Oktyabrın 28-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda start götürəcək U-23 Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub. Cüdoçular ilk iki gündə fərdi mübarizədə, sonuncu gündə isə komanda yarışında iştirak edəcəklər. “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev çempionatda ədalət təmsilçiləri arasında yer alacaq. Kişilərdən Nazir Talıbov, Kənan İsmayılov (hər ikisi 60 kq), Ruslan Paşayev (66 kq), Rəşid Məmmədəliyev, Nəriman Mirzəyev …
Read More »Azərbaycan və Rusiya KOB-ların hüquqlarının müdafiəsi sahəsində yeni mexanizmləri müzakirə edib
Azərbaycan və Rusiya arasında KOB-ların hüquqlarının müdafiəsi sahəsində yeni mexanizmlərinin tətbiqi imkanlarını müzakirə edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov özünün “Twitter” hesabında yazıb. Müzakirələr O. Məmmədovun Rusiya Federasiyasının Prezidenti yanında Sahibkarların Hüquqlarının Müdafiəsi üzrə Müvəkkil Boris Titovla Bakıda keçirilən görüşdə aparılıb.
Read More »Şahin Mustafayev: “Azərbaycan Ermənistanın qərarını imitasiya kimi qiymətləndirir”
Azərbaycan Ermənistan hökumətinin sərhəddə 3 nəzarət-buraxılış məntəqəsi yaratmaq qərarını 2020-ci il 9/10 noyabr tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndi üzrə öhdəliklərinin yerinə yetirilməsinin imitasiyası kimi qiymətləndirir. Boyukmillet.com xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev bildirib. “O ki qaldı, suverenliyin pozulmasına, xatırladım ki, həmin 9-cu bəndə görə Ermənistan ərazisində yol hərəkətinə nəzarəti Rusiya Federal Təhlükəzislik Xidmətinin sərhəd xidməti həyata keçirir. Bu faktın …
Read More »Azərbaycanda icra başçılarının səlahiyyətləri artırılıb
Yerli icra hakimiyyəti başçısının səlahiyyətləri artırılıb. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.17-ci yarımbəndi yeni redaksiyada verilməsi ilə baş tutub. Yeni redaksiyaya əsasən, yerli icra hakimiyyəti başçısının yaşayış məntəqələrində küçə və meydanlara ad vermək, onların adlarını dəyişdirmək, ünvan reyestrinə daxil edilmiş ünvan rekvizitləri hesab olunan nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz …
Read More »Azərbaycan Daşkənddə nəqliyyat sahəsinə dair toplantıda iştirak edir
Azərbaycan bu gün Özbəkistanın paytaxtı Daşkənd şəhərində işə başlamış və sabah başa çatacaq Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin nəqliyyat nazirlərinin 6-cı toplantısında iştirak edir. Boyukmillet.com bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) istinadən xəbər verir. Məlumata görə, toplantı çərçivəsində TDT-yə üzv dövlətlərin nəqliyyatın inkişafı üzrə işçi qrupunun 11-ci, qardaşlaşmış limanların 5-ci və dəmir yolu qurumlarının nümayəndələrinin 1-ci iclası da …
Read More »Azərbaycanın səhiyyə naziri Türkiyəyə səfər edəcək
Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türkiyəyə səfər edəcək. Boyukmillet.com xəbər verir ki, oktyabrın 29-31-də nəzərdə tutulan səfər çərçivəsində nazir Türk Dövlətləri Təşkilatının təşkilatçılığı, Türkiyə Prezidenti Administrasiyasının himayəçiliyi altında keçiriləcək Türk Tibbi Dünya Konqresində iştirak edəcək. Teymur Musayevin digər türkdilli dövlətlərdən olan həmkarları ilə ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulub.
Read More »Azərbaycan Dünya Bankı ilə gələcək əməkdaşlıq məsələlərini müzakirə edib
Azərbaycanla Dünya Bankı arasında rəqəmsal transformasiya və telekommunikasiya sahəsində həyata keçirilən birgə layihələr və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tviter səhifəsində məlumat verib. O qeyd edib ki, bu gün Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl və təşkilatın ölkəmizdə səfərdə olan nümayəndələri arasında görüş keçirilib.
Read More »Ombudsman: “Müharibə cinayətlərinə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi hələ də məsuliyyətə cəlb edilməyib”
“Çoxsaylı müharibə cinayətləri törətmiş Ermənistanın hərbi-siyasi rəhbərliyi hələ də beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməyib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Ombudsman Aparatının yaydığı açıqlamada bildirilib. “Bu gün Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycanın mülki əhalinin sıx məskunlaşdığı Bərdə rayonunu qadağan olunmuş silahlardan istifadə etməklə atəşə tutmasından 2 il ötür. Döyüş əməliyyatlarının aparıldığı …
Read More »İlham Əliyevlə Aleksey Overçuk üçtərəfli işçi qrupunun fəaliyyəti üzrə məsələləri müzakirə edib
Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli işçi qrupunun fəaliyyəti üzrə məsələləri müzakirə ediblər. Boyukmillet.com xəbər verir ki, müzakirələr oktyabrın 27-də A.Overçuk Prezident İlham Əliyevin qəbulunda olarkən aparılıb. Belə ki, söhbət zamanı 10 noyabr Bəyanatının icrası ilə bağlı bölgədə nəqliyyat və iqtisadi əlaqələrin bərpası məqsədilə yaradılmış Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli işçi …
Read More »Baş Prokurorluq ermənilərin Bərdəyə raket hücumlarının ildönümü ilə əlaqədar bəyanat yayıb
aş Prokurorluq ermənilərin Bərdəyə edilmiş raket hücumlarının ildönümü ilə əlaqədar bəyanat yayıb. Qurumun Mətbuat Xidmətindən daxil olmuş bəyanatda deyilir: “Bəyan edirik ki, Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, 2020-ci ilin sentyabr ayının 27-də başlayan 44 günlük Vətən müharibəsinin gedişatında əldə olunan humanitar atəşkəs rejiminin tələblərini pozaraq, döyüş meydanındakı acınacaqlı …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar