Cümə axşamı , 9 Aprel 2026

autor

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,36 ABŞ dolları, yaxud 2,4 % azalaraq 96,55 ABŞ dolları təşkil edib. Hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 97,22 ABŞ dollardan satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), …

Read More »

Ermənistanda döyüş mövqeyində meyiti tapılan əsgərin ölüm səbəbi məlum olub

Ermənistan ordusunun əsgəri, 19 yaşlı Erik Karsyanın ölüm səbəbi məlum olub. Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir. İstintaq Komitəsinin məlumatına görə, o, intihar edib. İstintaq Komitəsi E.Karsayanın ölüm faktı ilə bağlı cinayət işinin başlandığını elan edib. İlkin məlumata görə, o, özünə atəş açıb. Qeyd edilir ki, Karsyan ona təhkim edilmiş AKM avtomatından döş qəfəsi nahiyəsinə atəş açıb. Yaralı …

Read More »

ABŞ-da ehtiyatların artması nefti ucuzlaşdırıb

ABŞ-da ehtiyatların rekord səviyyəyə çatması haqqında xəbərlər nefti ucuzlaşdırıb. Boyukmillet.com xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin oktyabr fyuçersləri 0,38% ucuzlaşaraq 1 bareli 97,03 ABŞ dollarına satılıb. WTI neftinin sentyabr fyuçerslərinin qiyməti isə 0,41% aşağı düşərək 1 bareli 91,55 ABŞ dolları təşkil edib. Ucuzlaşmanı şərtləndirən amil ABŞ-da statistikanın açıqlanmasıdır. Belə ki, avqustun 5-dək olan həftə ərzində ABŞ-da neftin …

Read More »

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (11.08.2022)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,7 % artaraq 1,7480 manat, Rusiya rublunun məzənnəsi isə dəyişməyərək 0,0278 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro1,74801 Rusiya rublu0,02781 Avstraliya dolları1,20181 Argentina pesosu0,01271 Belarus rublu0,67341 Braziliya rialı0,33381 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1048100 Cənubi Koreya vonu0,13041 Çexiya …

Read More »

Azərbaycan İslamiadada 56 ölkə arasında 5-ci pilləyə yüksəlib

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 6-cı yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 13-ə yüksəlib. Boyukmillet.com xəbər verir ki, medallardan 5-i qızıl, 5-i gümüş, 3-ü bürünc əyarlıdır. Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 5-ci pillədə yer alıb. İlk 4 pillədə medal əyarında müvafiq olaraq, Türkiyə 54 (22 qızıl, 18 gümüş, 14 bürünc), İran 27 (8 …

Read More »

Türkiyə hərbçisi İraqın şimalında şəhid olub

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında keçirilən “Pəncə- Kilid” əməliyyatı zonasında şəhid verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, çavuş Mahsun Şimşek terrorçuların təxribatı nəticəsində şəhid olub. Qeyd edək ki, aprelin 18-də gecə saatlarında Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb. PKK terror qruplaşması üzvlərinin gizləndiyi yerlərin dağıdılmasına hədəflənən bu əməliyyatda havadan …

Read More »

Baş prokuror Britaniya səfiri ilə Azərbaycanın Londondakı səfirliyinə hücumu müzakirə edib

Avqustun 10-da Baş prokuror Kamran Əliyev Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşüb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, qonağı salamlayan Baş prokuror ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib. Kamran Əliyev ölkəmizdə diplomatik missiyasını başa vuran səfir Ceyms Şarpa səmərəli …

Read More »

Azərbaycanda son sutkada koronavirusa 534 nəfər yoluxub, 6 nəfər ölüb

Azərbaycanda son sutkada koronavirusa 534 yeni yoluxma qeydə alınıb, 526 nəfər müalicə olunaraq sağalıb. Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, sutka ərzində koronavirusdan 6 nəfər vəfat edib. Ölkədə indiyədək ümumilikdə 803 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 790 193 nəfər müalicə olunaraq sağalıb, 9 768 nəfər vəfat edib, aktiv xəstə sayı 3 196 …

Read More »

İrandan Ermənistana qanunsuz yolla yanacaq daşındığı məlum olub

Ermənistanın Dövlət Gəlirləri Komitəsi iri idxalçılar tərəfindən əvvəlcədən hazırlanmış sxem vasitəsilə vergitutma obyektlərini və müvafiq sənədləri olmayan yanacaq tədarüklərini gizlətmək cəhdlərini aşkarlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ermənistanı yanacaqla təmin edən təsərrüfat subyektlərində aparılan yoxlamalar nəticəsində İrandan Ermənistana böyük həcmdə benzin və dizel yanacağının tədarükünü həyata keçirən bəzi təşkilatların vergidən yayınma mexanizmləri …

Read More »

Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri avqustun 10-da başa çatıb. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Konya şəhərinin Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Konya valisi Vahdettin Özkan və digər rəsmi şəxslər yola salıblar.

Read More »