Cümə axşamı , 9 Aprel 2026

autor

İlham Əliyev: “Gələn ilin martında Qoşulmama Hərəkatının Sammitini keçirməyi planlaşdırırıq”

“Biz gələn ilin martında Qoşulmama Hərəkatının Sammitini keçirməyi planlaşdırırıq”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış edərkən deyib. “Hörmətli həmkarlar, xatırlayırsınızsa, pandemiyanın əvvəlində peyvəndlərə çıxış ən vacib məsələlərdən biri idi. Hətta inkişaf etmiş bəzi Qərb ölkələri vaksinləri lazım olduğundan beş dəfə, on dəfə çox əldə …

Read More »

Nazarbayevin qardaşı oğlunun Qazaxıstandan çıxardığı 230 milyon dollarlıq zinyət əşyaları ölkəyə qaytarılıb

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu, Milli Təhlükəsizlik Komitəsinin keçmiş yüksək vəzifəli məmuru Kayrat Satıbaldının ölkədən çıxardığı 230 milyon dollardan artıq dəyərində zinyət əşyaları Qazaxıstana qaytarılıb. Boyukmillet.com “Zakon”a istinadən xəbər verir ki, həmin zinyət əşyaları yaxın zamanlarda dövlətin balansına keçiriləcək. Bundan başqa K.Satıbaldının xarici ölkələrin banklarına 300 milyon dollarlıq qiymətli kağızlar yerləşdirdiyi müəyyən olunub. Qeyd edək ki, bu il …

Read More »

Suqovuşan şəhidi ilə bağlı sənədli filmin təqdimatı keçirilib

İstehlakçıların Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi (İMDİB) “Suqovuşanı canı bahasına azad edən şəhid Əzəmi Hüseynov haqqında sənədli film”i geniş ictimaiyyətə təqdim edib. Boyukmillet.com xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə iki aylıq layihə çərçivəsində hazırlanan filmdə şəhidin həyat yolu təsvir olunub. Qurumun sədri Emil Əkbərov çıxışında bu kimi filmlərin davamlı olacağını deyib: “Ermənistan silahlı qüvvələrinin Azərbaycan sərhədlərinə hücumunu …

Read More »

Sabah Brüsseldə Azərbaycan-Ermənistan sərhədinin delimitasiya komissiyasının iclası keçiriləcək

Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın üçüncü iclası sabah, noyabrın 3-də Belçikanın paytaxtı Brüssel şəhərində keçiriləcək. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ermənistan nümayəndə heyətinə baş nazirin müavini Mqer Qriqoryan rəhbərlik edəcək.

Read More »

Paşinyan: “Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında mühüm dəyişiklik var”

“Ermənistan Türkiyə ilə kommunikasiya məsələsindəki çətinliklərin öhdəsindən gələ bilib”. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında deyib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla apardığı danışıqları və iki ölkənin xüsusi nümayəndələrinin təmaslarını xatırladıb: “Baş verənlər mühüm dəyişiklikdir”. N.Paşinyanın sözlərinə görə, artıq nəinki hakimiyyət, hətta cəmiyyət səviyyəsində də Türkiyə ilə əlaqələr barədə …

Read More »

Azərbaycan XİN: “Ermənistanın təcavüzü nəticəsində 9 azərbaycanlı jurnalist şəhid olub”

“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 9 azərbaycanlı jurnalist şəhid olub”. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviterdə etdiyi paylaşımda bildirilib. “Bununla bağlı ədalət təmin olunmalıdır”, – paylaşımda qeyd edilib.  Paylaşımda şəhid jurnalistlərin adları açıqlanıb və haqlarında məlumat verilib:  “Salatın Əsgərova – 9 yanvar 1991-ci ildə Şuşa yaxınlığında avtomobildə olarkən atəşə tutulub və şəhid olub.  Alı Mustafayev, Fəxrəddin …

Read More »

Cəbrayılda şirkət əməkdaşı minaya düşüb, üç barmağı amputasiya edilib

Bu gün Cəbrayıl rayonunun Mehdili kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, mina partlayışı nəticəsində “İmprotex Industries” şirkətinin sürücüsü, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu xəsarət alıb. Zərərçəkən şəxsin sol əlində üç barmağı amputasiya edilib.

Read More »

Azərbaycanda 90 dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını hazırlayıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 90 dövlət qurumu öz daxili informasiya təhlükəsizliyi təlimatını hazırlayaraq tətbiq üçün təsdiq edib. Bu barədə  Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən məlumat verilib. Məlumata görə, həmin təlimatlar dövlət qurumlarında informasiya sızmasına qarşı informasiya təhlükəsizliyi təminatına diqqət və nəzarətin gücləndirilməsi məqsədi ilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının hazırladığı və dövlət …

Read More »

Quzey Kıbrısın Xarici İşlər Nazirliyindən SƏRT ETİRAZ

Quzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Xarici İşlər Nazirliyi Kipr Rum Administrasiyasının 29 oktyabr tarixini “İtkin Şəxslər Günü” elan etməsini şiddətlə qınadıqlarını bildirib. Boyukmillet.com-un məlumatına görə, nazirlikdən verilən açıqlamada xatırladılıb ki, Kipr Rum Administrasiyası 29 oktyabr 2022-ci il tarixli açıqlama ilə 1974-cü ildən bəri taleyi müəyyən edilməyən itkin düşmüş şəxslər üçün 29 oktyabr tarixini “Kıbrısda itkin düşmüş şəxslər günü” elan edib. …

Read More »

İlham Əliyev: “Azərbaycan İslam həmrəyliyinə töhfə verir”

“Azərbaycan İslam həmrəyliyinə töhfə verir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı zamanı deyib. “Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi bir inkişaf dinamikası var. 2006-cı ildən Azərbaycan təşkilatın müşahidəçi qismində üzvüdür. Bizim Liqaya daxil ölkələrlə də yaxşı münasibətlərimiz var. Ümidvaram ki, yaxın gələcəkdə bu əməkdaşlığın yeni üfüqləri inkişaf …

Read More »