Cümə axşamı , 9 Aprel 2026

autor

Azərbaycan neftinin qiyməti 105 dollardan aşağı düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,4 ABŞ dolları, yaxud 1,3 % azalaraq 104,57 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 100,04 ABŞ dollardan satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti …

Read More »

Bakıda mağaza müdirinin iş yerində meyiti tapılıb

Bakıda mağaza müdirinin iş yerində meyiti tapılıb. Boyukmillet.com xəbər verir ki, hadisə iyulun 24-də paytaxtın Yasamal rayonunda qeydə alınıb. Belə ki, “Kığılı” geyim mağazasının “Elmlər” filialının müdiri, 1991-ci il təvəllüdlü Rəşid Əliyevin həmin filialın anbar otağında meyiti aşkar olunub. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Read More »

Dünyanı qarışdıran 82 yaşlı Nensi Pelosinin siyasi oyunları

Dünya ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən danışır. Boyukmillet.com xəbər verir ki, regionda səfəröncəsi artan hərbi fəaliyyət, eləcə də hədələr dünyanı narahat edərkən, gözlər Asiyaya və Pelosiyə çevrilib. Dünya ABŞ və Çin arasında gərginliyə köklənib. Gərginliyi alovlandıran hadisə ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri olub. Konqresin Nümayəndələr Palatasının sədri artıq Tayvan rəhbərliyi ilə görüşlərə …

Read More »

Türkiyə terror fəaliyyətində iştirak etmiş 9 min silahlını ərazisindən çıxarıb

2011-ci ildən Türkiyədə terror fəaliyyətində iştirak etmiş 102 müxtəlif ölkədən olan 9 min silahlı deportasiya edilib. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi yanında Miqrasiya Xidməti məlumat yayıb. Deportasiya edilən əcnəbilər arasında ABŞ və Avropa İttifaqı ölkələrinin 1 168 vətəndaşı var. “Aİ ölkələri Türkiyədən deportasiya edilən muzdluların sayına görə liderdir. Təkcə 2019-cu ildə Aİ-nin 12 ölkəsinin …

Read More »

İspaniya Ukraynaya tank verməməsinin səbəbini açıqlayıb

İspaniya hökuməti Saraqosa şəhərindəki hərbi bazada saxlanılan “Leopard” seriyalı tankları Ukraynaya verməyəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə İspaniyanın müdafiə naziri Marqarita Robles “El Mundo” qəzetinin jurnalistləri ilə söhbəti zamanı bildirib. “Uzun illər Saraqosada istifadə edilməyən “Leopard”ları göndərə bilmərik. Sadəcə ona görə ki, onlar tamamilə acınacaqlı vəziyyətdədirlər”, – nazir deyib. Bundan əlavə, o vurğulayıb ki, İspaniya dinc əhali arasında itkilərin …

Read More »

ABŞ təhlükə ilə əlaqədar Ermənistandakı vətəndaşlarına xəbərdarlıq edib

ABŞ-ın Ermənistandakı səfirliyi bu ölkədəki vətəndaşlarına təhlükəsizlik məqsədilə müəyyən ərazilərdən uzaq durmaqla bağlı xəbərdarlıq edib. Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir. Məlumata görə, söhbət dünən axşam Fövqəladə Hallar Nazirliyinə partlayıcı qurğuların qoyulması barədə məlumat daxil olan yerlərdən gedir. Bunlar “Zvartnots” hava limanı, İrəvan metrosunun bütün stansiyaları, habelə paytaxt meriyası və Milli Məsclisin binalarıdır. ABŞ səfirliyi Amerika vətəndaşlarını məlumatlandırıb ki, …

Read More »

Millət vəkili Əziz Ələkbərli şəhid ailələrini ziyarət etdi — FOTOLAR

Saatlı rayonunun kəndlərinə hər gedişimdə şəhid ailələrinə baş çəkməyi, problemləri ilə maraqlanmağı özümə borc bilirəm. Bu dəfə də rayonun Çolpı kəndində şəhid Bayramov Cəlal Yaqub oğlunun, rayonun Cəfərxan kəndində şəhid Həsənov Nemət Süleyman oğlunun, Azadkənd kəndində şəhid Adığözəlov Ceyhun Çoban oğlunun, yenə də Azad kəndində şəhid Hüseynov Ələm Sərvər oğlunun ailələrində oldum, valideynləri, ailə üzvləri ilə ətraflı söhbət etdim, problemləri …

Read More »

Özünü İmam Mehdi kimi təqdim edən şəxsin insanları necə aldatdığı məlum olub

Özünü 12-ci İmam Mehdi kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı Fuad Musayev ittiham aktını elan edib. İttiham aktına əsasən, A.Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən …

Read More »

Putin və Paşinyan üçtərəfli bəyanatların icrasını müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Bildirilib ki, danışıq zamanı Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020 və 2021-ci illər üçün üçtərəfli bəyanatların həyata keçirilməsinin müəyyən praktiki aspektlərinə toxunulub. Ermənistan və Rusiya liderləri müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər.

Read More »