Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) İdarəçilər Şurası Rafael Qrossini ikinci müddətə, 2 dekabr 2027-ci il tarixinədək Agentliyin Baş direktoru vəzifəsinə təyin edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. “AEBA İdarəçilər Şurası cənab Rafael Mariano Qrossini 2 dekabr 2027-ci ildə başa çatacaq ikinci müddətə Agentliyin Baş direktoru vəzifəsinə təyin edib”, – …
Read More »Canni De Byazı Gəncə və Tovuzdakı oyunları izləyəcək
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazı Azərbaycan Premyer Liqasının iki oyununu izləyəcək. Boyukmillet.com xəbər verir ki, italiyalı mütəxəssis bu gün Gəncə şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Zirə” matçına baxacaq. De Byazi martın 11-də isə Tovuz şəhər stadionunda təşkil ediləcək “Turan Tovuz” – “Qəbələ” oyununda tribunada olacaq.
Read More »Moskva bəzi rusların Ermənistana girişinə qadağa qoyulmasına mənfi reaksiya verib
“Kreml ayrı-ayrı rusların Ermənistana girişinə qadağa qoyulmasına görə təəssüflənir və buna mənfi reaksiya verir”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib. O bildirib ki, Ermənistan Rusiyanın dostu və müttəfiqidir: “Biz ümid edirik ki, yaxın gələcəkdə belə hallar təkrarlanmayacaq”. Qeyd edək ki, Bundan əvvəl İrəvanın Zvartnots hava limanında rusiyalı media eksperti və jurnalist Aram Qabrelyanovun Ermənistana girişi …
Read More »Vahid Hacıyev: “Qubadlı, Cəbrayıl və Zəngilanda bir neçə kəndin tikintisinə başlanılacaq”
Bu il ərzində üç rayonda – Qubadlı, Cəbrayıl və Zəngilanda bir neçə kəndin tikintisinə başlanılması nəzərdə tutulub. Boyukmillet.com xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bu gün Zəngilanda keçirilən İdarələrarası “Mərkəzi Enerji Təminatı” üzrə İşçi Qrupunun 62-ci iclasında bildirib. Onun sözlərinə görə, artıq Zəngilanın “Ağalı” kəndinin …
Read More »NATO Türkiyəyə 4 min nəfərlik çadır göndərəcək
NATO Türkiyəyə 4 min nəfərlik çadır göndərəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin milli müdafiə naziri ordu genralı Hulusi Akar deyib. Onun sözlərinə görə, Alyansla bu barədə razılıq əldə olunub. Qeyd olunub ki, NATO Hatayda 4 min nəfərlik çadır şəhərciyinin qurulmasında iştirak edir: “Bundan əlavə olaraq, daha 4 min nəfərlik çadır da ölkəmizə göndəriləcək”. Xatırladaq ki, fevralın 6-da ocağı …
Read More »“Heydər Əliyev və Azərbaycan ədliyyəsi” mövzusunda konfrans keçirilib
Ümummilli Liderin anadan olmasının 100 illik yubileyi münasibətilə elan olunmuş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən martın 9-da Göyçay şəhərində “Heydər Əliyev və Azərbaycan ədliyyəsi” mövzusunda konfrans keçirilib. Boyukmillet.com xəbər verir ki, konfransda Ədliyyə Nazirliyinin aidiyyəti məsul şəxsləri, Milli Məclisin deputatları, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, regional ədliyyə idarəsinin və onun yurisdiksiyasına aid yerli ədliyyə qurumlarının işçiləri, …
Read More »İrandan Azərbaycana 61 kq-dan artıq narkotik keçirilməsinin qarşısı alınıb
Mart ayının 9-da saat 22:20-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisindən sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə DSX-in Mətbuat Mərkəzindən məlumat verilib. Ərazidə keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 61 kiloqram 810 qram …
Read More »Azərbaycan XİN: “Ermənistan Laçın yolunda şəffaflıqda maraqlı deyil”
“Ermənistan Laçın yolunda şəffaflıqda maraqlı deyil”. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT Baş katibi Antoniu Quttereşə ünvanladığı məktubda öz əksini tapıb. Bildirilib ki, Azərbaycan hökuməti vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın yolunda etiraz aksiyası ilə bağlı heç bir məsuliyyət daşımır və onların legitim etiraz hüquqlarının qarşısının alınmasına məcbur edilə bilməz. Bununla yanaşı, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın …
Read More »Sabah havanın temperaturu 22 dərəcəyədək yüksələcək
Bakıda və Abşeron yarımadasında martın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. …
Read More »Azərbaycanda səfərdə olan NATO-nun nümayəndə heyəti “N” saylı hərbi hissəsini ziyarət edib
Ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Quru Qoşunları Komandanlığının qərargah rəisi general-leytenant Mustafa Oğuzun rəhbərlik etdiyi nümayəndə heyəti “N” saylı hərbi hissəsini ziyarət edib. Bu baradə Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin hərbi hissənin ərazisindəki abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. Qonaqlara hərbi hissənin tarixi, əsas fəaliyyət istiqaməti, eləcə də NATO-Azərbaycan əlaqələri haqqında brifinq təqdim olunub, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar