Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Josep Borrel tviter səhifəsində yazıb. O, bildirib ki, tərəflər Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi müzakirə ediblər: “Hərbi əməliyyatlar dayandırılmalı və atəşkəsə hörmət edilməlidir”. Borrel xatırladıb ki, Aİ gərginliyin azaldılması istiqamətində səylərini davam etdirməyə hazırdır.
Read More »MN: “Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub”
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Boyukmillet.com xəbər verir ki, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub. “Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı …
Read More »AQC İdarə Heyətinin toplantısı keçirilib – FOTOLAR
Yeni təyinatlar təsdiq edilib, cəmiyyətin yeni üzvlərinə şəhadətnamələr təqdim olunub Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) İdarə Heyətinin iclası keçirilib. Cəmiyyətin İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, toplantıda AQC sədri Vüqar Orucun məruzəsi dinlənilib. Qurumun fəaliyyət istiqamətləri barədə danışan sədr qeyd edib ki, ötən müddət ərzində “Daşınmaz əmlakın növləri üzrə” növbəti sertifikatlaşdırma kursu təşkil olunub. 28 iştirakçı arasından 16-nın müvəfəqiyyət qazandığını deyən …
Read More »QHT-lər UNESCO-ya müraciət etdi – FOTO +VİDEO
13 sentyabr tarixində ölkə QHT-lərinin müraciəti əsasında Agentliyin ofisində Azərbaycan Respublikasında fəaliyyət göstərən elm, təhsil və mədəniyyət yönümlü qeyri-hökumət təşkilatlarının UNESCO-ya müraciəti ilə bağlı tədbiri keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Agentliyin Müşahidə Şurasının üzvi, İlqar Orucov, elm, təhsil və mədəniyyət yönümlü qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər. Tədbiri açılış nitqi ilə başlayan Agentliyin Müşahidə Şurasının üzvi İlqar Orucov …
Read More »Bakının işğaldan azad olunmasının ildönümü ilə bağlı tədbir keçirilib
13 sentyabr, saat 11⁰⁰-da Bakının işğaldan azad olunmasının 104-cü ildönümü həsr olunmuş tədbir keçirilib. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin təşkilatçılığı ilə keçirilən tədbir rəsm sərgisi ilə başladı. Sərginin təşkilatçısı Elnurə İsgəndərova günün anlamını daşıyan rəsm əsərləri haqqında iştirakçılara məlumat verdi. Sonra isə “Qafqaz İslam Ordusu və Bakının işğaldan azad olunması” mövzusunda dəyirmi masa davam etdi. Tədbirdə Azərbaycan və Türkiyənin …
Read More »İsveç Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatdır
İsveçin xarici işlər naziri Ann Linde Azərbaycan- Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb. “Hərbi əməliyyatlar dərhal dayandırılmalıdır. Davamlı sülhə gedən yeganə yol dialoqdan keçir”, – o yazıb. Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Read More »Azərbaycan Memarlıq və İnşaat Universitetinə yeni sözçü təyin olunub
Azərbaycan Memarlıq və İnşaat Universitetinin PR və Media bölməsinə rəhbər təyin olunub. Boyukmillet.com xəbər verir ki, bununla əlaqədar olaraq, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova əmr imzalayıb. Əmrə əsasən, Universitetin PR və Media bölməsinə jurnalist Nicat Abdullayev rəhbərlik edəcək. Qeyd edək ki, N.Abdullayev Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib və bu təyinatına qədər İctimai, eləcə də ARB24 …
Read More »Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası ilə bağlı yoxlama materialları DTX-ya təqdim edilib
Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında mühasibatlıq işçilərinin və bu tibb müəssisəsində çalışmayan şəxslərin plastik kart hesablarına əsassız vəsaitlərin köçürülməsi, tibb işçilərinin tarif dərəcələrinin düzgün müəyyən olunmaması nəticəsində artıq əməkhaqı, habelə əməkhaqına qeyri-qanuni əlavələrin edilməsi kimi hallar müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, bundan əlavə, hərbi xidmət dövründəxəsarət alan hərbi qulluqçulara sığorta ödənişi …
Read More »ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi Azərbaycana səfərə gəlib
ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi Filip Riker Azərbaycana gəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, 2 gün davam edəcək səfərdə Azərbaycan-Ermənistan diplomatik münasibətləri müzakirə olunacaq. Qeyd edək ki, F.Riker sentyabrın 9-10-da Ermənistanda səfərdə olub.
Read More »Maliyyə Nazirliyi Azərbaycanın Almaniyadakı səfirliyi ilə bağlı DTX-ya müraciət edib
Azərbaycanın Almaniyadakı Səfirliyinin 30 dekabr 2014-cü il tarixdən 01 oktyabr 2021-ci il tarixinə qədərki dövrdə maliyyə-təsərrüfat fəaliyyətinin təftişi zamanı bank çıxarışlarındakı məlumatların dəyişdirilərək saxtalaşdırılması, bank hesablarında olan vəsaitlərin, o cümlədən konsulluq əməliyyatları üzrə dövlət rüsumlarının təyinatından başqa hesablara köçürülməsi yolu ilə mənimsənilməsi halları müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, aşkar edilmiş maliyyə pozuntularının ciddiliyi …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar