Cümə axşamı , 9 Aprel 2026

autor

İlham Əliyev: “Qardaş ölkələrin şirkətlərini tərəfdaşımız olaraq görmək istəyirik”

“İndi isə torpaqlarımızı işğaldan azad etdikdən sonra biz irimiqyaslı yenidənqurma proqramı həyata keçiririk və qardaş ölkələrin şirkətlərini tərəfdaşımız olaraq görmək istəyirik”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səudu qəbul edərkən deyib. “Eyni zamanda, ilin əvvəli də çox yaddaqalan olub – ölkənizdən olan şirkət tərəfindən maliyyələşdirilən böyük …

Read More »

Prezident: “İşğal dövründə Səudiyyə Ərəbistanı az sayda olan ölkələrdən biri idi ki, bizim haqlı işimizə davamlı dəstək verirdi”

“İşğal dövründə Səudiyyə Ərəbistanı az sayda olan ölkələrdən biri idi ki, bizim haqlı işimizə davamlı dəstək verirdi”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səudu qəbul edərkən deyib. “Biz ölkələrimiz arasında mövcud olan bu səmimi münasibətlərə böyük dəyər veririk. Biz hər zaman hökumətinizin və xalqınızın dəstəyini hiss …

Read More »

Mina partlaması nəticəsində yaralanan hərbçiyə mayor rütbəsi verilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin pirotexnik və istehkam hazırlığı şöbəsinin rəisi kapitan Süleyman Heydərova vaxtından əvvəl “mayor” hərbi rütbəsi verilib. Boyukmillet.com xəbər verir ki, həmçinin S.Heydərov “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub. Belə ki, bu gün fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Süleyman Heydərovla görüşüb. Görüşdə rütbə və medal …

Read More »

Azərbaycan nümayəndəsi ATƏT-in tədbirində Ermənistan təmsilçisinin əsassız iddialarına cavab verib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aytən Qəhrəman ATƏT-in Polşa sədrliyinin təşkilatçılığı ilə Varşavada keçirilən İnsan ölçüsü üzrə konfransda Ermənistan təmsilçisinin əsassız iddialarına tutarlı cavab verib. Boyukmillet.com xəbər verir ki, o, konfrans çərçivəsində tolerantlıq, milli azlıqlara mənsub şəxslərin hüquqları, başqa dövlətlərin vətəndaşları ilə rəftar və miqrantların insan hüquqları mövzusuna həsr edilən V plenar sessiyasında Azərbaycanı təmsil edib. A.Qəhrəman söyləyib ki, nifrət …

Read More »

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 2 il ötür

Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından iki il ötür. Boyukmillet.com xatırladır ki, 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşüb. Düşmən tərəfindən Gəncənin bombalaması nəticəsində 1 mülki şəxs – Əliyev Tunar Qoşqar …

Read More »

XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib

“Sosial şəbəkələrdə yayılan videolarla bağlı Azərbaycan tərəfini hərbi cinayətlərdə ittiham edən Ermənistan XİN-ə tərəfimizdən rəsmi açıqlama ilə münasibət bildirilib və mövqeyimiz diqqətə çatdırılıb”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bəzi Qərb dövlətlərinin rəsmilərinin, sosial şəbəkəkərdə guya Azərbaycan Silahlı Qüvvələrinin törətdiyi hərbi cinayətlər kimi təqdim edilən videolarla bağlı açıqlamalarına münasibət bildirərkən deyib. …

Read More »

Həzi Aslanov: “17 ildə 2 098 insan alveri və məcburi əməyə cəlb olunma cinayəti qeydə alınıb”

Ötən il 17 il müddətində həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2 098 insan alveri və məcburi əməyə cəlb olunma cinayəti qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov deyib. Onun sözlərinə görə, həmin əməli törədən 617 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub: “İnsan alveri qurbanı …

Read More »

Azərbaycan MN: “Kəlbəcər və Tovuz istiqamətlərində mövqelərimiz atəşə tutulub”

Ermənistan silahlı qüvvələrinin bölmələri Kəlbəcər və Tovuz istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.  Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 3-ü axşam saatlarında və 4-ü gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Subatan, Yuxarı Şorca və İstisu, Tovuzqala rayonunun Çinarlı və Kolagir yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel, Zəylik və İstisu, Tovuz rayonunun Ağdam …

Read More »

Göyçə-Zəngəzur avantürası: Hizbullahçılar, PKK-çılar, ermənilər-Şok faktlar

“Zəngəzur dəhlizi” layihəsinin aktuallıq kəsb etdiyi bir vaxtda “Göyçə-Zəngəzur Respublikası”nın yaradılmasının ictimai rəyə daşınması bu layihənin reallaşmasını istəməyən qüvvələrin birmənalı olaraq maraqlarına xidmət edir. Qondarma qurum 2021-ci ilin 10 martında təsis edilsə də, Azərbaycan və Türkiyədə ictimai rəydə qeyri-ciddi addım kimi qarşılansa da, məhz indi “Zəngəzur dəhlizi”nin reallaşmasına bu qədər yaxın olduğumuz dönəmdə gündəmə gətirilməsi, hər iki ölkənin mediasında dövriyyəyə …

Read More »

Ekvadorda həbsxanada toqquşma zamanı 15 nəfər öldürülüb

Ekvadorun Kotopahi əyalətində həbsxanada baş verən qarşıdurmada azı 15 nəfər öldürülüb, 20 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Diario Expreso” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, polis artıq cəzaçəkmə müəssisəsindəki vəziyyəti nəzarətə götürüb. Qeyd olunub ki, qarşıdurma narkotik vasitələrin qanunsuz dövriyyəsi və çirkli pulların yuyulmasında ittiham olunan məhbuslardan birinin cəzaçəkmə müəssisəsinin ərazisində öldürülməsindən sonra baş verib.

Read More »