Cümə axşamı , 9 Aprel 2026

autor

Krımda Rusiyaya məxsus hərbi hissədə partlayış olub

Krımın Canköy rayonunda Rusiyaya məxsus hərbi hissədə partlayış baş verib. Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov məlumat verib. Onun sözlərinə görə, partlayışdan sonra ərazidə yanğın başlayıb. Belə ki, Rusiya Silahlı Qüvvələrinin silah-sursat anbarının yandığı qeyd olunub. Hazırda yanğın davam edir. Xatırladaq ki, bundan əvvəl Krımda hərbi aerodomda da partlayış olub.

Read More »

Ukraynada Rusiya ordusunun generalı öldürülüb

Ukraynada Rusiya ordusunun generalı öldürülüb. Boyukmillet.com “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib. O, ölkənin Silahlı Qüvvələrinin Xerson bölgəsindəki Rusiya ordusunun generalını zərərsizləşdirdiyini qeyd edib. “Dəqiqləşdirilməsi vacib olan ilkin məlumata görə, Rusiya generalı bu gün (dünən-red) Xerson istiqamətində öldürülüb”, – o deyib. Arestoviç öldürülən generalın adını açıqlamayıb. O, eyni zamanda, düşmənin xeyli sayda …

Read More »

Qətər İslamiadadakı qalmaqala görə Türkiyədən üzr istəyib

Qətər Voleybol Federasiyası milli komandanın üzvü Saad Sulamanın Konyada keçirilən V islam Həmrəyliyi Oyunlarında səbəb olduğu qalmaqala görə Türkiyədən üzr istəyib. Boyukmillet.com xəbər verir ki, federasiya prezidenti Əli ibn Qanem Əl Kuvari yerli hakimlərə baş kəsmək işarəsi göstərən liberonun hərəkətinin yolverilməz olduğunu bildirib. O, insidentlə bağlı təəssüf hissi keçirdiyini söyləyib. Türkiyə Voleybol Federasiyasının prezidenti Mehmet Akif Üstündağ isə voleybolçudan Beynəlxalq Voleybol …

Read More »

Britaniyanın Avropa üzrə naziri Azərbaycan diplomatı ilə görüşüb, səfirliyə hücumu pisləyib  

“Azərbaycanın Londondakı səfirliyindəki ciddi təhlükəli hadisədən sonra bu gün həmin ölkənin Britaniyadakı səfirliyində Azərbaycan səfiri Elin Süleymanovla danışdım. Böyük Britaniya hökumətinin İngiltərədəki bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyinin vacibliyini vurğuladım və hadisənin baş verməsinə görə dərin təəssüfümü bildirdim”. Boyukmillet.com xəbər verir ki, bunları Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Qrehem Stüart deyib. Azərbaycanın Londondakı səfirliyində baş verən hadisəni müzakirə etmək üçün ölkəmizin …

Read More »

Qaradağda Sabir Rüstəmxanlıyla görüş keçirildi – VİDEO+FOTO

Bu gün Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçirilib.Boyukmillet.com xəbər verir ki, “Qonağımız var” layihəsi çərçivəsində təşkil edilən görüş Lökbatan qəsəbəsi, Ə.Əmirov adına Mədəniyyət Sarayında baş tutub.Tədbirdə bir sıra görkəmli şəxslər, şairlər, qazilər və poeziya həvəskarları iştirak ediblər.Görüşdə bir sıra şeirlərini səsləndirən, Sabir Rüstəmxanlı tədbir iştirakçılarının onun yaradıcılığı ilə bağlı suallarına da cavab verib. Daha sonra Dədə Qorqud …

Read More »

Azərbaycan XİN Misirə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Misir hökumətinə başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə paylaşım edib. “Misirdə Qahirədə Əbu-Sefein Kopt Kilsəsində baş verən yanğın nəticəsində çox sayda insanın həlak olması ilə bağlı dərin hüznlə başsağlığı veririk. Yaralılara tezliklə şəfa diləyirik”, – paylaşımda qeyd olunub. Xatırladaq ki, Misirdə kilsədə baş verən yanğın nəticəsində azı 41 nəfər …

Read More »

Sabah temperatur 42 dərəcəyədək yüksələcək

Avqustun 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən məlumat  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında günəşli olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-28° isti, gündüz 35-39°, bəzi yerlərdə 40°isti, Bakıda gecə 25-27° isti, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-60 %, gündüz 30-35% olacaq. Azərbaycanın rayonlarında əsasən …

Read More »

Azad edilən ərazilərdə daha 327 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan  verilən məlumata görə, avqustun 8-dən 13-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 134, tank əleyhinə 193 mina və 39 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 685 hektar ərazi mina və partlamamış hərbi …

Read More »

Azərbaycan vətəndaşlığı almaq istəyən ermənilərin Ermənistanda təqib olunması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib

Azərbaycan vətəndaşlığı almaq üçün müraciət edən və Ermənistan Baş prokururluğu tərəfindən təqibə məruz qalan şəxslərlə bağlı Azərbaycanda fəaliyyət göstərən insan hüquqları müdafiəsi ilə məşğul olan QHT-lər beynəxalq hüquq müdafiə təşkilatlarına müraciət edib. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: Biz Azərbaycanda fəaliyyət göstərən insan hüquqları müdafiəsi ilə məşğul olan QHT-lər böyük narahatçılıq hissi ilə bildiririk ki, Azərbaycan vətəndaşlığı almaq üçün Prezident …

Read More »

“Azərbaycan Sənaye Korporasiyası”na məxsus 5 şirkət birləşdirilib

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “ASK Xidmət”, “ASK İnşaat”, “ASK Turizm”, “ASK Şəki Kərpic”, “ASK Poliqrafiya” MMC-lər birləşdirilib. Boyukmillet.com  bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir. Məlumata görə, həmin şirkətlər bundan sonra “ASK Xidmət”in adı altında fəaliyyət göstərəcəklər. Odur ki, həmin şirkət yenidən təşkil olunacaq. Xatırladaq ki, ASK 2017-ci ildə dövlət əmlakının idarə …

Read More »