Çərşənbə , 8 Aprel 2026

autor

AEAB-nın Baş direktoru Azərbaycana gəlib

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi Azərbaycana gəlib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə tviterdə yazıb. O, Qoşulmama Hərəkatının sammitində iştirak etdiyini bildirib. R.Qrossinin bir sıra rəsmi şəxslərlə görüşü gözlənilir.

Read More »

Azərbaycan və Qırğızıstan mülki aviasiyada əməkdaşlığı müzakirə edib

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti (AZAL) Cahangir Əsgərov Qırğızıstanın baş nazirinin müavini Bakıt Torobayev görüşərək onunla mülki aviasiya sahəsində gələcək əməkdaşlığın məqsəd və vəzifələrini müzakirə edib. Boyukmillet.com xəbər verir ki, tərəflər əməkdaşlığın səmərəliliyinin artırılması ideyalarını nəzərdən keçirib, həmçinin ölkələr arasında hava əlaqələrinin açılması üçün müəyyən tədbirləri təyin edib. C.Əsgərov qeyd edib ki, aviasiya sahəsində səmərəli əməkdaşlıq ölkələr arasında qarşılıqlı münasibətləri …

Read More »

Prezident: “Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir”

“Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir”. Boyukmillet.com xəbər verir ki, bu fikri martın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında deyib. Dövlət başçısı bildirib ki, pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı olub.

Read More »

Rusiya ordusunun Ukraynadakı itkiləri 150 000-i ötüb

Müharibə başlayandan bəri Rusiya ordusunun Ukraynadakı canlı qüvvə itkilərinin sayı 150 605 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Bildirilib ki, son sutkada Rusiyanın 715 hərbçisi məhv edilib. Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 397 tank, 6 658 zirehli maşın, 2058 operativ-taktiki PUA, 480 reaktiv yaylım atəşi sistemi, 2 398 artilleriya …

Read More »

Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsi hazırdır

Görkəmli kinodramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılış mərasimi olacaq. Boyukmillet.com xəbər verir ki, mərasim martın 10-da keçiriləcək. Həmin tarixdə saat 12:00-da Birinci Fəxri Xiyabanda Xalq yazıçısının qəbirüstü abidəsinin açılışı baş tutacaq. Xalq yazıçısının abidə-məzar daşının müəllifi Rusiya İncəsənət Akademiyasının akademiki, heykəltaraş Aydın Zeynalovdur. Qeyd edək ki, R.brahimbəyov 2022-ci il martın 10-dan 11-nə keçən gecə Moskvada uzunsürən xəstəlikdən sonra 83 …

Read More »

Sumqayıtda Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Sumqayit Şəhər İcra Hakimiyyəti ilə birgə Sumqayıt şəhər “Kimyaçı” Mədəniyyət Sarayının qarşısında 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda tədbir keçirib. Tədbirin keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi, bu sahədə əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, eləcə də fərdi …

Read More »

SOCAR və İDB enerji və rəqəmsallaşma sahəsində əməkdaşlığı nəzərdən keçirir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə İslam İnkişaf Bankı (İDB) arasında neft, qaz, bərpaolunan enerji və rəqəmsallaşma sahəsində mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövşən Nəcəf İDB qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir ilə görüşdə bildirilib. Görüşdə Azərbaycan ilə İDB arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib, bank tərəfindən ölkəmizdə müxtəlif sahələrdə həyata keçirilən layihələrin …

Read More »

TƏBİB: “Təcili yardım gələnə qədər Hacı Şahin ürəktutmadan vəfat edib”

TƏBİB Hacı Şahinin ölümünün səbəbini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına martın 2-də saat 05:30 radələrində çağırış daxil olub. Qeyd olunub ki, saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb: “Ürəktutmasından həkiməqədər ölüm qeydə alınıb. Ailəsinin bildirdiyinə görə Ş.Həsənli 01.03.2023-cü …

Read More »

Azərbaycanın BMT-yə üzv olmasından 31 il ötür

Bu gün Azərbaycanın BMT-yə tamhüquqlu üzv olmasından 31 il ötür. Boyukmillet.com xəbər verir ki, 1992-ci il mart 2-də BMT Baş Assambleyasının 46-cı sessiyasında Azərbaycanın üzvlüyə qəbul olunmasına dair qətnamə qəbul edilib. Bununla bağlı BMT-nin Nyu-Yorkdakı qərargahının qarşısında Azərbaycanın dövlət bayrağı qaldırılıb, mayın 6-dan isə təşkilatın yanında ölkəmizin daimi nümayəndəliyi fəaliyyətə başlayıb. Azərbaycanın BMT-yə üzv olması yenicə müstəqilliyini bərpa etmiş bir …

Read More »

Hacı Şahin dünyasını dəyişib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli dünyasını dəyişib. Boyukmillet.com xəbər verir ki, bu barədə ilahiyyatçının rəsmi feysbuk səhifəsində məlumat verilib. “Böyük hüzn və kədərlə bildirmək istəyirik ki, bugün səhər saatlarında Hacı Şahin Həsənli dünyasını dəyişdi. İctimaiyyətə əlavə məlumat veriləcək”, – din xadiminin səhifəsində bildirilib. Qeyd edək ki, 48 yaşlı Hacı Şahin Həsənli “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin …

Read More »