Prezident İlham Əliyev 2022-ci ildə Qətər Dövlətində təşkil ediləcək Futbol üzrə Dünya Çempionatının keçirildiyi tarixlərdə çempionatla bağlı Qətər Dövlətinə səfəri çərçivəsində Azərbaycan Respublikasına gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla müəyyən edilib ki, 2022-ci ildə Qətər Dövlətində təşkil ediləcək Futbol üzrə Dünya Çempionatının (2022 FİFA Dünya Kuboku) keçirildiyi …
Read More »Ağdamda 20 hektarlıq meşə ərazisi yanıb
Ağdam rayonu, Cinli kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Qarabağ Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub. Həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək geniş əraziyə yayılmasına imkan verilməyib. Yanğın nəticəsində ümumilikdə açıq …
Read More »Azərbaycan Ombudsmanı beynəlxalq ictimaiyyətə çağırış edib
Azərbaycan Ombudsmanı Səbinə Əliyeva ermənilərin mina terroru ilə beynəlxalq ictimaiyyətə çağırış edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Ombudsmanının yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, işğaldan azad edilmiş Azərbaycan ərazilərində mina qurbanlarının sayı artmaqda davam edir: “Uzun illər ərzində Ermənistan tərəfindən işğal altında qalmış torpaqlarımızın minalanması nəticəsində Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanovun avqustun 20-də, Heydər Gülmalıyevin isə avqustun …
Read More »Azərbaycan Baş naziri Qırğızıstan NK-nın sədrinə başsağlığı verib
Baş nazir Əli Əsədov Qırğız Respublikasının Nazirlər Kabinetinin sədri Akılbek Japarova başsağlığı məktubu göndərib. Boyukmillet.com-un xəbərinə görə, Baş nazir məktubda Rusiyanın Ulyanovsk vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Qırğız Respublikası vətəndaşlarının ölməsi və yaralanmasına görə dərindən sarsıldığını bildirib. Məktubda Qırğızıstan Nazirlər Kabinetinin sədrinə, habelə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilir.
Read More »Azərbaycanda son sutkada 144 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, 112 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 808 713 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 795 222 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 698 aktiv xəstə var. Bu günə qədər 9 793 …
Read More »Azərbaycan Niderlanddan bir sıra məhsulların gətirilməsinə qadağa qoyub
Azərbaycan Niderlanddan bir sıra məhsulların gətirilməsinə qadağa qoyub. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Niderland Krallığının Zelandiya əyalətində yüksək patogen quş qripi …
Read More »Azərbaycan, İran və Rusiya gömrük xidmətləri arasında Anlaşma Memorandumu imzalanıb
Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsi, İran Gömrüyü və Rusiya Federal Gömrük Xidməti arasında tranzitin asanlaşdırılması üzrə Anlaşma Memorandumu imzalanıb. Bu barədə Azərbaycanın İrandakı Səfirliyindən məlumat verilib. Məlumata görə, Anlaşma Memorandumu İranın paytaxtı Tehranda Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun, İran Gömrüyünün rəisi Əlireza Moqəddəsi və Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir …
Read More »Donetskdə Rusiyanın hərbi anbarı PUA ilə vurulub
Ukraynanın Donetsk vilayətində partlayış olub. Boyukmillet.com “UNIAN-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Məlumata görə, partlayışa səbəb PUA hücumu olub. Rusiya tərəfinin döyüş sursatı anbarının məhv edildiyi bildirililir.
Read More »Daha 562 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan verilən məlumata görə, avqustun 15-dən 20-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 239, tank əleyhinə 140 mina və 125 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 562 hektar ərazi mina və partlamamış hərbi …
Read More »Laçında iki hərbçimiz minaya düşüb
Laçında Azərbaycanın iki hərbçisi minaya düşüb. Bu barədə Qubadlı Hərbi Prokurorluğundan məlumat verilib. “Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanovun avqustun 20-də, Heydər Gülmalıyevin isə avqustun 21-də işğaldan azad olunmuş Laçın rayonunun ərazisində minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır”, – məlumatda bildirilib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar