Çərşənbə , 8 Aprel 2026

autor

“AzerGold” Kəlbəcərdə yerləşən “Tutxun” sahəsində geoloji kəşfiyyat işlərinin I mərhələsini tamamlayıb

“AzerGold” QSC-nin geoloji kəşfiyyat qrupu Şərqi Zəngəzur iqtisadi rayonun inzibati ərazisinə daxil olan Kəlbəcər rayonunda yerləşən və ümumi sahəsi 85,56 km2 olan “Tutxun” nəcib metal təzahürləri sahəsində geoloji kəşfiyyat işlərinin birinci mərhələsini tamamlayıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən mina və partlamamış hərbi sursatlardan təmizlənmiş 8,29 km2 ərazidə, o cümlədən Başlıbel-Xanlanlı, Oruclu-Ağyataq-Çorman sahələrində 2022-ci ilin iyun-dekabr ayları ərzində yerüstü aktiv …

Read More »

Rusiya, Türkiyə, İran və Suriya XİN nümayəndələri martın 15-16-da Moskvada görüşəcək

Türkiyə, Rusiya, İran və Suriya Xarici İşlər nazirliklərinin nümayəndə heyətlərinin görüşü martın 15-16-da Moskvada baş tutacaq. Boyukmillet.com xəbər verir ki, xarici işlər nazirlərinin müavinləri səviyyəsində baş tutacaq görüş Suriya mövzusuna həsr olunacaq. Görüşün digər təfərrüatları açıqlanmır. Xatırladaq ki, martın 9-da İranın Rusiyadakı səfiri Kazem Cəlali rəsmi Tehranın görüşdə iştirak edəcəyini bildirib.

Read More »

Elm və təhsil naziri: “Sənədində axund, imam yazılan şəxs bizə müraciət edir ki, mənə diplom ver”

“Sənədində axund, imam, şəriət müəllimi yazılan şəxs bizə müraciət edir ki, mənə diplom ver. Diploma hansı ixtisası yazaq? Onun oxuduğu sahə təsdiq olunan ixtisas təsnifatında yoxdur, diploma hansı ixtisası yazım?!” Boyukmillet.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib. “Bir neçə min şəxsi …

Read More »

Türkiyədə zəlzələdə ölənlərin sayı 48 448-ə çatıb

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 48 448-ə çatıb. Boyukmillet.com xəbər verir ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 13 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran …

Read More »

“Qalatasaray” “Qarabağ”ın rekordunu qırıb

Türkiyənin “Qalatasaray” klubu “Qarabağ”ın 2022/2023 mövsümündə qazandığı ardıcıl 13 oyunluq qələbə rekordunu qırıb. Boyukmillet.com xəbər verir ki, İstanbul təmsilçisi Super Liqanın XXV turunda “Kasımpaşa”nı 1:0 hesabı ilə məğlub edərək, yeni rekordun müəllifi olub. “Cim-bom” ötən ilin oktyabrından bəri ölkə çempionatında keçirdiyi 14 qarşılaşmada rəqiblərinə heç bir şans verməyib. Qeyd edək ki, “Qarabağ” mövsümün startında Azərbaycan Premyer Liqasının ardıcıl 13 oyununda …

Read More »

Nazir: “Ali təhsil müəssisələrində dövlət imtahanlarının ləğvi yeni məsələ deyil”

“Ali təhsil müəssisələrində dövlət imtahanlarının ləğvi yeni məsələ deyil. Bu, 2020-ci təsdiq olunan təhsil standartında var idi”. Bunu “Report”a açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazirin sözlərinə görə, 2023-2024-cü ildə ali təhsil müəssisəsini bitirənlər dövlət imtahanı verməyəcəklər: “2020-2021-ci ildə universitetə qəbul olanlar ali məktəbi bitirəndə dövlət imtahanı verməyəcəklər. Dövlət imtahanı verənlər isə köhnə standartlarla təhsil alanlardır”.

Read More »

Anar Bağırov: “Sürəyya Ağaoğlunun yubileyini Şuşada qeyd etmək istəyirik”

“Biz Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlunun yubileyini Şuşa şəhərində qeyd etmək istəyirik”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Türkiyə bürosuna açıqlamasında qardaş ölkədə səfərdə olan Azərbaycanın Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov deyib. “Bildiyiniz kimi, Əhməd bəy Ağaoğlu Azərbaycanın böyük şəxsiyyətidir. Bu il onun qızı Sürəyya Ağaoğlunun 120 yaşı tamam olur. Sürəyya Ağaoğlu Şuşa şəhərində doğulub. Biz çox istərdik …

Read More »

Müqəddəs Ramazan ayını İstanbul üslubunda yaşayın – FOTOLAR

İki qitənin birləşdiyi İstanbul eyni zamanda son dərəcə unikal Ramazan ənənələrinə ev sahibliyi edir. Türk mədəniyyətində “On bir ayın sultanı” kimi tanınan Ramazan ayı mənəviözünütəhlil, özünü idarə etmə, paylaşma, sədaqət və oruc tutma ayıdır. Bu mübarək ay İstanbulda özünəməxsus şəkildəqeyd olunur. Ramazan ayı bu il martın 23-dən aprelin 20-nə qədər olan tarixləri əhatə edir. Bu dövrdə İstanbula gələn qonaqlar şəhərin …

Read More »

Madaqaskarda qayıq batıb, 22 nəfər ölüb

Madaqaskarda qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində 22 nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, Mayotte adasına gedən qanunsuz miqrantları daşıyan qayıq ölkənin şimalındakı Nosi Fali adasının yaxınlığında batıb. Qəza zamanı 22 nəfər həlak olub, 23 nəfər xilas edilib. Hadisə zamanı qayıqda 47 nəfər olub. Hazırda itkin düşən 2 nəfərin axtarışları davam edir.

Read More »

Liviya sahillərində miqrant qayığının qəzası nəticəsində onlarla insan itkin düşüb

Liviya sahillərində miqrantları daşıyan qayığın çevrilməsi nəticəsində 30-a yaxın adam itkin düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə İtaliya Sahil Mühafizəsi məlumat yayıb. Xilasetmə əməliyyatı zamanı qayığın batdığı, 17 nəfərin xilas edildiyi, daha 30 nəfərin isə itkin düşdüyü bildirilir. Yaxınlıqdakı ticarət qayıqları itkin düşənləri axtarır. Martın 9-dan İtaliya miqrantları dəniz yolu ilə qeyri-qanuni daşıyanlara görə cəzanı 30 ilə qədər sərtləşdirib.

Read More »