Cümə axşamı , 9 Aprel 2026

autor

DİN: “Ucar sakinlərinə qarşı qeyri-insani rəftarla bağlı iddialar həqiqəti əks etdirmir”

Daxili İşlər Nazirliyi (DİN) Ucar rayon sakini Elvin Abdullayevin polis şöbəsinin əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı iddialarına münasibət bildirib. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis kapitanı Nizam Həmidovun “Report”a verdiyi məlumata görə, Ucar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən Elvin Abdullayevə və Rauf Mirzəliyevə qarşı qeyri-insani rəftarla bağlı iddialar həqiqəti əks etdirmir. O deyib ki, hər …

Read More »

Azərbaycan Qazaxıstanla aqrar sahədə texnolji yenilikləri transfer edəcək

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzi ilə Qazaxıstanın İnnovasiyaların İnkişafı üzrə Milli Agentliyi “Qazinnovations” arasında aqrar sahədə texnolji yeniliklərin transferinə dair əməkdaşlıq memorandumu imzalanıb. Memorandum Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Daşkənd şəhərində keçirilən “Dayanıqlı İnkişaf üçün Yaşıl İnnovasiyalar” mövzusunda İllik İnnovativ İdeyalar Beynəlxalq Həftəsi (“İnnoWeek 2022”) çərçivəsində imzalanıb. Aqrar İnnovasiya Mərkəzinin rəsmisi beynəlxalq tədbir çərçivəsində Türk Dövlətləri …

Read More »

ctimai müzakirələr nəticəsində inkişaf etdirilmiş qanunvericilik bazası ölkəmizin inkişafına töhfə verəcək – QHT SƏDRİ

Milli Məclisdə parlamentdə təmsil olunan və dövlət qeydiyyatından keçmiş bir sıra siyasi partiyaların sədrləri və nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai müzakirənin keçirilməsi təqdirəlayiqdir. 2019-cu ilin sonlarında idarəetmə sistemində aparılan uğurlu islahatlar çərçivəsində ictimai–siyasi sektora dövlətin yeni baxışı formalaşdı. Əvvəllər bəzi məmurların intriqa və şəxsi mənafeləri ucbatında ictimai–siyasi sektorda formalaşan qeyri sağlam münasibətlər sistemi …

Read More »

Qusarda Zəfər forumu keçirilib – FOTO

Biləsuvardan start götürən Zəfər forumunun növbəti ünvanı oktyabrın 25-də Qusar rayonu olub. Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının iştirakı ilə keçirilən Zəfər forumu Qusar rayon Mədəniyyət Mərkəzində təşkil olunub. Boyukmillet.com xəbər verir ki, forumda Prezident Administrasiyasının məsul əməkdaşları, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, Azərbaycan Ordusunun hərbi qulluqçuları, qeyri-hökumət təşkilatlarının, eləcə də …

Read More »

Azərbaycan Prezidenti İtaliya Nazirlər Şurasının Sədrini təbrik edib

Prezident İlham Əliyev İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloniyə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un xəbərinə görə, məktubda deyilir: “Hörmətli xanım Sədr, İtaliya Respublikası Nazirlər Şurasının Sədri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram. Biz xoş ənənələrə əsaslanan Azərbaycan-İtaliya münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İtaliya bizim üçün dost ölkə və etibarlı strateji tərəfdaşdır. Yüksək səviyyəli müntəzəm siyasi dialoq, daim …

Read More »

Prezident Azərbaycanla İsrail arasında hava əlaqələri ilə bağlı sazişi təsdiqləyib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişi təsdiqləyib. Boyukmillet.com-un xəbərinə görə, Sazişə əsasən, bir tərəfin dövlətinin ərazisindən birbaşa tranzitlə keçən və bu məqsədlə hava limanında ayrılmış sahəni tərk etməyən sərnişinlər, baqaj və yük aviasiya təhlükəsizliyi tədbirləri istisna olmaqla yalnız sadələşdirilmiş nəzarətdən keçəcəklər və mülki aviasiyanın təhlükəsizliyinə qarşı hər hansı digər təhlükənin qarşısının …

Read More »

“Azərsu”: “Yasamaldakı qəzaya görə Bakının heç bir yerində su kəsilməyib”

Bu gün səhər saatlarında Bakının Yasamal rayonunun Əsəd Əhmədov və Ülvi Bünyadzadə küçələrinin kəsişməsindəki 1 400 millimetrlik su kəmərində baş vermiş qəzaya görə paytaxtın heç bir yerində su təchizatı dayandırılmayıb. Bunu Boyukmillet.com-a açıqlamasında “Azərsu” ASC-nin operativ idarəetmə şobəsinin rəisi Yaşar Bəşirov bildirib. “Qəza ilə bağlı əhalinin su təchizatında heç bir çətinlik yoxdur. Badamdar qəsəbəsində bizim 2 su anbarımız və kifayət qədər …

Read More »

Azərbaycan neftinin qiyməti 95 dolları keçib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,26 ABŞ dolları, yaxud 0,27 % artaraq 95,06 ABŞ dolları təşkil edib. Bu barədə Boyukmillet.com-a neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin dekabr fyuçersləri 92,93 ABŞ dollara satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin …

Read More »

Bakıda qəza baş verən ərazidə obyektləri su basıb

Bakının Yasamal rayonunda magistral su kəmərində baş vermiş qəza nəticəsində ərazidə yerləşən bəzi obyektləri su basıb. Boyukmillet.com xəbər verir ki, ərazidən suyun çəkilməsi işləri davam etdirilir. Qeyd edək ki, səhər saatlarında Yasamal rayonunun Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib. Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda FHN-in Dövlət …

Read More »

Zelenski: “Ukrayna bu ilin sonuna kimi Aİ-yə üzvlüklə bağlı yeddi tövsiyəni yerinə yetirəcək”

“Ukrayna bu ilin sonuna kimi Avropa İttifaqına daxil olmaq üçün yeddi tövsiyəni yerinə yetirəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerlə birgə keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, Almaniya prezidenti ilə görüşdə Ukraynanın Avropa və Avroatlantik inteqrasiyası məsələləri müzakirə olunub: “Artıq bu il biz Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı Avropa …

Read More »