Ukraynada gedən döyüşlər zamanı ABŞ vətəndaşı həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Newsweek” jurnalı ABŞ Dövlət Departamentinə istinadən məlumat yayıb. ABŞ vətəndaşının ölüm şəraiti, adı, həmçinin onun harada və nə vaxt öldüyü deyilmir. “Newsweek” qeyd edib ki, ABŞ rəsmiləri dəfələrlə bütün amerikalıları Ukraynanı tez bir zamanda tərk etməyə çağırıblar.
Read More »FIFA Hindistan Futbol Federasiyasının təşkilatdakı fəaliyyətini bərpa edib
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) Şurasının Bürosu Hindistan Futbol Federasiyasının təşkilata üzvlüyünün dayandırılması ilə bağlı qərarını ləğv edib. FIFA, həmçinin 17 yaşadək qadınlar arasında dünya çempionatının planlaşdırıldığı kimi Hindistanda keçiriləcəyini təsdiqləyib. Bundan əvvəl FİFA-ya üzvlüyün dayandırılması səbəbindən Hindistanın turnirə ev sahibliyi etmək hüququnu itirmək riski ilə üzləşdiyi bildirilirdi. Təşkilat avqustun 15-də qurumun üzvlüyünü dayandırıb. Daha sonra Hindistanın “India Today” telekanalı qeyd …
Read More »İndi Azərbaycan Ordusu Laçın Zirvəsindən Xankəndini daha aydın izləyir-VAQİF ABDULLAYEV
Müzəffər Azərbaycan Ordusu bu gün Laçın şəhərinə daxil olaraq rayon mərkəzini və Zabux və Sus kəndlərini nəzarətə götürüb. Beləliklə, Laçın tamamilə Azərbaycanın nəzarətindədir, şəhər sakinlərinin, Zabux və Sos kəndlərinin camaatının 28 illik həsrətinə son qoyuldu. İndi Qarabağın ürəyindən keçən, Şuşaya aparan Yol – Laçın tamamilə azaddır. Bu gün Laçın vüqarlı şanlı əsgərlərimiz Laçın şəhərində qürurla dayanıb. Laçın qayaları öz əzəməti …
Read More »Laçına müvəqqəti komendant təyin olunub
Azərbaycan Prezidentinin tapşırığına əsasən, daxili işlər naziri tərəfindən Laçın rayon müvəqqəti komendantlığı yaradılmaqla, rayon polis şöbəsinin rəisi müvəqqəti komendant təyin olunub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Xatırladaq ki, Laçın Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Adil Əsədovdur. Qeyd edək ki, bu gün Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. …
Read More »Bakının Sabunçu və Ramana qəsəbələrində sudan qanunsuz istifadə halları aşkarlanıb
Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə aparılan araşdırmalar nəticəsində Bakının Sabunçu və Ramana qəsəbələrində sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb. Boyukmillet.com bu barədə “Azərsu” ASC-yə istinadən xəbər verir. Məlumata görə, Sabunçu qəsəbəsindəki “Aylin” uşaq bağçasının su təchizatı sisteminə baxış keçirilərkən …
Read More »Mehriban Əliyeva beynəlxalq aləmdə siyasi həmrəylik və dialoqun möhkəmlənməsinə çalışan ictimai-siyasi xadimdir
Siyasi elmlər üzrə fəlsəfə doktorları Rufiz Qonaqov və Hüseyn İbrahimov Azərbaycanın siyasi tarixində ictimai və dövlət xadimi kimi tanınan xanım siyasətçilər az olmuşdur. Ölkəmizin Birinci vitse-pezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın fəaliyyəti müasir dövr Azərbaycanımızın inkişafında öz ülvi və əzəmətli yeri – böyük tarixi əhəmiyyətli işlər görən xanım, dövlət və ictimai-siyasi xadim olaraq təhlil və təqdir …
Read More »“Azərenerji” Laçın şəhərində, Zabux və Sus kəndlərində fəaliyyətə başlayıb
Laçın şəhəri, Zabux və Sus Kəndləri Azərbaycan ordusunun nəzarətinə keçən kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “AzərEnerji” ASC-nin əməkdaşları xüsusi avadanlıq, texnika, mal-materialla təchiz olunmuş kalonlarla əraziyə daxil olub. Boyukmillet.com xəbər verir barədə qurumun mətbuat idarəsinin rəisi Teymur Abdullayev məlumat verib. “Məqsəd ən qısa vaxtda enerji infrastrukturu dağıdılmış Laçın şəhəri, Zabux və Sus kəndlərində Azərbaycan işığını yandırmaqdır. Artıq mima təmizləyən …
Read More »İran, Qazaxıstan və Rusiya hərbi gəmiləri Bakı limanını tərk edib
Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün ölkəmizdə olan İran və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin, həmçinin Rusiya Hərbi Dəniz Donanmasının gəmiləri və şəxsi heyəti Bakı limanını tərk edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Read More »DSX: “Sərhədi pozan şəxs saxlanılıb”
Avqust ayının 26-da saat 03:05-də “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Arazbarı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1 (bir) nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan istiqamətində hərəkət edərək mühəndis çəpərinə yaxınlaşması və dərhal geri qayıtması ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən müşahidə olunub. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Sərhəd zastavası dərhal “Silaha” komandası ilə …
Read More »MN: “Laçın şəhəri, Zabux və Susda mühəndis işləri görülür”
Laçın şəhəri, Zabux və Sus kəndlərində mühəndis işləri görülür. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib. “Hazırda qeyd olunan ərazilərdə bölmələrimizin yeni dislokasiya məntəqələrinə yerləşdirilməsi, həmçinin zəruri mühəndis işlərinin görülməsi istiqamətində fəaliyyətlər davam etdirilir”, – məlumatda bildirilib. Qeyd edək ki, bu gün Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar