Çərşənbə , 8 Aprel 2026

autor

Lavrov: “3+3″ formatında ikinci görüşün təşkili üzərində işləyirik”

“3+3″ formatında (Azərbaycan, Ermənistan, Gürcüstan – Rusiya, Türkiyə, İran) ikinci görüşün təşkili üzərində iş aparılır”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla ikitərəfli görüşdə deyib. Lavrov bildirib ki, Qərb regionun üç ölkəsinə öz xidmətlərini sırımağa çalışmaqla yeni formalaşmaqda olan bu strukturu sarsıtmaq üçün fəal şəkildə çalışır.

Read More »

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb. Boyukmillet.com xəbər verir ki, son sutkada infeksiyaya 6 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 4 nəfər isə sağalıb. Sutka ərzində xəstəlikdən ölən olmayıb. İndiyədək ölkədə ümumilikdə 829 271 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 818 795 nəfər müalicə olunaraq sağalıb, hazırda 323 aktiv xəstə var. Bu günə …

Read More »

“Qazprombank”: “Azərbaycanın neft-qaz sektoru qısamüddətli perspektivdə sürətlənəcək”

Avropada “mavi yanacağa” artan tələbatı qarşılamaq üçün Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə təbii qazın tədarükü artdıqca, Azərbaycanın neft-qaz sektorunun bərpası qısa müddətdə sürətlənəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın “Qazprombank”ının araşdırmasında deyilir. “Yanvar-fevral aylarında ölkənin neft-qaz sektorunda 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə azalma 3,6 %-ə (2023-cü ilin yanvarında qeydə alınmış –4,6 %-ə qarşı) qədər səngiyib. Bu, qaz hasilatının illik …

Read More »

Litvanın Klaypeda şəhərində Novruz bayramı qeyd olunub

Litvanın Klaypeda şəhərində Novruz bayramı qeyd olunub. Boyukmillet.com xəbər verir ki, Milli Mədəniyyət Mərkəzinin 100 nəfərlik zalında baş tutan bayram şənliyində Novruza xas Kosa-Keçəl oyunu, milli geyim və rəqslərimiz nümayiş etdirilib, Azərbaycanın milli şirniyyat və plov, dolma kimi yeməkləri qonaqlara təqdim olunub. “Azəris” Azərbaycan Cəmiyyətinin sədri Əliağa Məmmədovun təşkilatçılığı ilə keçirilən tədbirə yəhudi, tatar, ukraynalı, alman cəmiyyətlərinin və eləcə də …

Read More »

Emin Hüseynov: “Azad olunan ərazilərə köçürülən sakinlər yeni həyata tez adaptasiya olunurlar”

“İşğaldan azad edilmiş Talış kəndinə köçürülən sakinlərin məşğulluğu təmin olunur”. Boyukmillet.com xəbər verir ki, bunu Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib. O deyib ki, Talış kəndində Novruz bayramının qeyd olunmasının xüsusi önəmi var: “Çünki bura köçmüş 20 ailə uzun illərdən sonra ilk dəfə işğaldan azad edilmiş …

Read More »

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 50 mini ötüb

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 50 096 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) sədri Yunus Sezer bildirib. O qeyd edib ki, yaralıların sayı isə 107 204 nəfərdir. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan …

Read More »

Lavrov: “Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin yeni görüşünün tarixini müzakirə edəcəyik”

“Yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yeni görüşünün tarixi müzakirə olunacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla ikitərəfli görüşdə deyib. “Yaxın zamanda biz hər üç nazir üçün uyğun tarixləri seçəcəyik”, – Lavrov bildirib.

Read More »

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Mart ayının 18-də saat 21:10-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Mincivan qəsəbəsi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə  DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 9 kiloqram 400 qram narkotik vasitə aşkar olunaraq götürülüb. Fakt …

Read More »

XİN: “Ermənistan Aİ missiyasından bölgədə gərginliyi artırmaq və hərbi təxribatları ört-basdır etmək məqsədilə sui-istifadə edir”

“Ermənistan tərəfi Avropa İttifaqının mülki monitorinq missiyasının ərazisində yerləşməsindən bölgədə gərginliyi artırmaq və hərbi təxribatlarını ört-basdır etmək məqsədilə sui-istifadəyə son qoymalıdır”. Bu barədə  Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş məlumata əsasən, 20 mart tarixində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd …

Read More »

Azərbaycan Ermənistandakı Avropa çempionatı üçün sifariş ərizəsini təqdim edib

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatı üçün sifariş ərizəsini təqdim edib. AAAF-in Mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev Report”a bildirib ki, heyətdə kişilərdən İsa Rüstəmov (67), Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (109 kq), qadınlardan isə Nazilə İsmayılova (49 kq) yer alıb. Federasiya rəsmisi deyib ki, bu, ilkin siyahıdır və yarışa həmin …

Read More »