2022-ci ilin fevralından Rusiyanın hərbi təcavüzünün başladığı vaxtdan bəri Ukraynada azı 501 uşaq öldürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel tviterdə yazıb. “Ukraynanın uşaqları və ailələri üçün daha bir faciəvi dönəm”, – o, sosial şəbəkədə vurğulayıb. Rassel xəbərdarlıq edib ki, real rəqəm, ehtimal ki, BMT agentliyinin təsdiq etdiyi rəqəmlərdən xeyli yüksəkdir. Bundan əlavə, …
Read More »Niderland Ukraynaya 274 milyon avro məbləğində yardım göndərəcək
Niderland Ukraynaya 274 milyon avro məbləğində yardım göndərəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Niderlandın Xarici İşlər Nazirliyi, Xarici Ticarət və İnkişaf Əməkdaşlıq Nazirliyi parlamentə göndərdiyi məktubda bildirib. Təxminən 180 milyon avro humanitar yardım, səhiyyə, enerji təchizatı, mənzil və infrastrukturun bərpası, eləcə də kənd təsərrüfatı torpaqlarının minalardan təmizlənməsinə yönəldiləcək. Daha 94 milyon avro isə Kiyev ilə NATO arasında əməkdaşlığın gücləndirilməsinə, …
Read More »Fransalı politoloq: “Beynəlxalq təşkilatlar minaları basdıranları qınamalıdır”
“Dinc insanları öldürən və şikəst edən minaları basdıranlar beynəlxalq təşkilatlar tərəfindən qınanmalıdır”. Bunu “Report”a açıqlamasında Beynəlxalq Diplomatiya və Dialoq Şurasının direktoru, fransalı politoloq Erik Qozlan deyib. Onun sözlərinə görə, minalar mövcud olan ən “çirkli” silahdır. “Təəssüf ki, getdikcə daha tez-tez münaqişələrdə qurbanları dinc sakinlər olan mina basdırılması kimi hallara şahidlik edirik. Mina probleminin həlli, minaların təmizlənməsi üçün beynəlxalq həmrəylik lazımdır”, …
Read More »ADA Universitetində UNESCO üzrə Milli Komissiyaların baş katibləri üçün təlim proqramı başlayıb
ADA Universiteti, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və İnkişaf və Diplomatiya İnstitutunun (ADA Universiteti) birgə təşkilatçılığı ilə təlim proqramı başlayıb. Boyukmillet.com xəbər verir ki, institutun İxtisasartırma Proqramı tərəfindən həyata keçirilən təlim Afrikanın 10 ölkəsinin UNESCO üzrə Milli Komissiyalarının baş katiblərini bir araya gətirib. Proqramın əsas məqsədi Azərbaycanın Afrika ölkələri ilə UNESCO çərçivəsində mövcud olan əməkdaşlıq münasibətlərinin daha da inkişaf …
Read More »Moldova yardım paketi alacaq
Bu gün Buxarestdə Rumıniya Prezidenti Klaus İohannis, Almaniya Kansleri Olaf Şolts və Moldova Prezidenti Maya Sandu arasında keçirilən görüşdə Moldovaya yardım paketinin ayrılması barədə qərar qəbul edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rumıniyanın dövlət başçısı görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib. “Moldova Respublikası üçün yardım paketinin təşkili barədə qərar qəbul edilib. Bu paket çoxsahəli olacaq, o, hazırlanır”, – …
Read More »Gəncədə 20 yaşlı qadın intihar edib
Gəncədə 20 yaşlı qadın intihar edib. Boyukmillet.com xəbər verir ki, 2003-cü il təvəllüdlü K.Həsənova şəhər ərazisində yerləşən fərdi evlərin birinin həyətində özünü asıb. Faktla bağlı araşdırma aparılır.
Read More »Ukrayna BVF-dən 2,7 milyard dollarlıq yardım alıb
Ukrayna uzadılmış maliyyələşdirmə proqramı çərçivəsində Beynəlxalq Valyuta Fondundan ilk tranşı alıb. Məbləğ 2,7 milyard ABŞ dollarıdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının rəhbəri Andrey Pışnı bildirib. “Biz təcili kömək üçün tərəfdaşlara təşəkkür edirik və BVF-dən növbəti tranşı almaq üçün fəallıq göstəririk”, – Milli Bankın rəhbəri qeyd edib.
Read More »Cəlilabad RİH aparatına yeni şöbə müdiri təyin edilib
Cəlilabad Rayon İcra Hakimiyyəti aparatına yeni şöbə müdiri təyin edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov müvafiq sərəncam imzalayıb. Müvafiq sərəncamla Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının İnformasiya təminatı və təhlili sektorunun müdiri Əmirov Elvin İlham oğlu tutduğu vəzifədən azad edilərək Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin …
Read More »Rəşad Nəbiyev ABŞ ticarət katibinin köməkçisi ilə Orta Dəhlizi müzakirə edib
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan ABŞ-nin Ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi Arun Venkataraman ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüş zamanı iki ölkə arasında İKT, innovasiyalar, kibertəhlükəsizlik, aviasiya və dəmir yolu nəqliyyatı istiqamətlərində əməkdaşlıq müzakirə edilib. Eyni zamanda Orta Dəhlizin əhəmiyyəti barəsində fikir mübadiləsi aparılıb. Görüşdə, həmçinin İKT və innovasiyalar sahələrində əlaqələrin genişləndirilməsi, birgə …
Read More »Daşkəsən rayonunda fəaliyyət göstərən arıçı fermerlər təlimlərə cəlb olunub
30 mart-3 aprel tarixlərində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Daşkəsən rayonunda ikinci ildir ki, həyata keçirilən “Arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi çərçivəsində fermerlər üçün təlimlər təşkil edilib. Boyukmillet.com xəbər verir ki, əsas missiyası Daşkəsəndə kiçik sahibkarlıq ekosisteminin inkişafına, arıçılığın təşviqinə və təbii bal istehsalının artırılmasına töhfə vermək olan nəzəri təlimlər …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar