Çərşənbə , 8 Aprel 2026

autor

Fransa millisinin hücumçusu yeni rekorda imza atıb

Fransa millisinin futbolçusu Olivye Jiru yeni rekorda imza atıb. Boyukmillet.com xəbər verir ki, hücumçu buna İrlandiyaya səfərdə 1:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə matçında nail olub. Təcrübəli forvard 2000-ci ildən Fransa yığmasında rəsmi görüşdə iştirak edən ən yaşlı oyunçu adına sahib çıxıb. Jiru bunu 36 yaş 178-ci günündə bacarıb. O, əfsanəvi müdafiəçi Lilian Tyuramı (36 yaş 164 gün) geridə …

Read More »

Cənubi Koreya, ABŞ və Yaponiya birgə dəniz təlimləri keçirəcək

Cənubi Koreya və ABŞ-ın hərbi dəniz donanmaları, həmçinin Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri birgə təlimlər keçirməyi planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Bildirilib ki, dəniz təlimləri ABŞ-ın “Nimitz” adlı nüvə aviadaşıyıcısının iştirakı ilə keçiriləcək. Qeyd edilib ki, “Nimitz” aviadaşıyıcısı çərşənbə axşamı Cənubi Koreyanın ikinci ən böyük şəhəri olan Pusana çatıb. Agentliyin məlumatına görə, gəmi böyük ehtimalla …

Read More »

Rusiya Ukraynaya aviasiya bombaları atıb, yaşayış evləri dağılıb

Rusiya ordusu Ukraynanın Sumı vilayətinin Belopolye bölgəsinə aviasiya bombaları atması nəticəsində bir nəfər yaralanıb, dağıntılar var. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin (UPO) rəhbəri Andriy Yermak sosial şəbəkə səhifəsində bildirib. “Düşmən Sumı vilayətinin Belopole bölgəsini atəşə tutmaqda davam edir. Rusiya idarəedilən aviasiya bombaları ilə aviazərbə endirib”, – A.Yermak yazıb. O qeyd edib ki, bombardman nəticəsində iki şəxsi ev, …

Read More »

Mingəçevirdə itkin düşmüş 90 yaşlı kişinin meyiti tapılıb

Mingəçevirdə itkin düşmüş 90 yaşlı kişinin meyiti tapılıb. Boyukmillet.com xəbər verir ki, martın 16-da itkin düşən Mingəçevir şəhər sakini, 1933-cü il təvəllüdlü Eyvazov Əliş Məmmədhüseyn oğlunun meyiti bu gün səhər saatlarında Mingəçevir şəhəri ərazisində tapılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Read More »

MN: “Azərbaycan Ordusunun tank bölmələrinin döyüş hazırlığı təkmilləşdirilir”

2023-cü ilin hazırlıq planına əsasən ümumqoşun poliqonunda Azərbaycan Ordusunun tank bölmələri ilə döyüş hazırlığı üzrə müxtəlif çalışmalar yerinə yetirilib. Boyukmillet.com xəbər verir ki, tank heyətləri ərazidə təbii və süni maneələrin dəf edilməsi, döyüş maşınlarının idarə olunması, şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər. Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş …

Read More »

Azərbaycan xalçaları ABŞ-da sərgilənib

“Azərxalça” ASC və ABŞ- Azərbaycan Ticarət Palatası (USACC) arasında əldə olunmuş razılığa əsasən, Vaşinqtonda Azərbaycan xalçalarının sərgisi keçirilib. Boyukmillet.com xəbər verir ki, sərgi USACC-nin ofisinin qalereyasında, “Azərxalça”nın İdarə Heyətinin sədri Emin Məmmədov və Palatanın icraçı direktoru Natiq Baxışovun iştirakı ilə baş tutub. Sərgidə nümayiş etdirilmək üçün ABŞ-a Qarabağ, Gəncə-Qazax, Quba-Şirvan və Təbriz xalçaçılıq məktəblərinə aid 76 ədəd müxtəlif ölçülü yun …

Read More »

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar süfrəsi təşkil edilib

Moskvada təşkil olunmuş “Ramazan çadırı” tədbiri çərçivəsində “Azərbaycan günü” keçirilib, qonaqlar üçün iftar verilib. Boyukmillet.com xəbər verir ki, tədbir Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutub. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar üzrə rəhbəri Tamilla Əhmədova Ramazan çadırında iftarın təşkil edilməsinin yeddi ildir davam edən ənənəyə çevrildiyini deyib: “Müqəddəs Ramazan ayı bütün müsəlmanlar üçün çox əziz aydır. Şadam ki, …

Read More »

Bu gündən xüsusi karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılıb

Bu gündən xüsusi karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Nazirlər Kabinetinin ölkəmizdə xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə qərarına əsasən müəyyən edilib ki, aşağıdakı hallarda COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) …

Read More »

Dövlət Departamenti: “ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına sadiqdir”

ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına sadiqdir. Boyukmillet.com  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel keçirdiyi növbəti brifinqdə deyib. O, Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı apardığını xatırladıb. “Dövlət katibinin (ABŞ dövlət katibi Entoni Blinken – red.) əvvəllər qeyd etdiyi …

Read More »

Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyası BMT-nin rəsmi sənədi kimi yayılıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. Boyukmillet.com xəbər verir ki, bunu “Report“a açıqlamasında İcmanın sözçüsü Ülviyyə Zülfiqar söyləyib. Sözçü qeyd edib ki, indiki Ermənistan ərazisindən qovulmuş Azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtma hüququnun təmin edilməsi, qayıdışdan sonra onların fərdi …

Read More »