Cümə axşamı , 9 Aprel 2026

autor

Türkiyəli nazir: “Ukraynadan 800 tona yaxın taxıl ixrac olunub”

“Bu günədək Ukraynadan 800 tona yaxın taxıl ixrac olunub”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, “taxıl dəhlizi” ilə bağlı anlaşmanın icrası problemsiz davam edir: “Artıq 800 tona yaxın taxılın ixracı başa çatıb. Hava şəraiti ilə əlaqədər gecikmələr ola bilər. Amma proses davam edir. Həm Rusiya, həm də Ukrayna tərəfi ilə təmaslarımız davam …

Read More »

İlham Əliyev: “Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi”

Azərbaycan Ordusu Laçın şəhərinə yerləşib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev tviter səhifəsində paylaşım edib. Paylaşımda deyilir: “Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”

Read More »

MN: “Hərbi hissələrdə psixoloji işə dəstək fəaliyyətləri davam etdirilir”

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabit və dövlət qulluqçularının iştirakı ilə hərbi hissələrdə plana uyğun olaraq psixoloji işə dəstək tədbirləri həyata keçirilir.. Tədbirlər çərçivəsində hərbi xidmətə yeni çağırılan gənc əsgərlərin xidmət şəraitinə uyğunlaşması, psixoloji sağlamlığının qorunması məqsədilə kollektiv, qrup, eləcə də fərdi qaydada psixoloji yardım və dəstək fəaliyyəti …

Read More »

“Yelo Bank”dan illik cəmi 5%-lik kreditlə biznes dəstəyi

“Yelo Bank” ASC üçün sahibkarlığın, xüsusilə real sektorun inkişafına dəstək prioritetdir. Bu istiqamətdə Bank, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) vəsaiti hesabına illik cəmi 5% ilə biznes krediti təklif edir. Əməkdaşlıq çərçivəsində təklif olunan biznes kreditinin maksimal məbləği 10 milyon manatdır. Bundan başqa kredit götürmüş sahibkarlar müddətinin yarısınadək güzəşt müddəti üstünlüyündən də faydalana bilərlər. 2022-ci ilin ilk 6 ayı …

Read More »

“Frayburq”un baş məşqçisi: “Azərbaycan təmsilçisi ilə qarşılaşmaq maraqlı olardı”

“Azərbaycan təmsilçisi ilə qarşılaşmaq maraqlı olardı. Bu ölkədə olmamışam”. Boyukmillet.com xəbər verir ki, bunu Almaniyanın “Frayburq” komandasının baş məşqçisi Kristian Ştrayx UEFA Avropa Liqasının püşkatması barədə danışarkən deyib. 57 yaşlı mütəxəssis rəqibin heç bir əhəmiyyətinin olmadığını bildirib: “Püşkatma mərasiminə birlikdə baxacağıq. Ümid edirik ki, rəqiblərimiz tez müəyyənləşər. Səfərləri səbirsizliklə gözləyirəm. Bilmədiyimiz yeni stadionlara gedə bilərik”. Qeyd edək ki, UEFA Avropa …

Read More »

Ukraynanın Qorlovka şəhərində partlayış olub

Ukraynanın hazırda Rusiyanın işğal altında olan Qorlovka şəhərində partlayış olub. Boyukmillet.com xəbər verir ki, partlayış “Stirol” zavodunda qeydə alınıb. Bildirilib ki, partlayışdan sonra zavodda yanğın başlayıb. Yanğın zamanı ərazidəki transformator yarımstansiyası və zavodun binasının dam örtüyü yanıb. Hadisənin baş vermə səbəbləri və xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.

Read More »

Ukraynada raket zərbələri nəticəsində azı 30 azərbaycanlının evi və ya obyekti dağılıb

Ukraynada genişmiqyaslı müharibə dövründə azı 30 azərbaycanlının evi və ya iaşə obyekti tamamilə dağılıb. Boyukmillet.com xəbər verir ki, bu il fevralın 24-dən Rusiyanın Ukraynada apardığı müharibə müddətində azərbaycanlılara dəyən zərərin bir qismi məlum olub. Belə ki, əsasən, Ukraynada hazırda da raket zərbələrinə məruz qalan Xarkov, Çerniqov, Sumı, Donetsk, Luqansk, Nikolayev, Dnepropetrovsk, Zaporejye vilayətlərində, o cümlədən mart ayında Kiyev vilayəti ətrafında …

Read More »

Dövlət Məşğulluq Agentliyi 2 milyon manatlıq tenderi yekunlaşdırıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi Bərdə Peşə Hazırlığı Mərkəzinin maddi-texniki bazasının beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə mal və materialların satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Boyukmillet.com dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Excellent Trade” MMC-dir. Qalib şirkətə 2,297 milyon manat ödəniləcək.

Read More »

Bakıdan Antalyaya uçan təyyarə geri qayıdıb

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 027 nömrəli Bakı-Antalya reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barədə AZAL-dan bildirilib. Məlumata görə, təyyarə saat 07:57-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib. Sərnişinlər digər təyyarə ilə Antalyaya yola düşəcəklər.

Read More »