Cümə axşamı , 9 Aprel 2026

autor

Türkiyə XİN: “Elə nəticə əldə olunmalıdır ki, bütün regionda daimi sülhü təmin etsin”

“Regiondakı hadisələrin müsbət və ya mənfi təsirləri strateji reallıqdır”. Boyukmillet.com xəbər verir ki, bunu “Anadolu”ya Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib. Nazirliyin adını açıqlamayan səlahiyyətli diplomatı deyib ki, rəsmi Ankaranın hədəf və məqsədi ancaq Türkiyə-Ermənistan, yaxud Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması deyil: “Biz regional sabitliyin təmin olunmasını istəyirik. Elə nəticə əldə olunmalıdır ki, bütün regionda daimi sülhü təmin etsin”. Diplomat, həmçinin Türkiyə …

Read More »

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

Başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonları birləşdirən 81.6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun beynəlxalq magistral normalarına uyğun tikintisi sürətlə davam etdirilir. Boyukmillet.com xəbər verir ki, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu 1-ci texniki dərəcəyə uyğun olaraq 4-6 hərəkət zolaqlı olmaqla inşa edilir. Belə ki, yolun ilk 48 km-i 6, 48-81.6 km …

Read More »

Sosial şəbəkələrdən istifadə edən hərbçilər ordudan uzaqlaşdırılıb

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Qasımov Daşqın Etibar oğlu və Feyruzlu Toğrul Mirağa oğlu xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilib. Bu barədə  Müdafiə Nazirliyindən bildirilib. Adları qeyd olunan hərbi qulluqçular Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından çıxarılıb. Nazirlik …

Read More »

Azərbaycan neftinin qiyməti 3 % artıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,21 ABŞ dolları, yaxud 3,3 % artaraq 99,76 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 99,17 ABŞ dollardan satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti …

Read More »

“Cross”: Azərbaycanın “Qisas” əməliyyatı Ermənistanın təxribatına cavab oldu

Bolqarıstanın tanınmış xəbər agentliyi “Cross” Ermənistanın Azərbaycana qarşı hərbi təxribatından bəhs edib. Boyukmillet.com xəbər verir ki, agentlik avqustun əvvəlində Azərbaycanın Qarabağ bölgəsində Ermənistanla yenidən qısa, lakin qanlı toqquşmalar baş verdiyini vurğulayıb: “Azərbaycanın Müdafiə Nazirliyindən verilən məlumata görə, ordu ölkənin Laçın rayonu ərazisində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi yüksəkliyi qanunsuz erməni birləşmələrinin ələ keçirmək cəhdinin qarşısını alıb. Ermənistan silahlı qüvvələrinin törətdiyi …

Read More »

Ukraynada daha 2 azərbaycanlı həlak olub

Ukraynanın Çerniqov şəhərində bir müddət əvvəl Rusiya ordusu tərəfindən atılan raket zərbələri nəticəsində yanaraq kül olan bir qrup şəhər sakinin DNT analizinin nəticəsi məlum olub. Çerniqov Birləşmiş Azərbaycanlıları Konqresinin sədri İskəndər Vəliyev “Report”un Şərqi Avropa bürosuna açıqlamasında bildirib ki, şəhərin ərazi müdafiə qüvvələrinin üzvü olan, 1966-cı il təvəllüdlü Əsgərov Fəzail İsa oğlunun yanmış nəşini bu gün morqdan götürərək dəfn ediblər. Digər …

Read More »

PKK rəhbərinin göstərişi ilə İstanbulda terror aktı törətmək istəyən şəxslər saxlanılıb

PKK terror təşkilatının rəhbərlərindən olan Murat Karayılanın tapşırığı ilə Türkiyənin İstanbul şəhərinə terror aktı törətmək üçün gələn “Seydo Botan Gever” ləqəbli Mehdi Mıhçı yaxalanıb. Bu barədə Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumata görə, onun yaxalanmasını daxili işlər naziri Süleyman Soylu açıqlayıb. Nazir qeyd edib ki, Murat Karayılanın göstərişi ilə İrandan Türkiyəyə keçən “Seydo Botan Gever” kod adlı Mehdi Mıhçı PKK-nın …

Read More »

Ombudsman Baş prokurorla görüşüb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Baş prokuror Kamran Əliyev arasında görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, görüş zamanı tərəflər insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı mühüm əhəmiyyət kəsb edən məsələləri müzakirə edərək, birgə əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar. Görüşdə insan hüquqlarının daha səmərəli təmini istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi, ölkəmizin qoşulduğu beynəlxalq müqavilələrdən irəli gələn məsələlər …

Read More »

Şuşadakı abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və dayandırılması qaydası təsdiqlənib

“Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi Qaydası və müddəti” təsdiqlənib. Boyukmillet.com  xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərar Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmununu, təhlükənin …

Read More »

Xocavənddə Ermənistana məxsus “Mİ-8” helikopterinin qalıqları aşkarlanıb – FOTO

Bu gün Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus “Mİ-8” helikopterinin qalıqları aşkar edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar Vətən müharibəsi zamanı 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan Silahlı Qüvvələrinə məxsus “Mİ-8” helikopteridir.

Read More »