Türkiyə və İsrail arasında münasibətlərin tam normallaşması prosesinə başlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. XİN başçısı qeyd edib ki, hər iki ölkə yeni səfirlər təyin edəcək. “Qarşılıqlı səfərlər nəticəsində proses davam edəcək. Qarşılıqlı olaraq səfirlər təyin ediləcək. İlk dəfə olaraq bu barədə İsrail tərəfindən bizə təklif olundu. Biz də bunu müsbət qiymətləndirdik. Təl-Əvivə səfir …
Read More »DSX-nin hərbi qulluqçularına ali hərbi rütbələr verilib – SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib. general-leytenant ali hərbi rütbəsi general-mayor Rəsul Afiq oğlu Tağıyevə general-mayor Müzəffər Ələsgər oğlu Pirizadəyə general-mayor Elçin Zaur oğlu İbrahimova general-mayor ali hərbi rütbəsi polkovnik Zaur Rəşidoviç Niftullayevə polkovnik …
Read More »Rusiya Hökumətinin sədri ilə Azərbaycanın Baş naziri arasında telefon danışığı olub
Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin avqustun 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib. Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib. Telefon danışığı zamanı Azərbaycan-Rusiya strateji tərəfdaşlığının inkişafından məmnunluq ifadə olunub, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi perspektivləri müzakirə edilib. Həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Read More »FHN: “Qəbələ, Şabran, Quba və Siyəzəndə yanğınların söndürülməsi davam etdirilir”
Qəbələ, Şabran, Quba və Siyəzən rayonlarında yerləşən dağlıq relyefdə, meşə və meşəətrafı ərazilərdə baş vermis yanğınların söndürülməsi tədbirləri davam etdirilir. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi ərazilərdə yanğınlar nəzarətə götürülərək alovun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb, soyutma işləri aparılır. Qeyd edək ki, yanğınsöndürmə tədbirləri mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilir, isti və …
Read More »Prezident: “Azərbaycan xalqı Müslüm Maqomayevlə fəxr edir”
“Azərbaycan xalqı haqlı olaraq Müslüm Maqomayevlə fəxr edir. Çünki o həm böyük müğənni, həm də böyük bəstəkar idi”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev avqustun 17-də Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışında deyib. Dövlət başçısı yeniyetmə yaşlarından Müslüm Maqomayevi tanıdığını söyləyib: “Sovet estradasında onun tayı-bərabəri yox idi və bu gün də Müslüm Maqomayevin …
Read More »İlham Əliyev və Mehriban Əliyeva Müslüm Maqomayevin anım mərasiminə əklil göndərib
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dünya şöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyi münasibətilə keçirilən anım mərasiminə əklil göndəriblər. Boyukmillet.com-un xəbərinə görə, anım mərasimi Fəxri Xiyabanda Xalq artistinin məzarı önündə keçirilib. Əklil mərhumun məzarı önünə qoyulub.
Read More »Ombudsmanın nümayəndələri Azərbaycanda məhkum edilmiş Ermənistan vətəndaşları ilə görüşüb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən müvəqqəti saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr davam etdirilir. Bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və “Azərbaycan Respublikasının …
Read More »Rusiya Ermənistana nota verib
Rusiya Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, buna səbəb “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışlarla bağlı Rusiyanın ittiham olunmasıdır. “Biz bunu Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan bu cür eyhamların arxasında duran siyasi qüvvələrin birbaşa təxribatı kimi qiymətləndiririk. Biz Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin qarşısını almağa yönəlmiş addımlar gözləyirik”, – bəyanatda …
Read More »QHT-lər ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər
Azərbaycanda fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatları (QHT) Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmış ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər. “Report”un xəbərinə görə, müraciətdə deyilir: “Biz, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları olaraq Azərbaycan ərazilərində dünyanın müxtəlif ölkələrindən gətirilib, qeyri-qanuni məskunlaşdırılmış erməni əhalisinin son günlər Laçın rayonu və ətraf ərazilərdə meşə yanğınları törətməsi ilə bağlı …
Read More »Özündən olana kin-nifrət bəsləyənlərin əsl hədəfi… – Tənzilə Rüstəmxanlı yazır
Son günlər sosial şəbəkələrdə paylaşılan mövzularla bağlı məsələlərə Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı aydınlıq gətirib. Boyukmillet.com həmin açıqlamanı sizlərə təqdim edir: “Məndən ötdü, sənə dəydi…” Ustad şairimizin ruhu şad olsun. Bizim özümüzdən ötməsinə sevindiyimiz zərbələrin sonda vətənə, dövlətə, millətə dəyməsini müşahidə edirik. Dərdi, bəlanı görürük, zərərini, ziyanını anlayırıq, amma öz üzərimizdə bunu hiss etmədikcə susuruq, “mənə dəymədi”-deyə sevinirik …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar