Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 4 minik avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. “Report”un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, həmin avtomobillər Xankəndidən Laçın istiqamətinə keçib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. Xatırladaq ki, Azərbaycanın Qarabağ …
Read More »Müdafiə nazirinin müavini Kəlbəcərə gedib, yeni hərbi obyektlər istifadəyə verilib
Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Kəlbəcər rayonu ərazisində yeni istifadəyə verilən hərbi infrastruktura baxış keçirib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Hərbi Polisin tabeliyindəki bölmənin yeni istifadəyə verilmiş yerləşmə məntəqəsi Müdafiə Nazirliyinin inşaat taborunun güc və vasitələri ilə müasir tələblər nəzərə alınmaqla inşa olunub. Yerləşmə məntəqəsindəki qərargah, inzibati və xidməti iş …
Read More »Əziz Ələkbərli: Doğulub boya-başa çatdığımız evə dönmək istəyirik
Dekabrın 24-də Azərbaycan və dünya ictimaiyyəti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin növbəti qətiyyətli, gələcəyə hədəflənmiş tarixi addımının şahidi oldu.Bu fikri AZƏRTAC-a Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib.O qeyd edib ki, indiyə qədərki doğum günlərini illərlə yurd-yuvasından didərgin salınmış məcburi köçkünlərimizin arasında keçirən Prezidentimiz bu dəfə 34 il əvvəl erməni vandalizminin qurbanı olmuş Qərbi Azərbaycan …
Read More »DTX-nin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələri təyin ediləcək – FƏRMAN
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, qərar DTX-nin beynəlxalq təşkilatlarla və xarici ölkələrin xüsusi xidmət və hüquq mühafizə orqanları ilə əməkdaşlığının səmərəliliyinin artırılması məqsədilə verilib. Fərmana əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, beynəlxalq …
Read More »Məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyət göstərmiş iki şəxs təltif edilib
Prezident İlham Əliyev məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyət göstərmiş şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycanda məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər: 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Nağıyev İman Məmməd oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Abbasov İlqar Eyvaz oğlu.
Read More »Bir sıra məhkəmələrə sədr, sədr müavinləri və hakimlər təyin edilib – SİYAHI
Prezident İlham Əliyev “Apellyasiya məhkəmələri sədrlərinin müavinlərinin, məhkəmə kollegiyaları sədrlərinin və birinci instansiya məhkəmələri sədrlərinin, sədrləri müavinlərinin və hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında” sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla aşağıdakı şəxslər bir sıra məhkəmələrə təyinat alıblar. Apellyasiya məhkəmələri üzrə 1.1. İlham Məmməd oğlu Cəfərov Bakı Apellyasiya Məhkəməsi sədrinin müavini təyin edilsin; 1.2. Teyyub Asif oğlu Muxtarov …
Read More »Qərbi Kaspi Universitetində Gənc Tərcüməçilərin I elmi konfransı keçirilib
Qərbi Kaspi Universitetində Gənc Tərcüməçilərin I elmi konfransı keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə “Report” İnformasiya Agentliyinin Baş redaktoru Murad Əliyev, Agentliyin Tərcümə şöbəsinin redaktoru Vüsal İsayev, ali təhsil müəssisəsinin Filologiya və tərcümə fakültəsinin müəllimləri və tələbələri iştirak ediblər. Tədbiri Qərbi Kaspi Universitetinin İngilis dili və tərcümə kafedrasının müdiri Tahirə Əliyeva açıb və konfransın əhəmiyyətindən danışıb. Sonra “Report” İnformasiya Agentliyinin …
Read More »Ərdoğanın Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop məlumat verib. O, Ərdoğanın Rusiya və Ukrayna arasında sülh yaratmaq məqsədilə göstərdiyi səylərə görə bu mükafata namizədliyinin irəli sürüldüyünü bildirib: “Bu məsələ ilə bağlı digər ölkələrdən də müraciətlər olacaq”.
Read More »Fatih Dönməz: “2026-cı ilə qədər “Sakarya” yatağında 40 quyu qazılacaq”
“Qara dənizdəki “Sakarya” böyük qaz yatağında 50-dən çox gəminin iştirakı ilə işlər davam edir. Artıq 10 quyu qazılıb, onların sayının 2026-cı ilə qədər 40-a çatdırılması planlaşdırılır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib. “Qara dəniz yatağından üç sualtı kəmərin çəkilməsi və sınaqlar davam etdirilir. 170 km uzunluğunda magistral qaz kəmərinin tikintisi başa çatıb. Həmçinin quruda …
Read More »Milli Paralimpiya Komitəsi 2022-ci ilin maliyyə hesabatını açıqlayıb
Azərbaycan Milli Paralimpiya Komitəsi (MPK) 2022-ci ilin maliyyə hesabatını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə MPK-nın prezidentinin köməkçisi Kamal Məmmədov ilin yekunlarına həsr edilmiş tədbirdə bildirib. Onun sözlərinə görə, quruma il ərzində 1 374 184 manat vəsait daxil olub: “Onlardan 702 240 manatı büdcə vəsaitidir, 380 000 manatı Sosial Xidmətlər Agentliyi, 199 827 manatı (36 000 cüdoda təlim məşq …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar