Çərşənbə , 8 Aprel 2026

autor

Zalujnı fransalı həmkarı ilə hərbi tədarükləri müzakirə edib

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ilə fransalı həmkarı Tyerri Bürkar arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə T.Bürkar tviterdə bildirib. Bürkar qeyd edib ki, V.Zalujnı ilə söhbət verimli olub. O, həmçinin Fransanın Ukraynaya hərbi təchizat və hərbçilər üçün təlimlər vasitəsilə dəstəyini davam etdirəcəyinə əmin edib. “Ukraynalı həmkarım general Valeri Zalujnı ilə səmərəli telefon danışığı olub. …

Read More »

AzTV əməkdaşları İran səfirliyinin qarşısında hücuma məruz qalıblar

AzTV əməkdaşları İranın Azərbaycandakı səfirliyinin qarşısında hücuma məruz qalıblar. QSC-nin İctimaiyyətlə Əlaqələr və Sosial Media şöbəsindən “Report”a verilən məlumata görə, AzTV əməkdaşları iranlı diplomatların hələ də Azərbaycan ərazisini tərk edib-etmədiyi ilə bağlı məlumatı əldə etmək məqsədilə İran səfirliyinin önünə gəlib. Obyektivliyi təmin etmək üçün məlumatı dəqiqləşdirmək istəyən AzTV əməkdaşları səfirliyin tərcüməçisi olduğunu bildirən şəxsin hücumuna məruz qalıb. Xəbər verdiyimiz kimi, İran …

Read More »

Öcal Oğuz: “İkinci Qarabağ müharibəsi işğala və haqsızlığa qarşı azadlıq və ədalət mübarizəsidir”

“Şuşaya gələrkən yol boyu gördüklərim məni çox kədərləndirdi. Şəhərlər, kəndlər, memarlıq abidələri dağıdılıb. Belə bir vandalizm bəşəriyyətin inkişafına zərər verən hərəkətlərdir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin UNESCO üzrə Milli Komissiyasının rəhbəri Öcal Oğuz deyib. TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının Şuşa şəhərində keçirilən bağlanış mərasimindən sonra jurnalistlərin suallarını cavablandıran Ö.Oğuz vurğulayıb ki, Ermənistan uzun illər Azərbaycana qarşı …

Read More »

TÜRKSOY-a üzv ölkələrin nümayəndələri Şuşa qalası və Cıdır düzündə olublar

TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının iştirakçıları Şuşa şəhərindəki Qala divarlarında olublar. Boyukmillet.com xəbər verir ki, qonaqlara şəhərin qədim tarixi barədə, işğal dövründə abidələrin vandalizmə məruz qalması haqqında ətraflı məlumat verilib. Qonaqlar tarixi abidənin qarşısında birgə şəkil çəkdiriblər. Daha sonra Cıdır düzünə hərəkət edən nümayəndə heyəti oradan əsrarəngiz mənzərəni seyr ediblər. Qeyd edək ki, bu gün Şuşada …

Read More »

Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Cəbrayılda ağacəkmə aksiyası keçirilib

Yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin xatirəsini yad etmək, onun təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirmək məqsədilə növbəti ağacəkmə aksiyası Cəbrayıl rayonunda keçirilib. Boyukmillet.com xəbər verir ki, “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Ağıllı Tingçilik və Dostluq Meşəsi Kompleksi”nin “Dostluq Meşəsi” adlandırılan sahəsində keçirilən ağacəkmə aksiyası zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Hesablama …

Read More »

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Şəkidə vətəndaşları qəbul edib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova Şəki şəhərində Şəki, Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşları qəbul edib. Boyukmillet.com xəbər verir ki, qəbulda 30-dan artıq şəxs iştirak edib. Vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı, vaxtilə verilmiş pay torpaqlarının sənədləri ilə faktiki vəziyyəti arasında uyğunsuzluqların aradan qaldırılması, sosial və s. …

Read More »

XİN İrana cavab verib: “Azərbaycanın gördüyü adekvat tədbirlər hər zaman təxribatçı və təhrikçi addımlara cavab olub”

“İranın Azərbaycandakı Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə “persona non grata” elan edilməsi ilə bağlı İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin 7 aprel tarixli şərhi qərəzli və emosionaldır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İranın Azərbaycandakı səfirliyinin …

Read More »

Ədliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olunub

Ədliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2006-cı il 18 aprel tarixli 391 nömrəli və “Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli 446 nömrəli fərmanlarda dəyişiklik edilib. Dəyişikliklə mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin uçotunu aparmaq məsələsi Ədliyyə …

Read More »

XİN sözçüsü Ağdaban soyqırımının 31-ci ildönümü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Ağdaban soyqırımının 31-ci ildönümü ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, bu barədə o, tviter səhifəsində yazıb. “Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Ağdaban qətliamından 31 il ötür. 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb, 779 dinc sakin işgəncələrə məruz qalıb. 39 nəfər (8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 …

Read More »

Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə aprelin 8-də Müşfiqabad qəsəbəsi ərazisində ağacəkmə aksiyası təşkil olunub. Boyukmillet.com xəbər verir ki, nazirliklərin rəhbər şəxslərinin və əməkdaşlarının iştirakı ilə baş tutan tədbirin məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, eyni …

Read More »