda turizm sənayesi üçün nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir. …

Read More »