Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın ötən gün Azərbaycanla sərhəddə törətdiyi təxribata münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, nazirliyin sözçüsü Mariya Zaxarova aprelin 12-də keçirdiyi həftəlik brifinqdə deyib ki, sərhəddə atışma baş verəndən sonra Moskva vəziyyətin gərginləşməməsi üçün dərhal tədbirlər görüb. O qeyd edib ki, baş verənlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarına riayət edilməsinin vacibliyini göstərir: “Dünən Ermənistan-Azərbaycan sərhədində …
Read More »Daşkəsəndə Heydər Əliyevin 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib
Yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin xatirəsini yad etmək, onun təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirmək məqsədilə Daşkəsən rayonunda növbəti ağacəkmə kampaniyası keçirilib. Boyukmillet.com xəbər verir ki, aksiya Daşkəsən Rayon İcra Hakimiyyətinin və YAP Daşkəsən rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutub. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş …
Read More »Hesablama Palatası: “İşğaldan azad edilmiş ərazilərdə auditlər hələ başa çatmayıb”
İşğaldan azad edilmiş ərazilərdə auditin aparılması ilə bağlı ən böyük problem başa çatmış obyektlərin demək olar ki, hələ olmamasıdır. Boyukmillet.com xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu gün keçirilən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib. Onun sözlərinə görə, Hesablama Palatası 2022-ci ildə işğaldan azad edilmiş ərazilərdə ilkin auditlərə başlayıb: “Əvvəldən aparılmış auditlər layihə-smeta sənədlərinin, …
Read More »Füzuli şəhərinin əhalisi 50 000 nəfərə çatacaq – Baş Plan
Füzuli şəhərinin inzibati ərazisinin 1 943 hektara, əhalisinin 50 000 nəfərə çatacağı nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, bu barədə işğaldan azad olunmuş Füzuli şəhərinin müfəssəl həllərlə inteqrə edilmiş Baş Planında qeyd edilib. Baş Planda qeyd edilib ki, rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binalarının, həyətyanı torpaq sahələri olan fərdi yaşayış evlərinin layihələndirilməsi, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya …
Read More »MN: “Erməni təxribatı nəticəsində yaralanan hərbçilərimiz tibbi müəssisəyə təxliyə edilib”
Aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribatın qarşısı qətiyyətlə alınıb, atəş nöqtələri susdurulub və qarşı tərəf xeyli sayda itki verib. Ermənistan …
Read More »Füzulinin ərazisi 3 dairəvi avtomobil yolu vasitəsilə yığcam formada planlaşdırılacaq
Füzuli şəhərində bütün istiqamətlərdən giriş-çıxışı təmin edən nəqliyyat şəbəkəsi qurulacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə isğaldan azad olunmuş Füzuli şəhərinin müfəssəl həllərlə inteqrə edilmiş Baş Planında deyilir. Planda vurğulanıb ki, ərazi 3 dairəvi avtomobil yolu vasitəsilə yığcam formada planlaşdırılacaq. Həmçinin, Füzulidə ictimai nəqliyyatın hərəkətinə üstünlük verilməsi üçün uyğun küçə-yol şəbəkəsi formalaşdırılacaq. Təbii çayların, su hövzələrinin mühafizə zonalarında geniş rekreasiya …
Read More »ATƏT sədri: “Bakı-İrəvan münasibətlərinin normallaşdırılması üçün bütün təşəbbüsləri dəstəkləyirik”
“ATƏT Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə dialoqa töhfə verən bütün təşəbbüsləri dəstəkləyir”. Boyukmillet.com xəbər verir ki, bunu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. ATƏT-in fəaliyyətdə olan sədrinin sözlərinə görə, hazırda onun məqsədi sülh və təhlükəsizliyi …
Read More »Ceyhun Bayramov: “Ötən gün Ermənistan planlı şəkildə təxribat törədib”
“Ötən gün Ermənistan planlı şəkildə təxribat törədib”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə birgə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, hadisə ilə bağlı təhlillər davam edir: “Təəssüf ki, bölgədə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində addım atılan zaman Ermənistanın hərbi-siyasi təxribata əl …
Read More »Azərbaycanın XİN başçısı: “Ermənistan təkcə danışıqlardan imtina etmir, eyni zamanda yeni hərbi təxribatlar törədir”
“Görüşümüz zamanı Ermənistanla sülh müqaviləsinə dair danışıqların aparılmasına diqqət yetirdik”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov aprelin 12-də Bakıda ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə birgə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Ermənistanın destruktiv mövqeyi nəticəsində ötən ilin dekabr ayından etibarən Bakı və İrəvan arasında birbaşa təmaslar dayandırılıb: “Beynəlxalq …
Read More »DİN və DSX əməliyyat keçirib, İrandan narkotik gətirənlər saxlanılıb
İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən dəstə üzvləri saxlanılıb. Boyukmillet.com xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidmətinin Lənkəran Sərhəd Dəstəsinin əməkdaşlarının birgə keçirdiyi növbəti xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirməyə cəhd edən daha bir dəstənin üzvləri ifşa edilərək saxlanılıblar. Tədbir zamanı Ülzan İsmayılov, Ervin Məmmədov, Rəşad …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar