Ötən həftə Qarabağ və Şərqi Zəngəzurda 0,0955 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Bu barədə Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Bildiirlib ki, yanvarın 9-dan 14-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı 1 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 0,0955 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Read More »MSK partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayıb
Mərkəzi Seçki Komissiyası (MSK) siyasi partiyaların 2022-ci il üzrə maliyyə hesabatlarını qəbul etməyə başlayıb. Boyukmillet.com-un xəbərinə görə, qanunvericiliyə əsasən, partiyalar yanvarın 1-dən etibarən illik hesabatlarını komissiyaya təqdim etməlidirlər. Yanvarın 1-4 ölkədə Yeni il bayramı tətili olduğuna görə hesabatların qəbulu – yanvarın 5-dən başlayıb. Siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir. MSK …
Read More »Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri yanvarın 16-da başa çatıb. Boyukmillet.com xəbər verir ki, Əbu-Dabi Prezident Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi rəsmi şəxslər yola salıblar.
Read More »Türkiyədən Azərbaycana komissiyasız pul köçürmələrinə başlanılır
“Turan” maliyyə tətbiqi Türkiyədən Azərbaycana bir neçə saniyə ərzində komissiyasız pul köçürmələrinə başlayıb. Boyukmillet.com bu barədə xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, komissiyasız pul köçürmələri Türkiyədən Azərbaycandakı bütün kartlara təklif edilir. Qeyd edək ki, 2022-ci ilin sonuna Türkiyədə 68 mindən çox Azərbaycan vətəndaşı yaşayır. Bu vətəndaşların ən mühüm problemlərindən biri ölkələrinə pul köçürmələri prosesində yaranan çətinliklərdir. Tətbiq bu addımla həmin …
Read More »İranlı qaçaqmalçılar Azərbaycan sərhədçilərinin əmrinə tabe olmayıb, atəş açılıb, saxlanılan var
Yanvar ayının 15-də saat 21:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, sərhəd naryadı tərəfindən termal videomüşahidə kamerası vasitəsilə 3 (üç) nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə edilib. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucularına …
Read More »İlham Əliyev: “Xəzərin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur”
“Quruda 27 qiqavatlıq, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur”. Boyukmillet.com xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib. Ümumilikdə 200 qiqavata yaxın potensialın olduğunu söyləyən dövlət başçısı …
Read More »Anar Rzayevin yerüstü fəaliyyətində Qoca Mazellinin təsirləri…
Boz kardinal Ramiz Mehdiyev hakimiyyət strukturlarında o qədər kök salıb, o qədər qol-budaq atıb ki,yığıb-yığışdırmaq olmur. Bu “ağsaqqal” iqtidarda uzun müddət mühüm vəzifə daşıdığına görə əlindəki imkandan, hökmündən istifadə edərək müxtəlif dövlət orqanlarına, həmçinin özəl təşkilatlara öz adamlarını yerləşdirib. İndi bəzisi maskalanır, bəzisi qabığını dəyişir,cilddən-cildə, dondan-dona girir. Amma cidanı çuvalda gizlətmək olmur, nə vaxtsa üzə çıxır. Qoca Mazelli ləqəbli Ramiz …
Read More »Cosef Borel Britaniya vətəndaşının İranda edamını pisləyib
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosef Borel İran və Britaniya vətəndaşlığı olan Əlirza Əkbərinin İran hakimiyyəti tərəfindən edam edilməsini pisləyib. Bu barədə “Report” diplomatın bəyanatına istinadən xəbər verir. “Avropa İttifaqı İran və Britaniya vətəndaşı Əlirza Əkbərinin İranda edamını ən sərt şəkildə pisləyir. İstənilən şəraitdə belə bir cəza tədbiri ilə razılaşmırıq”-, bəyanatda vurğulanıb. Qeyd edək ki, …
Read More »Rusiyada hərbi hissədə partlayış olub, ölənlər və yaralananlar var
Rusiyanın Belqorod vilayətində hərbi hissədə partlayış olub, ölənlər və yaralananlar var. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın “112” teleqram kanalı məlumat yayıb. Məlumata görə, yanvarın 14-də tağım komandiri, baş çavuş hərbi hissədə RQD-5 qumbarasını partladıb. Partlayışdan sonra yanğın baş verib, alov 450 kvadratmetr ərazini əhatə edib. İlkin məlumata görə, insident nəticəsində 3 hərbçi həlak olub, 16-sı yaralanıb, daha 8 …
Read More »Peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada 312 nəfər vaksinasiya olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Gün ərzində birinci doza vaksinlərin sayı 144, ikinci doza vaksinlərin sayı 42 təşkil edib. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 103-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 23 olub. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar