Yeni tədris ilindən Qarabağ Universitetində Tibb və Sağlamlıq Elmləri fakültəsi fəaliyyətə başlayacaq. Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin izi ilə şəhərə təşkil olunan mediatur çərçivəsində Qarabağ Universiteti Klinikasının rəhbəri, Tibb və sağlamlıq elmləri fakültəsinin dekanı Samir Babayev deyib. O bildirib ki, fakültənin binasında 10 dərs və 9 auditoriya otağı, 3 laboratoriya, iş və imtahan otaqları, istirahət zonaları, kitabxana, brifinq zalları …
Read More »Həyətyanı sahəsində 100 kq narkotik yetişdirən Qusar sakini saxlanılıb
Qusarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, tədbir zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 47 yaşlı Adil Kərimxanov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya edərək yetişdirdiyi ümumi çəkisi 100 kiloqram olan 117 ədəd çətənə (kannabis) kolu və 28 kiloqram narkotik vasitə olan marixuana …
Read More »İlham Əliyev “Qarabağ”ı təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Çempionlar Liqasının əsas mərhələsində Portuqaliyada “Benfika” üzərində 3:2 hesablı qələbəsi münasibətilə “Qarabağ”ı təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi “X” hesabında paylaşım edilib. “Qitənin ən nüfuzlu klub turnirində – Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanması münasibətilə Ağdamın “Qarabağ” futbol klubunu ürəkdən təbrik edirəm. Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir. “Qarabağ”ın …
Read More »Milli Məclis “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” yeni qanun layihəsini müzakirə edir
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” yeni qanun layihəsi müzakirə edilir. Boyukmillet.com xəbər verir ki, yeni qanun Azərbaycan ərazisində nəqliyyat-ekspedisiya fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edəcək, bu sahədə dövlət orqanlarının (qurumlarının), habelə hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin və fərdi sahibkarların fəaliyyətini, həmçinin onlar arasında yaranan münasibətləri …
Read More »Azərbaycan Prezidenti Donald Trampa təşəkkür edib
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa “TruthSocial” hesabında paylaşıma görə təşəkkür edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bu barədə “X”də yazıb. “Prezident Donald Tramp, təşəkkür edirəm, “TruthSocial” hesabınızda paylaşdığınız xoş sözlərinizə görə minnətdaram. Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsində və tarixi Vaşinqton sammitinə ev sahibliyi etməyinizdə oynadığınız mühüm rolu yüksək qiymətləndirirəm”,-Azərbaycan Prezidenti qeyd edib. Dövlət başçısı …
Read More »Zahid Oruc “Qaçqınkom”un adının dəyişdirilməsini təklif edib
Milli Məclisdə Böyük qayıdışla bağlı ayrıca platforma yaradılması təklif edilib. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin bugünkü iclasında deputatların suallarını cavablandırarkən deyib. O qeyd edib ki, təkliflər sırasında suallara cavab verəcək qurumun yaradılması da var: “Biz bunu bir neçə dəfə səsləndirmişik. Hətta düşünürük ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin …
Read More »Şuşa Zəfər Muzeyini İtaliya şirkəti layihələndirəcək
Şuşada Zəfər Muzeyinin layihələndirilməsinə (tikinti üzrə layihə-smeta sənədlərinin hazırlanmasına) və məzmununun hazırlanmasına başlanılıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdindəki “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” MMC birbaşa satınalma həyata keçirib. Layihələndirmə işlərini İtaliyanın “ArtCloud Network International s.c.r.l” şirkəti həyata keçirəcək. İşlər 1 milyon manata başa gələcək.
Read More »Gürcüstan Azərbaycana və daha 6 ölkəyə “tarixi borcu”nu ödəyib
Gürcüstan 7 ölkəyə, o cümlədən Azərbaycana “tarixi borcu”n ödənilməsini başa çatdırıb. Bu barədə Boyukmillet.com Gürcüstanın Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, qonşu ölkə bu ay xarici borcun qalıqlarını tam ödəyib. Azərbaycandan əlavə, Rusiya, Türkiyə, Qazaxıstan, Ermənistan, İran və Niderlanda olan borclar da ödənilib. Bütün borclar Gürcüstanın müstəqillik qazandığı ilk illərdə yaranmış xarici öhdəliklərə aiddir. Ödənişlər 1999-cu ilə qədər götürülmüş 160 milyon …
Read More »Parlamentdə mina terroru qurbanları ilə bağlı tədbirlər olacaq
Milli Məclisdə insan hüquqları, mina terroru qurbanları və beynəlxalq məhkəmə-hüquq institutlarının fəaliyyətinə həsr edilən görüş və tədbirlər keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bununla bağlı məsələ parlamentin İnsan hüquqları komitəsinin payız sessiyası üzrə iş planına daxil edilib. Belə ki, “Mina terroru qurbanlarının beynəlxalq hüquqi platformalara çıxışının təmin olunması” mövzusunda ANAMA ilə birgə görüşlərin keçirilməsi nəzərdə tutulur. Həmçinin komitə “Vəkillik institutu-vətəndaşların insan …
Read More »“Benfika” “Qarabağ”a məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırıb
Portuqaliyanın “Benfika” klubu “Qarabağ”a uduzduqları UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunundan sonra baş məşqçisi Brunu Laje ilə yollarını ayırıb. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Lissabon təmsilçisinin prezidenti Ruy Koşta açıqlama verib. O, bunun üçün təəssüfləndiyini bildirib. Funksioner həftəsonunadək yeni baş məşqçinin təyin ediləcəyini sözlərinə əlavə edib. Qeyd edək ki, “Qarabağ” səfərdə rəqibini 3:2 hesabı ilə üstələyib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar